GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

Bu işçilərin maaşları artırıldı — SIYAHI

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.

Aktor.Az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif  (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.

Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələriAylıq tarif (vəzifə) maaşı (manatla)
1143
2146
3149
4152
5155
6161
7167
8174
9182
10190
11198
12206
13216
14231
15251
16294
17396
18535
19825

Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:

Əməyin ödənilməsi dərəcələriAylıq tarif (vəzifə) maaşı (manatla)
1160
2168
3176
4184
5192
6200
7208
8216
9227
10240
11253
12267
13281
14306
15335
16388
17495
18634
19875

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.