ABŞ səfiri Azərbaycanı tərk edir
ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.Aktor.Az-ın xəbərinə görə, səfir bu barədə “İnterfax Azərbaycan” saytına danışıb.
“Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, – R.Sekuta deyib.
Sekuta bildirib ki, martın sonunda Azərbaycanı tərk edəcək.
O həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.
Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayında ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.