«Сторонники корявой силы не хотят подписания мирного соглашения между нами и Арменией» – Гудрат Гасангулиев

Представляем интервью председателя Партии справедливости, права и демократии (ПСПД), депутата Милли Меджлиса Гудрата Гасангулиева партийной пресс-службе.

 

– Гудрат-бей, убийство азербайджанцев в России вызвало сильное возмущение в народе. МИД Азербайджана выразил свой протест и потребовал от российской стороны наказания виновных. По-вашему, какова причина такого их поведения?

 

– Очевидно, что зверское, с применением пыток убийство людей санкционируется определенными кругами. Цель – посеять страх среди азербайджанцев, унизить Азербайджан и таким путем нести ущерб межгосударственным отношениям. В России есть силы, недовольные восстановлением территориальной целостности Азербайджана и тем, что президент России не участвовал в 44-дневной войне на стороне Армении. Эти силы не в состоянии дать верну оценку дружеским отношениям Азербайджана с Россией и важного значения, придаваемого у нас русскому языку, воспринимают это как нашу слабость. Понимая присутствие в регионе только в форме военного присутствия, эти сторонники грубой силы не хотят подписания мирного соглашения между нами и Арменией. Затулин и ему подобные открыто заявляют, что завершение конфликта подписанием мирного соглашения может привести к утрате Россией рычагов воздействия на стороны. Эти круги, заказав это тяжкое убийство, пытаются дать понять Азербайджану, что они могут изгнать азербайджанцев из России и тем вызвать в Азербайджане определенное социальное напряжение. Кроме того, как явствует из показаний пострадавших, таким способом азербайджанцев хотят запугать и сломать, отправить их на войну. В п. 4 ст. 31 нашей Конституции указывается, что граждане Азербайджанской Республики имеют право в любой момент беспрепятственно вернуться в свою страну, это право не может быть ограничено ни под каким предлогом. Пользуясь тем, что мы не разрешаем нашим гражданам вернуться на родину сухопутным путем, российская сторона психологически ломает их и отправляет на войну. Я в очередной раз призываю правительство не ограничивать нашим гражданам въезд в страну.

 

– После 44-дневной Отечественной войны российско-азербайджанские отношения развивались по восходящей линии. Какие причины привели к такому изменению позиции России?

 

– По-видимому, Россия пытается либо отвратить Азербайджан от каких-то решений, либо же принудить его принять какие-то решения, или же наказать за какие-то принятые решения.

 

– Можно ли квалифицировать пытки и убийства азербайджанцев с целью добиться от правительства Азербайджана желаемых шагов как террористический акт?

 

– В связи с этим СГБ и Генеральная прокуратура должны возбудить уголовное дело по ст. 214 (терроризм) и подать виновных в международный розыск. Как и тех, кто сбил наш самолет над Грозным.

 

– Какие версии могут быть более вероятными?

 

– Принудить Азербайджан к членству в структурах, созданных при лидерстве России, или наше препятствование Турции, стремящейся к улучшению отношений с Арменией. Давление может быть связано и с внешней политикой Азербайджана. К примеру, это может быть «наказание» за нашу поддержку территориальной целостности Украины и гуманитарную помощь этой стране.

 

– Как Вы восприняли заявление правительства Ирана о необходимости расследования Азербайджаном информации о ударах израильских дронов по Ирану через нашу территорию?

 

– Это заявление абсурдное. Азербайджан неоднократно заявлял, что наше сотрудничество с какой-либо страной не направлено против третьих стран и что Азербайджан никогда не допустит использования его территории для ударов по Ирану, который является родиной и для азербайджанцев. Мы осудили атаки Израиля, подчеркнули необходимость разрешения конфликта путем переговоров. Израиль – дружественная нам страна, но мы поддерживаем наших друзей, когда они правы. Ирану лучше бы перестать заявлять, что Израиль будет уничтожен, и предпринять усилия для примирения с этой страной и с США, в срочном порядке приступить к реформам внутри страны. Я всегда говорю, что Пезешкиян, возможно, последний шанс мирного развития для Ирана. Иранская сторона должна разобраться, почему их граждане столь широк сотрудничают с израильскими спецслужбами. Многие дроны, которыми наносили удары по иранским ядерным объектам, собраны на территории Ирана, и оттуда же запускались. Иран – исламское государство, и наша вера велит, что защита Родины – долг верующих. Ответ в известной пословице: у голодного нет веры, сытому нет доверия.

Narkotiklərə bağlı yeni çağırış və təhlükələr hansılardı? – Deputatdan açıqlama – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsi çərçivəsində ilk maarifləndirici veriliş ərsəyə gəlib. AXC TV-nin “Azad meydan” verilişində mövzu ilə bağlı sualları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Azər Allahverənov cavablandırıb.

Ətraflı videoda:

 

Enerji siyasətinin uğurları

Prezident İlham Əliyev: “Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”

Bakı Ekspo Mərkəzində 2 iyun 2025-ci ildə başlayan Bakı Enerji Həftəsi çərçivəsində üç mühüm tədbir keçirilir. Belə ki, 3-5 iyun tarixlərində təşkil olunan bu sərgi, Xəzər regionunun ən böyük neft və qaz sərgisi olaraq tanınır. Bu il 31 ölkədən 250 şirkət iştirak edir və sərgi sahəsi 4345 kvadratmetr təşkil edir. Eyni tarixlərdə keçirilən bu sərgi, regionda enerji və yaşıl enerji sahələrindəki yenilikləri təqdim edir. Sərgidə enerji istehsalı, bərpa olunan enerji mənbələri və yaşıl texnologiyalar mövzuları ön plandadır.

4-5 iyun tarixlərində keçirilən bu forumda, enerji sahəsindəki qlobal əməkdaşlıq, dayanıqlı enerji gələcəyi və yaşıl enerji mövzuları müzakirə olunur. Forumda SOCAR prezidenti Rovşən Nəcəfov, bp Azərbaycanın regional prezidenti Qari Conson və digər beynəlxalq şirkətlərin nümayəndələri çıxış edirlər. Forumun proqramında rəqəmsallaşma, karbon emissiyalarının azaldılması və enerji bazarlarının gələcəyi kimi mövzular da yer alır.

Bakı Enerji Həftəsi, Azərbaycanın enerji sahəsindəki mövqeyini gücləndirmək və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyan önəmli bir tədbirdir. Qeyd edək ki, neft və qaz sərgisinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Cənab Prezident açılış mərasimində çıxışında deyib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir: “Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan – nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, – Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.

Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir”. Bakıda 1994-cü ildə təşkil olunan ilk neft-qaz sərgisi müstəqil Azərbaycanın enerji sahəsində beynəlxalq arenada ilk böyük addımlarından biri hesab olunur. Bu sərgi — Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) — o vaxtdan etibarən hər il keçirilir və bu günə qədər Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilmişdir.

1994-cü ildə keçirilən bu ilk sərginin əhəmiyyəti təkcə texniki və kommersiya tərəfləri ilə deyil, həm də “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin eyni ildə imzalanması ilə daha da artmışdır. Həmin il Azərbaycan dünya enerji bazarına açılmağa başladı və bu sərgi də həmin prosesin ayrılmaz hissəsinə çevrildi.

1994-cü ildə Bakıda keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil & Gas) Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi oldu. Bu sərgi ilə Azərbaycan ilk dəfə beynəlxalq enerji ictimaiyyətinə açıldı və xarici investorların marağını cəlb etdi. Elə həmin ilin 20 sentyabr 1994-cü il tarixində isə Azərbaycan hökuməti beynəlxalq neft şirkətləri konsorsiumu ilə tarixi bir saziş imzaladı. Bu müqavilə sonradan “Əsrin müqaviləsi” kimi tanındı. “Əsrin müqaviləsi”nin izalanmasında məqsəd Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi idi. Bunun nəticəsi olaraq Azərbaycan dünya enerji bazarına inteqrasiya olundu. Xəzər regionunun geosiyasi çəkisi artdı. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin əsası qoyuldu. Neft gəlirləri Azərbaycanın iqtisadi inkişafına və müstəqil dövlət quruculuğuna təkan verdi. Bütün bunlar göstərir ki, 1994-cü ildəki sərgi sadəcə texniki və sənaye tədbiri deyil, həm də böyük bir geosiyasi mərhələnin başlanğıcı oldu. Bu səbəbdən də, sərgi və “Əsrin müqaviləsi” tarixdə bir-biri ilə sıx bağlı olan strateji hadisələr kimi xatırlanır. Ölkə başçısının qeyd etdiyi kimi bu strateji uğurlar Prezident Heydər Əliyevin uzaqgörən siyasi baxışı və liderliyi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin rolu bu prosesdə həlledici idi. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev ilk olaraq ölkədə daxili sabitliyi bərpa etdi. Siyasi sabitlik xarici investorlar üçün əsas şərt idi. Enerji siyasətində milli maraqlar qorundu. Heydər Əliyev Azərbaycanın neft ehtiyatlarını beynəlxalq bazara çıxarmaqla yanaşı, milli maraqları da təmin edən balanslı siyasət yürütməyə nail oldu. “Əsrin müqaviləsi” onun bu siyasətinin nəticəsi idi. Əsas məsələ odur ki, geosiyasi tarazlıq yaradıldı. Heydər Əliyev sazişə müxtəlif ölkələrdən olan enerji şirkətlərini cəlb etməklə, regionda geosiyasi tarazlıq yaratdı. ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə kimi ölkələrin şirkətlərinin iştirakı bu strategiyanın tərkib hissəsi idi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin təşəbbüskarı da Ulu Öndər Heydər Əliyev olmuşdur. Heydər Əliyev bu kəməri sadəcə texniki layihə deyil, Azərbaycanın müstəqilliyini və enerji təhlükəsizliyini təmin edən strateji xətt kimi gördü.

1994-cü ildə keçirilən ilk Caspian Oil & Gas sərgisinin arxasında da Heydər Əliyevin “Azərbaycanı dünya enerji xəritəsinə daxil etmək” məqsədi dayanırdı. Heydər Əliyev olmasaydı, nə “Əsrin müqaviləsi”, nə də sonrakı enerji strategiyaları bu formada həyata keçirilə bilməzdi. Onun dərin strateji baxışı, qətiyyəti və diplomatik ustalığı sayəsində Azərbaycan bu gün dünya enerji bazarının mühüm iştirakçılarından birinə çevrilib. Bu səbəbdən, Bakı Enerji Həftəsi və “Caspian Oil & Gas” sərgisinin 30 illiyi, həm də Heydər Əliyevin dövlətçilik irsinin və enerji siyasətinin uğurlarının təsdiqidir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

“Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinə start verilib

“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin icrasına start verib.Layihə rəhbəri Reyhanə Hacıyevanın bildirdiyinə görə, layihə 3 ay müddətində (01 iyun-31 avqust 2025-ci il) icra olunacaq.

Gəncə şəhəri, İsmayıllı və Abşeron rayonlarında həyata keçiriləcək hər tədbirdə 30-40 nəfərin  iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər, mütəxəssislər də iştirak edəcək.

Reyhanə Hacıyeva vurğulayıb ki, layihənin əsas məqsədi qadınların hüquq və maliyyə idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması yolu ilə yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək olmaqdır.

Layihə qadınlar arasında ideyanı biznesə çevirmək istiqamətində maliyyə və hüquqi savadlılığın artırılmasına, yeni biznesə başlayan və ya mövcud bizneslərini inkişaf etdirmək istəyən qadınların motivasiyasına töhfə verəcək, həmçinin uğurlu biznes fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşlər keçiriləcəkdir. Ümumilkidə mövcud biznes fəaliyyəti zamanı qarşıya çıxa biləcək çətinliklər haqqında müzakirələr aparılacaq və onların  mümkün həlli yolları barədə məsləhətlər veriləcəkdir.

Layihənin yeni iş yerlərinin yaranmasına və qadınlar arasında məşğulluğun artmasına töhfə verəcəyi gözlənilir.

Reyhanə Hacıyeva onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə 3 maarifləndirici veriliş ərsəyə gətiriləcək. Ekspertlərlə efir görüşündə qaldırılmış məsələlərin müzakirəsi, onların mümkün həlli yolları üçün təkliflərin verilməsi nəzərdə tutulur.Layihə çərçivəsində xüsusi çarx da hazırlanacaq.

“Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinə start verilib

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun 2025-ci il tarixindən “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinin icrasına start verib.Təşkilatdan verilən məlumata görə, layihə 3 ay müddətində (01 iyun-31 Avqust 2025-cü il) icra olunacaq.

Məlum olduğu kimi, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev narkomaniyanı cəmiyyətin “sosial bəlası” adlandırmışdı. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Ancaq qeyd etmək istərdik ki, narkomaniya və narkobiznesin mənfi təsirləri təkcə insanların sağlamlığına və ya mənəviyyatına deyil, həmçinin bu zərərli vərdiş dünya iqtisadiyyatına da ciddi zərbə vurur. Problem  dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində də mühüm rol oynayır.

Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına görə isə dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını ildən-ilə daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təmsilçilərinin İsmayıllı şəhərində və Abşeron rayonunda həyata keçirəcəkləri tədbirlərdə 18-35 yaş arası hədəf qrupunun üzvlərinin iştirakı nəzərdə tutulub. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq ekspertlər iştirak edəcəklər.

Layihə çərçivəsində müxtəlif vaxtlarda internet tv-də layihə rəhbəri və mövzu üzrə ekspertlərin iştirakı ilə üç maarifləndirici veriliş, həmçinin tanınmış idmançılar və populyar mədəniyyət xadimlərinin açıqlama-çağırışlarından ibarət 10 dəqiqəlik videoçarx hazırlanacaq.

Avropa İttifaqı da Suriyanı sanksiyalardan azad etdi

Avropa İttifaqı (Aİ) Şurası Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi qərarını rəsmiləşdirən hüquqi aktlar qəbul edib. Suriya Mərkəzi Bankı da daxil olmaqla 24 maddə siyahıdan çıxarılıb.

Aİ-nın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas açıqlamasında “Bu gün Aİ Suriya xalqının yenidən birləşməsinə və yeni, dinc Suriyanın qurulmasına kömək edəcək keçid dövründə tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir” deyib.Hüquqi aktların rəsmi qəbulu hələ Kallasın mayın 20-də elan etdiyi vaxtdan qüvvəyə minir.

Qeyd olunur ki, Mərkəzi Bankdan başqa, neft hasilatı və pambıq emalı sektorunda fəaliyyət göstərən şirkətlər, eləcə də KİV-lər sanksiya siyahısından çıxarılıb.

Diqqətə çatdıraq ki, Aİ Suriyaya qarşı sanksiyaları ilk dəfə 2011-ci ildə Bəşər Əsəd prezident olanda tətbiq edib. Tədbirlərə neft embarqosu, investisiya məhdudiyyətləri, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması və Aİ ölkələrindən “daxili repressiya üçün istifadə edilə bilən” avadanlıqların tədarükünə qadağa daxil olmuşdu.

Onu da qeyd edək ki, bir müddət  əvvəl ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə turnesi zamanı dövlət başçısı da analoji addım ataraq, Suriya üzərindən sanksiyaların götürüldüyünü dilə gətirmişdi.

QHT Qəbələdə rayonunda tarixi-mədəniyyət abidələrin təbliğində bələdiyyələrin fəaliyyətini təkmilləşdirəcək

“”Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib” – bu fikirləri adıçəkilən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.

“”Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır.

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda keçiriləcək görüşlərdə Mədəniyyət nazirliyinin və Ədliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılması nəzərdə tutulur. Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar öz əksini tapacaq. Hazırlanacaq sosial çarx müasir texnologiyaların imkanlarından istifadə edərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaqdır.

Keçiriləcək görüşlərdə əsasən yeni aşkarlanan tarixi mədəniyyət abidələrinin qeydə alınması, mövcud abidələrin bərpası, mühafizəsi və qorunması istiqamətində görüləcək işlər barədə, o cümlədən müasir informasiya texnologiyaların imkanlarından istifadə edərək tarixi mədəniyyət abidələrinin təbliği istiqamətində görüləcək işlər haqqında olacaqdır.

Sədr ümid edir ki, layihə çərçivəsində nəzərdə tutulan işləri vaxtında və layiqincə həyata keçirməklə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin göstərdiyi etimadı doğruldacaq.

Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib – FOTOLAR

Milli Məclisin deputatı Azər Allahverənovun 12 aprel 2025-ci il tarixdə Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinlərinin qəbulu keçirilib.

Qəbulda iştirak edən zabratlılar sosial rifahının və yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən qəsəbədə asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman meydançasının və istirahət parkının salınması, məhəllədaxili küçələrdə abadlıq işlərinin yerinə yetirilməsi, məşğulluq imkanlarının artırılması, həssas qruplardan olan şəxslərə dövlət hesabına hüquqi dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Bütün müraciətlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb.

Müəyyən izahatlar verildikdən sonra qəbula gələn vətəndaşlara əminliklə bildirilib ki, hər zaman olduğu kimi, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımların atılması üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər ediləcəkdir.

Azər Allahverənov: “31 Mart – Azərbaycanlıların soyqırımı bəşər tarixinin qanlı səhifələrindəndir”

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının digər şəhər və qəza ərazilərində əsasən dinc azərbaycanlı əhalisinə qarşı baş verən kütləvi qırğınlar, Azərbaycan xalqının tarixində ən faciəvi və ağrılı hadisələrdən biri olmuşdur.

Həmin dövr, Azərbaycan Respublikasının müstəqilliyini bərqərar etməyə çalışdığı, siyasi və hərbi vəziyyətin çox mürəkkəb olduğu bir vaxtı əhatə edirdi. Bu hadisələr zamanı azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar, hərtərəfli bir planın nəticəsi olaraq baş vermişdir. Belə ki, tarixən erməni millətçilərinin qondarma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək kimi bir məqsədi olub və bu çirkin niyyətini həyata keçirmək üçün onlar ilk əvvəl soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti yürütməyə başlamışdılar. Nəticədə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər bölgələrdə bolşeviklərin və erməni daşnaklarının birgə törətdiyi soyqırım nəticəsində minlərlə dinc əhali amansızcasına qətlə yetirilmiş, evləri, kəndləri yandırılmış, talan olunmuş, xalqımızın mədəni irsi məhv edilmişdir.

Bu qırğınlar təkcə insanlara qarşı deyil, həm də Azərbaycanın tarixi və mədəni irsinə qarşı yönəlmişdi. Məktəblər, xəstəxanalar, məscidlər, tarixi abidələr məqsədyönlü şəkildə dağıdılmış, xalqın mənəvi varlığına ağır zərbə vurulmuşdur. Bakıdakı Təzəpir, Göy məscid və Şamaxıdakı Cümə məscidi kimi tarixi abidələr bu vandalizmin qurbanı olmuşdur. Bütövlükdə, Bakı və digər şəhərlərdə bir neçə gün ərzində baş verən bu qırğınlar zamanı on minlərlə insanın həyatına son qoyulmuşdur. Bu qırğınlar törədənlər yalnız fiziki məhv etməklə kifayətlənməyib, eyni zamanda azərbaycanlıların mülkiyyətinə, maddi və mədəni irsinə də ciddi ziyan vurmuşdular.

1918-ci ilin mart hadisələri erməni millətçi təşkilatlarının, xüsusilə də “Daşnaksutyun” partiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi faşist siyasətinin bariz nümunəsidir. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın bilavasitə göstərişi ilə bolşevik-erməni qüvvələri dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş soyqırımı törətmişdir. Bu qətliamda Bakı Sovetinin 6 min silahlı əsgəri və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

Mart qırğınlarının nəticələri son dərəcə ağır olmuşdur. İlk növbədə, Azərbaycan xalqı ciddi sosial, psixoloji və iqtisadi travmalarla üzləşmişdir. Həmin dövrdə qaçqın düşən və öz evlərindən, torpaqlarından didərgin düşən minlərlə insan, uzun müddət ərzində yeni həyat şəraiti qurmaqda çətinlik çəkmişdir. İkinci dünya müharibəsinə qədər olan dövr ərzində bu hadisələrin yaratdığı dərdlər, xalqın kollektiv yaddaşında silinməz izlər buraxmışdır.

Qırğınların bir digər mühüm nəticəsi, həmin dövrdə etnik və dini əlaqələrin gərginləşməsi, Azərbaycanın sosial strukturunda böyük dəyişikliklərin baş verməsi olmuşdur. Azərbaycanın müxtəlif etnik qruplarının bir arada yaşadığı, çoxmillətli bir cəmiyyətin mövcud olduğu bu dövrdə baş verən hadisələr, cəmiyyətdə güclü etnik gərginliyə səbəb olmuşdur.

Son nəticədə, 1918-ci ilin mart-aprel qırğınları yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın tarixində də çox ciddi və acı nəticələrə yol açmışdır. Bu qırğınlar, Azərbaycan xalqının milli müstəqillik və azadlıq uğrunda mübarizəsini daha da gücləndirmiş, onun daxili potensialının səfərbər olunması və siyasi iradəsinin güclənməsi üçün ciddi zəmin yaratmışdır.

Əminliklə demək olar ki, bu qırğınlar təkcə etnik təmizləmə siyasətinin nəticəsi deyil, həm də xalqımızın milli kimliyinə və müstəqillik arzusuna qarşı törədilmiş bir cinayət idi. Bununla yanaşı erməni millətçiləri, o cümlədən erməni daşnak təşkilatları, xüsusən “Daşnaksutyun”, ona yaxın digər radikal qruplar və bu qüvvələrə dəstək verən xarici siyasi güclər tərəfindən törədilən həmin qırğınlar həm də Azərbaycan əhalisinə qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək məqsədilə başladılan böyük bir terror kampaniyasının tərkib hissəsi idi.

Tarixi sənədlərə istinad etsək görərik ki, 1918-ci ilin mart ayının 30-dan başlayan azərbaycanlıların soyqırımı əvvəlcədən planlaşdırılmış və məqsədyönlü şəkildə həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu qırğınların araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılmış, lakin həmin dövrün siyasi çətinlikləri səbəbindən bu iş tam başa çatdırıla bilməmişdir.

Ancaq 26 mart 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda o, 1918-ci ilin martında erməni millətçiləri və bolşeviklərin birgə fəaliyyəti nəticəsində baş verən qətliamların Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktı olduğunu bildirmiş, mart qırğınları haqqında dəfələrlə çıxış edərək, bu faciənin tarixi həqiqətinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır. “Mart hadisələri uzun illər xalqımızdan gizlədilmiş, bu qətliamın əsl mahiyyəti təhrif edilmişdir” deyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdir. Bu tarixi qərar ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri qırğınların dövlət səviyyəsində tanınması, ona ilk hüquqi-siyasi qiymətin verilməsi baxımından əhəmiyyətli idi.

Bu gün də Azərbaycan dövləti və ictimaiyyəti Ulu Öndərin göstərdiyi yolu davam etdirərək erməni millətçilərinin tarixi cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün prinsipial mövqe nümayiş etdirir, soyqırımı cinayətlərinin dünya miqyasında tanınması üçün ardıcıl səylər göstərir. Bu, yalnız keçmişin deyil, həm də gələcəyin təhlükəsizliyi üçün vacib amillərdəndir.

Ancaq qeyd etmək lazımdır ki, bu soyqırım erməni millətçilərinin tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin yalnız bir hissəsidir. Xüsusilə 1905-1906, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar nəticəsində yaşayış məntəqələri dağıdılmış, əhalinin bir hissəsi isə öz torpaqlarından didərgin salınmışdır.

Sonrakı dövrlərdə də bu siyasət davam etdirilib. 1948-1953-cü illərdə 100 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından – indiki Ermənistan ərazisindən deportasiya edilib.

1988-ci ildən başlayaraq isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qarşı ərazi iddiaları ilə çıxış edərək yeni təcavüzkar siyasət həyata keçirdi. Bu təcavüz nəticəsində Xocalı soyqırımı baş verdi, Qarabağ və ətraf rayonlar işğal olundu, minlərlə insan həlak oldu, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi.

Beləliklə, 1918-ci ilin mart hadisələri təkcə bir hərbi-siyasi qarşıdurma deyil, məhz mülki əhaliyə qarşı planlı şəkildə həyata keçirilmiş soyqırımı aktıdır. Bu hadisələrdə əsas hədəf Azərbaycan xalqının dinc sakinləri olmuşdur. Bakı Sovetinin rəhbərliyi altında bolşevik-erməni silahlı dəstələri Azərbaycanlıların yaşadığı məhəllələrə qəfil hücumlar edərək, qadın, uşaq və qocaları amansızcasına qətlə yetirmiş, minlərlə insanı diri-diri yandırmış, evləri, məscidləri və tarixi abidələri dağıtmışdır. Bu qırğınlar Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə də davam etdirilmişdir.

Mart-aprel qırğınları təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bu torpaqlarda yaşayan digər millətlərin nümayəndələrinə qarşı da yönəlmişdir. Belə ki, ölkənin müxtəlif bölgələrində həyata keçirilən kütləvi qırğınlar nəticəsində on minlərlə insan, o cümlədən ləzgi, yəhudi, rus, avar və talış xalqlarının nümayəndələri də hədəfə alınmış, amansızcasına qətlə yetirilmiş, diri-diri yandırılmış və işgəncələrə məruz qoyulmuşdur. Təkcə Quba şəhərində 2007-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını açıq şəkildə təsdiqləyir. Kütləvi məzarlıqda tapılan insan qalıqları, bu soyqırımın necə geniş və qanlı bir hadisə olduğunu təsdiqləyir. Quba yaxınlığındakı məzarlıq, soyqırım ilə bağlı ən böyük və ən əhəmiyyətli kütləvi məzarlıq kimi tarixə düşmüşdür.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalamış və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışını etmişdir.

Prezident İlham Əliyevin 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı çıxışı bu məsələyə dövlətin ciddi yanaşmasını bir daha təsdiq edir. Prezident qeyd etmişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir…”. Bu çıxış bir daha göstərir ki, erməni faşizmi təkcə 1918-ci ildə deyil, XX əsrin müxtəlif dövrlərində, o cümlədən İkinci Dünya müharibəsi zamanı və 1988-ci ildən etibarən Qarabağda da öz qanlı izlərini qoymuşdur.

1918-ci il mart soyqırımının yüz illiyinin daha geniş miqyasda qeyd edilməsi və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncam Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan 31 Mart soyqırımının unudulmaması, həqiqətlərin gələcək nəsillərə ötürülməsi və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur.

Bu gün Azərbaycan dövləti bu tarixi ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün mühüm işlər görür. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir və bu faciənin beynəlxalq səviyyədə tanınması üçün səylər davam etdirilir. Tarixi faktların dünya ictimaiyyətinə düzgün çatdırılması, saxta erməni təbliğatının ifşası və ədalətin bərqərar olması hər bir azərbaycanlının ümdə vəzifəsi, Ulu Öndər Heydər Əliyev dediyi kimi, “soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

«Нужно подумать и о переносе столицы в Ханкенди» – Гудрат Гасангулиев

Aktor.Az представляет интервью председателя Партии справедливости, права и демократии (ПСПД), депутата Милли Меджлиса Гудрата Гасангулиева партийной пресс-службе.

– Гудрат-бей, хотелось бы узнать Ваше мнение о поездке в Карабах президента и первого вице-президента республики.

– В Карабахе ведется большая восстановительная и созидательная работа. Наблюдать это чрезвычайно отрадно. Возводимая в Шуше новая мечеть благодаря своей красоте и архитектуре станет символом Шуши и всего Карабаха. Сегодня мусульманские ученые и духовенство начали обсуждать реформы в исламе, и это заслуживает одобрения. Мне очень хотелось бы, чтобы мы в этом направлении пошли еще дальше, чтобы в шушинской мечети были созданы большая научная библиотека, музей истории города, дворец бракосочетаний, где служители религии будут напутствовать молодых. Мечеть должна быть не только местом молебствий, не ассоциироваться лишь с погребальными ритуалами нашей религии. Пусть шушинская мечеть станет местом каждодневного посещения для нашей молодежи. В свое время я предложил, чтобы Агдам отстраивался как столичный город, но это не приняли. Нужно подумать о переносе столицы в Ханкенди, это было бы целесообразно с политической и экономической точки зрения и в плане снижения нагрузки на Баку. Верю, что когда-нибудь это будет сделано.

– Считаете ли вы достаточными меры по открытию новых рабочих мест в Карабахе?

– Определенная работа ведется, но правительству следует думать о вложении инвестиций не столько из-за рубежа, сколько из Азербайджана, добиваться создания более благоприятного предпринимательского климата, мира с Арменией и региональной безопасности, открытия границ и таким путем создания новых рабочих мест. Мы должны выдвигать инициативы в русле еще большей экономической интеграции региона и создания единого свободного рынка. Согласившись на прокладку через Азербайджан газопровода из России в Иран, мы должны потребовать, чтобы Россия и Иран тоже не препятствовали прокладке газопровода из Туркменистана в Азербайджан по дну Каспия. Турции и Азербайджану следует начать обсуждение о прокладке железной и автомобильной дорог под каспийским дном. Для быстрого развития экономики следует провести приватизацию государственного сектора, устранить бюрократические препоны, предпринять дополнительные шаги по обеспечению верховенства закона.

– Какими вы видите перспективы мирных переговоров по Украине?

– Скорее всего, война будет продолжаться до тех пор, пока Россия не оккупирует полностью четыре аннексированных региона Украины, и в этом деле Трамп окажет им нужную поддержку. Но это будет осуществлено таким образом, чтобы Трамп сохранил власть и в будущем смог передать ее своему преемнику. Украина, как и другие, столкнется с тяжелыми последствиями дружбы с Америкой. Путин же видит возможность победы не только над Украиной, но и над НАТО, и поэтому не остановит войну на нынешнем этапе, он поставит на колени коллективный Запад, который переживает кризис ценностей и склонен к предательству. Трамп ненавидит не столько противников США, сколько собственных политических противников, стремится отомстить им. Путин будет мастерски использовать Трампа против противников России по всем направлениям.