Sərnişinlər Mehdiabadda marşrutun qapılarını və pəncərələrini sındırdılar — Avtobus yana bilərdi
Dünən saat 21:00 radələrində 108A marşrutu üzrə hərəkət edən “Laz” markalı avtobusda həyacanlı anlar yaşanıb.
“Rupor”un əməkdaşının verdiyi məlumata görə “Azadlıq prospekti” metrostansiyasından Fatmayı qəsəbəsi marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusunun arxa hissəsi Mehdiabad ərazisndə tüstüləməyə başlayır.
Sərnişinlər məcbur qalıb avtobusun şüşələrini sındırır, qapılarını qırmağa cəhd göstərirlər. Nəhayət sürücü özünü əla alıb, qapıların açılmasını təmin edir.
Hadisə nəticəsində qadınardan biri huşunu itirir, ilkin yardımdan sonra onu özünə gətirmək mümkün olur.
Avtobusu yolun çiyin hissəsinə yönəltməyi bacaran sürücü sərnişinlərdən yolpulunu da götürmür.
Nasazlığın hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.