GündəmManşetSiyasətXəbər xətti

Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklər nələrə hesablanıb? – Millət vəkilinin ŞƏRHİ

“Bu günlərdə Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunmaqdadır və bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar , ordu, orduda nizam – intizam yoxdur və Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək  olar. Ancaq bu mümkün deyil.  Bunula belə  əslində məsələnin başqa tərəfləri də var “.

Bu sözləri Aktor.Az-a açıqlamasında millət vəkili Hikmət Babağlu bildirib.Onun sözlərinə görə,könüllülərin orduya cəlb olunmasında tək məqsəd sadəcə  ordunun gücləndirilməsi deyil:

“Diqqətlə təhlil etdikdə aydın olur ki ,  könüllülərin orduya cəlb olunmasında tək məqsəd sadəcə  ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa  çalışır. Çünki onun siyasi rəqibləri  bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş  şəxslərdi ki, Sarkisyan da, Köçəryan da bu şəkildə eyni keşmişə malik idirlər . Beləliklə orduda, onun hərbi elitasında onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, bu

proses adı altında, yəni könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terroristləri cəlb etmək niyyəti güdür.Bu da əslində onsuz da terrorçu olan orduya yeni terroristlərin qazandırılması siyasətidir. Əsas məsələlərdən bir digəri  isə  orduda yeni güc mərkəzi yaratmaqla  Paşinyana qarşı  mümkün ixtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də  iflic vəziyyətə salıbdır. Bu problemi həll etmək zərurətindən irəli gələn

axtarışlar zamanı  bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı. Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Və xalq, ordu ənənəsi ümumiyyətlə, Ermənistanın tarixində olmayan bir hadisədir. Ona görə də öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terroristlərin Ermənistan ordusuna cəlb etməsini ən doğru və optimal yol kimi müəyyənləşdirdilər. Amma şübhəsiz ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil. Çünki bunun çox ciddi maliyyə tərəfləri var.Bu sadəcə ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın  uğursuz çırpınışlarıdır. Şübhəsiz ki bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcəkdir və Azərbaycan öz güclü ordusuyla ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcəkdir”.