FotoGənclər fonduManşetXəbər xətti

Gənclərin peşə və ixtisas seçiminə dəstək məqdsədi ilə tədbir keçirilib – FOTOLAR

27 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi Dostluq gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihənin təlimi keçirilib.

Aktor.Az xəbər verir ki, “Dostluq” gənclərin əlaqələndirmə mərkəzinin sədri Cavidan Ağazadə tədbirdə çıxış edərək qeyd etdi ki, davamlı insan inkişafı baxımından peşə seçiminin əhəmiyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələr arası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bu günki reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək. Mərkəz rəhbəri C.Ağazadə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın” “insan potensialına”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Bu hədəflərə çatmaq və töhfə vemək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhvə verməyə təşviq edir.

Bu sahədə nəzəri və praktik biliklərə malik olan ekspertlər və digərləri çıxış edərək cəmiyyət həyatı üçün peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsini olduqca vacib hesab etdilər. Qeyd edildi ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.

Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və  ixtisas seçmələrinə dəstk olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına tövfə verməkdir. “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırıldı.