“Nərmanov gürcü düşmənidir, Zaqatalanı alıb, abidəsi sökülməlidir” – Yepiskop Giorgi / VİDEO
Dünən Gürcütanda Marneuli və Hujabi Yeparxiyasının yepiskopu Giorgi Jamdeliani bazar xütbəsi zamanı Merneuli meri Zaur Darğallını Nəriman Nərimanovun büstünü bərpa etdiyi üçün tənqid edərək, Nərimanovun büstünün sökülərək zibilliyə atılmalı olduğunu və onun özünün bu hərəkətinə görə xalqdan üzr istəməli olduğunu deyib.
“Marneuli Bələdiyyəsinin meri Zaur Darğallı bolşevik Nəriman Nərimanovun abidəsini bərpa etdi.Baxmayaraq ki, yaxın gələcəkdə abidə qanunla sökülməli idi !!!
Mən, Nəriman Nərimanovun kim olduğunu xatırlatmaq istəyirəm, hansı ki, yəqin, çox sayda azərbaycanlı və gürcü bunu bilmir. Bu şəxs Gürcüstanda doğulub və burada yaşayırdı. Daha sonra Azərbaycana getdi. O, bolşevik idi. İlk öncə Sovet mental maşını demokratik ölkə olan Azərbaycanı işğal etdi, daha sonra – 1920-ci ildə Gürcüstana hücum etdi. Onun əli bizim əcdadlarımızın, həmvətənlərimizin qanına batıb. Daha sonra satqın Filip Maxaraşvilinin imzası ilə Gürcüstanın qədim torpağı olan Zaqatala bölgəsini ayıraraq, qonşu ölkəyə verib. Kimdir Nəriman Nərimanov? O, həmin insandır ki, bizim ərazi bütövlüyümüzün pozulmasına, işğalına və torpağımızın itirilməsinə böyük töhvə verib. O, bizim dövlətçiliyimizin düşmənidir”, – deyə Giorgi Jamdeliani bildirib.
Giorgi Jamdeliani daha geniş çıxış edib və sözügedən çıxışın videosunu olduğu kimi sizə təqdim edirik: