GündəmManşetTexnologiyaXəbər xətti

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusu yandı

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.
Aktor.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.