Zakir Fərəcovdan gözlənilməz dəyişikliklər – Onlar işdən çıxarıldılar
Sumqaylt Şəhər İcra Hakimiyyətində mühüm dəyişikliklər olub.Aktor.Az xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, icra başçısının birinci müavini Faiq Kərimov vəzifədən kənarlaşdırılıb. Artıq onun istefa ərizəsini icra baçısı Zakir Fərəcova təqdim etdiyi bildirilir. Başçının əsas kadrlarından sayılan birinci müavinin hansı səbəbdən işdən çıxdığı bəlli deyil.
Məlumat üçün bildirək ki, Kərimov Faiq Alməmməd oğlu 17 İyul 1954-cü ildə Zəngilan rayonunun Zəngilan şəhərində anadan olmuşdur. 1961-ci ildə Zəngilan şəhər orta məktəbinin birinci sinifinə daxil olmuş , 1971-ci ildə həmin orta məktəbin məzunu olmuşdur.Orat məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş, 1975-ci ildə bitirmişdir. 1976-cı ildə Zəngilan şəhərinin Mincivan qəsəbə orta məktəbinə tarix müəllimi təyin edilmişdir.Eyni ildə Həqiqi hərbi xidmətə çağırılmış, 1977-ci ildə isə təxris olunaraq Mincivan qəsəbə orta məktəbində tarix müəllimi vəzifəsinə qayıtmışdır. 1978-ci ildə könüllü olaraq öz iş yerini rayonun Şayıflı kənd orta məktəbinə dəyişmişdir. 1981-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə Zəngilan rayonu DİŞ-nə zabit vəzifəsinə təyin olunmuşdur. 1986-cı ildən Qubadlı rayon DİŞ-nə rəis müavini, 1993-cü ildə isə Qubadlı rayon Polis şöbəsinə rəis təyin olunmuşdur.2010-cu ilə kimi bu vəzifədə çalışmışdır. 2011-ci ildə Sumqayıt şəhər məhkəməsində hakim köməkçisi işləyib. 2012-ci ildən isə Abşeron rayonu, Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə RİH başçısının nümayəndəsi təyin edilmişdir. 2015-in sentyabrına kimi Abşeron rayon icra başçısının müavini, sonra isə Sumqayıt şəhər icra başçısının birinci müavini vəzifəsində çalışıb.
Mia.az-a daxil olan digər məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin rəisi Seyfulla Əsədullayev də işdən çıxarılıb. Onun da işdən çıxmaqla bağlı ərizəsi alındığı bildirilir.