DünyaİqtisadiyyatXəbər xətti

Rza Zərrab Türkiyə iqtisadiyyatına böyük təhlükədir – EKSPERT

Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər.

Aktor.Az xəbər verir ki, bu bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.Onun fikirlərini təqdim edirik:

“Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər.Belə ki, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər. Bu isə Türkiyə üçün əlavə xərc yaratmaqla yanaşı, qonşi ölkə banklarının beynəlxalq sövdələşmələrinə və eləcə də kredit reytinqlərinə mənfi təsir göstərə bilər. Bunun baş verəcəyi halda isə lirənin daha çox dəyər itirəcəyi də qaçılmaz olacaq. Buna görə də, Zərrabın məhkəməsi heç də bir iş adamının mühakimə olunması ilə məhdudlaşmır”.