İvanişvili siyasətə qayıdır?
Hakim “Gürcü Arzusu” partiyası Bidzina İvanişvilinin ikinci dəfə hakimiyyətə gəlməsi barədə düşünür. Komandada artıq praktiki olaraq baş nazir Giorgi Qaxarianı Bidzina İvanişvili əvəz edəcək”.
24News.ge xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hakim partiyada hesab edirlər ki, hökumətin başına Bidzina İvanişvili gələrsə 2020-ci il parlament seçkilərindən rahat şəkildə qələbə əldə etmək asanlaşacaq.
“Mtavari Arxi”nin suallarını cavablayan Parlamentin vitse-spikeri Gia Volski isə bu məlumatı təkzib edib.
“Gürcü Arzusu”nun daxili tətqiqatlarına görə, baş nazir Giorgi Qaxarianın reytinqi çox aşağıdır. Buna görə də onun əvəz edilməsi barədə komanda da bir çox fikir ayrılığı mövcuddur. Hakim partiyadan ayrılmış deputat Giogi Cicinadze qeyd edib ki, B.İvanişvilinin siyahının başına gətirilməsinə elə buna görə qərar verilib.
“Onun (B.İvanişvili – red) yenidən baş nazir vəzifəsinə qayıtmasını çox ehtimal etmirəm. Ancaq hakim partiyanın seçki siyahısında birinci yerdə ola biləcəyi və gələcəkdə baş nazir olaraq xalqın qarşısına çıxa biləcəyi yəqin ki, daha məntiqli olar. Baş nazir vəzifəsinə mən düşünürəm ki, daha neytral şəxsi təyin edərlər. Hansı ki, seçki siyahısı ilə əlaqədar hər hansı bir etirazı olmayan birini”,-deyə G.Cicinazde vurğulayıb.
Telekanalın xəbərinə görə, B.İvanişvili qərbin etibarını itirməsinin və ən əsas tənqidinə çevirilməsinin səbəbi onun qeyri-formal idarəçiliyidir. Ölkədəki bütün önəmli qərarları o verir, ancaq heç bir şeyə görə məsuliyyət daşımır.