GündəmManşetSağlıq

Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi – Nazirlik

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi Bakıya – Respublika Yanıq Mərkəzinə gətirilib.Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər – bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.