Türkiyəli zəvvarlar yol qəzasına düşüblər

Türkiyəli zəvvarları aparan avtobus Səudiyyə Ərəbistanının Mədinə şəhərində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində avtobus yanıb.

Qəza zamanı 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti olduqca ağır qiymətləndirilir.

Yaralılar gün ərzində Türkiyəyə çatdırılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

.