GündəmXəbər xətti

Azərbaycanda daha bir güclü yanğın – Çox sayda…

Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır. Report-a istinadən xəbər verir ki, yolun Abşeron rayonu ərazisindən keçən hissəsində hektarlarla ərazidə güclü yanğın başlayıb. 
Hadisə yerinə çoxsaylı yanğın söndürən avtomobilləri cəlb olunub. Ərazidə güclü alov müşahidə olunur.
Hazirda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.