Bəzi deputatlarımızın Azərbaycan əleyhinə səs verməsi üzücüdür – Ünüvar

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlarının Azərbaycanla bağlı qətnamənin qəbul edilməsi lehinə səs verməsi üzücüdür.Bu barədə N.Ünüvar Trend-ə açıqlamasında bildirib.

 

Bu addımı qətiyyətlə pisləyən millət vəkili qeyd edib ki, CHP-dən olan deputatların belə fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinə əsla təsir etməyəcək:

 

“Türkiyə və Azərbaycan bütün beynəlxalq təşkilatlarda qardaş mövqeyindən çıxış ediblər. Bu gün Azərbaycan və Türkiyə münasibətləri mükəmməl səviyyədədir”.

 

Onun sözlərinə görə, Azərbaycan əleyhinə səs verənlər Azərbaycanın sosial, siyasi və demokratik inkişafının fərqində olsaydılar, belə addım atmazdılar.

 

Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.

 

.