Kriminal

Abşeronda kütləvi dava: bıçaqlanan var

Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.”Report” xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.