Kriminal

Bakıda 3 yaşlı uşaq beşinci mərtəbədən yıxıldı

Bakıda 3 yaşlı uşaq beşinci mərtəbədən yerə yıxılıb.Report xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Əli Vəliyev küçəsində 2015-ci il təvəllüdlü Əsgərov Pərviz Pərvin oğlu ehtiyyatsızlıqdan yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya yerləşdirilib.