MSK İlham Əliyevin namizədliyini təsdiqlədi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması müzakirəyə çıxarılıb.

Aktor.Az-ın məlumatına görə, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

.