Yaşlılarda ağıl zəifliyi hansı fəsadlar törədir? – Fəxriyyə Məmmədova/VİDEO

«Görəsən qələmi hara qoymuşam?», “Eynəyimi səhərdən axtarıram” – deyə əlimizlə qoyduğumuz şeyləri saatlarla axtarmaqdan, «Bu gün ayın neçəsidir?» “Səhərdən yemək yeməyim yadıma gəlmir” sözlərini bəzən dəfələrlə təkrarlamaqdan yorulmuruq. Yaddaşımızda problem yarandığından gileylənirik. Bəzən buna adi şey kimi baxır, “keçib-gedər” deyə əhəmiyyət vermirik. Amma alimlərin həyəcanlı açıqlamaları ilə tanış olduqda, problemin heç də “gəldi-gedər” olmadığını anlamaq mümkündür.

Bu gün dünya əhalisi yaddaşsızlıq sindromundan və alçheimer xəstəliyi – demensiyadan çox əziyyət çəkir. Xüsusən yaşa dolduqca problem özünü daha çox göstərir. Həkimlər insanlarda qocalıq xəstəliyinin artmasından daha çox alçheimer xəstəliyinin çoxaldığını bildirirlər. Bu, insanların ovqatını təlx edir.

Əvvəllər alçheimer xəstəliyini adətən 65 yaşdan yuxarı yaşlılarla əlaqələndirirdilərsə, elmin inkişafı xəstəliyə erkən yaşlarda da rast gəlməyin mümkün olduğunu üzə çıxarıb. Belə ki, xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər. Sadəcə, onlar əqli gerilik olduğundan bunu hiss etməsələr də, ailə üzvlərinə əzab-əziyyət yaşadırlar.

Həkimlər bildirirlər ki, bu risk faktorunun əsas səbəbi yaşla bağlıdır. Nə qədər yaşa dolursansa, «uşaqlığa qayıtmaq» riski də o qədər böyüyür. Məsələn, demensiya riski 70-80 yaşlar arasında 10 dəfə çoxalır. Planetin qlobal qocalması ilə əlaqədar olaraq alimlər bildirirlər ki, yaxın onillikdə bu cür xəstələrin sayı daha da çoxalacaq. Başqa bir məlumatda isə bildirilir ki, hər 20 ildə xəstəlik ikiqat artacaq. Hazırda dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı statistikaya görə 26,6 milyondur. 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artıq olacağı gözlənilir.

Xəstəliklə bağlı Aktor.Az-ın suallarını tanınmış psixonevroloq Fəxriyyə Məmmədova cavablandırır:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542

 

.