Şahin Mustafayevin səlahiyyətləri azaldıldı – Сiddi dəyişiklik
İqtisadiyyat Nazirliyinin səlahiyyəti xeyli dərəcədə azaldılıb.
Nazirlər Kabinetinin yeni qərarına görə, “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.
Bundan əlavə, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinə verilən bu səlahiyyətlər nazirliyin əsas gəlir mənbələrindən biri idi.