ManşetSiyasətXəbər xətti

Gürcüstanda erməni üsyanı

Gürcüstan hakimiyyəti  bir sıra erməni siyasətçilərin ölkəyə daxil olmasına icazə vermir. Bildirir ki, bu siyasətçilərin Gürcüstana səfərdə əsas məqsədi ermənilər yaşayan zonalarda vəziyyəti gərginləşdirməkdir.

Bu çərçivədə keçən il rəsmi Tiflis İrəvan tərəfindən səfir kimi təyin edilmiş namizədlə razılaşmadı.İstipress yerli KİV-lərin yazdığına görə, Tiflis bu namizədi Rusiya xüsusi xidmətləri ilə əlaqədə  günahlandırıb.

İndi sərhəd xidmət Ermnistanın “Yerkir Tsirani” (Əriklər ölkəsi) partiyasının lideri, hansısa Zarui Postancyanın öz tərəfdaşları ilə birlikdə Gürcüstana girməsinə icazə verməyib. Zarui Postancyan erməni KİV-lərinə bildirib ki, onu Gürcüstana niyə buraxmadıqlarının səbəbini anlamır. Yəni bir az ağ yalan danışıb.

Əslində Zarui Gürcüstan hakmiyyətinin bu addımının səbəbini çox gözəl bilir. Zarui Postancyan Gürcüstanın Axalkalki rayonuna ümumierməni üsyanı haqqında təbliğat üçün gedir. İki ay qabaq o, bu  rayonda olmuşdu. Amma belə görünür ki, bir şey alınmayıb. 2015-ci ildə Tiflisdə erməni kilsəsinin açılışı zamanı Postancyan  tərədarları ilə etiraz aksiyası keçirməyə çalışmışdı.

Ermənistan siyasətçiləri bu kiçik respublikanı dənizdən-dənizə nəhəng ölkəyə çevirmək iddiaları üzündən tez-tez persona-non qrantaya çevrilirlər. Bu məsələ Tiflisə Dağlıq Qarabağ nümunəsində yaxşı məlumdur. Buna görə də Sarkisanın Abxaziyadan keçməklə Rusiyaya dəmir yolu açmaq xahişin yerinə yetirmirlər. Tiflis istisna etmir ki, bu dəhliz ermənilərə silah daşımaq üçün lazımdır.  Bu silahı isə Rusiya xüsusi səxavətlə ermənilərə bağışlayır.