Böyük Quruluş Partiyası bəyanat yaydı – SƏBƏB
Böyük Quruluş Partiyası Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən yanvarın 18-də bu ölkənin Milli Assambleyasındakı açıqlamasına kəskin etirazını bildirir, onu həddini aşan və məsuliyyətsiz açıqlama kimi qətiyyətlə pisləyir. Belə ki, Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın üzvünə cavab verib, onu hüquq və nəzakətə dəvət etmək əvəzinə Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirləri “qəbuledilməz” adlandırması” Dünya Birlyi tərəfindən birmənalı qəbul edilən ölkənin ərazi bütövlüyünü tanımama anlamına gəlməklə, ona hörmətsiz yanaşmanın təzahürüdür.
Halbuki, Fransa da daxil beynəlxalq hüququn subyekti olan istənilən dövlətin başçısı rəhbəri oduğu ölkənin təhlükəsizliyinin və suveren hüquqlarının qorunmasının qarantı kimi çıxış etməlidir. Ölkə rəhbəri də beynəlxalq hüquqla və ölkə qanunları ilə tanınan səlahiyyətləri daxilində Ona həvalə edilən vəzifənin icrası ilə məşğul olaraq, qeyri-qanuni hərəkətlərə tamamilə adekvat münasibətini açıqlayıb.
Fransa prezidentliyinə namizədlik statusu Pekresə Azərbaycan qanunlarını pozmaq və ona etinasız münasibət göstərmək hüququ, toxunulmazlıq statusu verə bilməz.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfərləri ilə bağlı açıqlaması ölkə və beynəlxalq qanunlara tamamilə uyğundur və bunun əksinin də düşünülməsi mümkün deyil. Fransa prezidenti də rəhbəri oldğu ölkənin qanunlarına hörmət etməyən şəxslərə qarşı fərqli davranış sərgiləmək ixtiyarına sahib deyil.
Hesab edirik ki, Fransanın Avropa və xarici işlər üzrə nazirinin, eləcə də bu ölkənin digər rəsmi və siyasi personalarının ölkəmizə qarşı qərəzli və ermənidən çox erməniçilik sərgiləyən mövqelərinə qarşı yəqin ki, daha təsirli addımlar atılmalı, qanun, hüquq tanımayan davranışlrara qarşı, təkcə cavab xarakterli açıqlamalarla kifyətlənilməməlidir.