MediaVideo xəbərXəbər xətti

“Space”də alpinistin tapıldığını yaydılar – Video

“Space”in əsas xəbər buraxılışında alpinistlərin tapılması ilə bağlı məlumat verilib.

“Qafqazinfo” xəbər verir ki, Xınalıqda olan kanalın müxbiri kənd sakininə istinadən itkin düşən dağçılardan birinin tapıldığını iddia edib.

Bir neçə dəqiqə sonra isə sözügedən informasiya təkzib edilib.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə “Space”in yaydığı dezinformasiya tənqid olunub. Belə həssas məqamda alpinistlərin tapılması xəbərini hansısa kənd sakininə istinadla yaydığına görə telekanalı qeyri-peşəkarlıqda ittiham ediblər.