51 yaşlı kişinin asılmış meyiti aşkarlandı-Bakıda
Bakıda intihar hadisəsi baş verib.Hadisə paytaxtın Xətai rayonunda baş verib.
Rayonun Araz Novruzov küçəsi, ev 3, mənzil 6-da yaşayan, 1966-cı il təvəllüdlü Dadaşov Fariz Məhəmmədiyyə oğlu yaşadığı mənzildə özünü asaraq öldürüb. Yaxınları onun meyitini evdə asılmış vəziyyətdə aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.