KriminalXəbər xətti

Külli miqdarda pul və qızıl oğurlayan qadın tutuldu – BAKIDA

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlayan şəxs yaxalanıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb.