DMX yanında İctimai Şuranın təşəbbüsü ilə turizm sahəsininaktual aspektləri müzakirə olunub.
DMX yanında İctimai Şuranın təşəbbüsü ilə turizm sahəsininaktual aspektləri müzakirə olunub.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın tabeliyində fəaliyyət göstərən Turizm məsələləri üzrə işçi qrupunun üzvlərinin iştirakı ilə “Turizm miqrasiya mobilliyinin növü kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə turizm sektorunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və şirkətlərin, həmçinin təhsil müəssisəsə və elmi mərkəzlərin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov görüşün məqsədi barədə məlumat verib, müzakirəyə çıxarılan turizm qanunvericiliyi sahəsində yeniliklər, turizm sahəsinin inkişaf etdirilməsi, bölgələrdə dayanıqlı turizm və daxili miqrasiya potensiallarının artırılması və digər aktual məsələlərə toxunub.Tədbirdə çıxış edən “Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinin sədri Ruslan Quliyev bütün dünyada olduğu kimi pandemiyanın Azərbaycanın turizm sektoruna ciddi ziyan vurduğunu qeyd edib. Xüsusilə vurğulanıb ki, də regionlarda fəaliyyət göstərən turizm obyektlərinin uzun müddət fəaliyyətsiz qalması səbəbindən infrastruktur dağıdılıb, turizm obyektlərində çalışan peşəkar heyət məcbur qalaraq digər sektorlara keçməli olublar. Amma buna baxmayaraq, hazırda turizmin yenidən dirçəldilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Azərbaycanda qeyri-neft sektorunda böyük potensiala malik olan sahələrdən birinin məhz turizm olduğunu və bu sektorun daha çox gəlir gətirən sahələrinin inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışan “Kənd və Yaşıl Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov, “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək” İctimai Birliyinin sədri Taleh Əliyev, “Skal İnternational” Beynəlxalq Turizm Peşəkarları İttifaqının Bakı Klubunun prezidenti Ceyhun Aşurov, “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova və digər iştirakçılar ölkəmizdə turzm sektorunun potensialının təhlil olunması və bu sahədə aktual məsələlərin araşdırılması, turizm xidmətlərinin əlçatanlığı və onlara güzəştli vergi sistemlərinin tətbiqi, xarici turistlərin cəlb olunması üçün əlverişli mühitin yaradılması və bu müstəvidə fəaliyyətlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, tədbirlərin birgə təşkili və digər təkliflərlə çıxış ediblər. DMX yanında İctimai Şuranın Turizm məsələləri üzrə işçi qrupunun rəhbəri Habil Niftalı tədbirdə səsləndirilən fikirlərin vahid sənəd halına salınmasının və aidiyyəti dövlət qurumlarına təqdim edilməsinin vacibliyini qeyd edib və növbəti mərhələdə keçiriləcək tədbirlər barədə məlumat verib. Müzakirəyə çıxarılan məsələlərə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev turizm sahəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları arasında mövcud əlaqələndirmə işləri barədə danışıb və tədbir iştirakçıları tərəfindən verilən sualları ətraflı cavablandırıb.