Azərbaycan Kuboku oyunlarının vaxtı açıqlandı

Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib.Aktor.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, qarşılaşmalar dekabrın 14-15-də keçiriləcək.

 

14 dekabr

“Kəpəz” – “Keşlə”
Gəncə şəhər stadionu, 13:00

“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 19:00

15 dekabr

“Səbail” – “Qəbələ”
“Bayıl Arena”, 16:00

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 19:00

Qeyd edək ki, oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

.