KriminalXəbər xətti

Bakıda “Hyundai” evakuatora çırpıldı

Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Aktor.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bildirir ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.