FotoGündəmManşetSağlıqSiyasət

Cəlilabadda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Dövlətçilik Ənənələrinin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkomaniya:çətin və erkən ölüm” layihəsinin icrasına başlayıb.Bununla bağlı təşkilat ilk tədbirini Cəlilabad rayonunda həyata keçirib.

Təşkilatdan Aktor.Az-a verilən məlumata görə, yerli sakinlərlə görüş iyunun 26-da Heydər Əliyev Mərkəzində baş tutub.Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin, ekspertlər, polis əməkdaşları və səhiyyə təmsilçilərinin qatıldığı tədbirdə narkomaniyanın günümüzdə bəşəriyyətin ən ciddi və ağrılı problemlərindən biri olması barədə məlumat verilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbəsinin müdiri Dilarə Əliyeva, İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Elşad Əzizov,Cəlilabad Rayonu Polis şöbəsinin Narkotiklə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Musa Şəbəndəyev rayonda bu sahədə həyata keçirilən işlərdən, reallaşdırılan layihələrdən danışıblar.Çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələri diqqət mərkəzində saxlanıldığı xüsusi qeyd olunub .Onlar məruzə və çıxışlarında narkomaniyaya qarşı mübarizə sahəsində rayonda həyata keçirilən tədbirlərdən, aparılan təbliğat işlərindən də ətraflı danışıblar.

Dövlətçilik Ənənələrinin Təbliği İctimai Birliyinın sədri Namiq Rəhimli, məruzəçilər Telman Məmmədov və Faiq Balabəyli layihənin əhəmiyyətindən, bu cür tədbirlərin vacibliyindən bəhs ediblər.Vurğulanıb ki, dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür.Ölkəmiz də bu cür qlobal problemlərdən yan ötmür.Cəmiyyətimiz, dövlətimiz bununla həmişə mübarizə aparıb. Amma bu bəla ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq.Ümümiyyətlə, narkomaniya cəmiyyətdə çox pis təsir göstərir.Bu xəstəliyə tutulmuş şəxslər tədricən özlərini cəmiyyətdən təcrid edirlər.Bu da onların ətrafındakı insanlara münasibətini dəyişir.Eləcə də ətrafdakı insanların onlara olan münasibəti dəyişir.Belə insanlara cəmiyyətin hər təbəqəsində rast gəlmək olar.Onların işlədiyi sahələrdə həm fəsadlar yaradır, həm də problemlərlə qarşılaşırlar.

Tədbirin sonunda müzakirələr diskussiya şəklində davam edib, iştirakçıların suallarına aydınlıq gətirilib.

Xatırladaq ki, layihə çərçivəsində Cəlilabadda iki, Masallı rayonunda isə bir təlimin keçirilməsi nəzərdə tutulur.Növbəti görüş Masallı rayonunda həyata keçiriləcək.