Kriminal

Tovuzda 35 yaşlı qadın özünü yandıraraq intihar edib

Tovuzda qadın özünü yandıraraq intihar edib.Rayonun Cəlilli kəndində kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində olan toyuq hinində özünü yandırıb. Qadın hadisə yerində ölüb.

Məlumata görə, 3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. (APA)