ASAN-da 8 mart iş günüdürmü?

8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri – iş günü olacaq.Bu barədə Aktor.Az-a qurumdan məlumat verilib.

Məlumatda o da qeyd olunur ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.

.