Kriminal

Bakıda qətl

Bakıda qətl törədilib.APA xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyı bıçaqlayaraq öldürüb.
S. Əzimov saxlanılıb.
Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.