“Qanuni oğru” Dato Ağcabədinski saxlanıldı – VİDEO/FOTOLAR
Ukraynanın Kiyev vilayətində Dato Ağcabədinski ləqəbli “qanuni oğru” saxlanılıb.Bunu özünün feysbuk səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.
“Ötən gün axşam Kiyev vilayətinin polis əməkdaşları 1985-ci il təvəllüdlü “qanuni oğru” saxlayıblar. Cinayət aləmində Dato Ağcabədinski ləqəbi ilə tanınır. Bu “turist” cari ilin may ayında da Kiyev və Lvov polisləri tərəfindən saxlanılıb. Onun barəsində ölkəyə girişinə 3 il qadağa qoyulmaqla Ukrayna ərazisindən çıxarılma qərarı verilib”, — deyə Abroskin bildirib.
Qeyd edək ki, mediada tez-tez onun Quli ləqəbli qanuni oğrunun qatı düşməni olduğu barədə xəbərlər yayılır.