TexnologiyaXəbər xətti

“Azərbaycan Dəmir Yolları”  “Milli Net 2017”-də II yerə layiq görülüb

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı – “Milli Net 2017” qaliblərinin təqdimat mərasimi keçirilib. 9-cu il keçirilən “Milli Net 2017” müsabiqəsinin 2017-ci il üçün qalibləri elan olunub.

Müsabiqəyə 392 internet resursu təqdim olunmuşdu. Onlardan 291-i müsabiqədə iştirak hüququ qazandı. Qaliblər iki turda 19 nəfərlik münsif heyəti tərəfindən seçildi. Belə ki, ilk turda 291 resursdan 96-sı 18 nominasiyada seçilərək ikinci tura keçdilər.

“Azərbaycan Dəmir Yolları ” QSC olaraq Elektron Hökumət Nominasiyasında beş nominant içərisindən https://ticket.ady.az/ olaraq II yerə layiq görülüb.Bu barədə Cəmiyyətdən Aktor.Az-a verilən məlumatda deyilir.