FotoGənclər fonduGündəmManşetMədəniyyətXəbər xətti

«DİNLƏ» layihəsi təqdim olundu – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yeni maarifləndirici videolayihəsi olan «DİNLƏ» təqdim olunur. Fonddan Aktor.Az-a verlən xəbərə görə, layihənin rəhbəri ölkəmizdə tanınan “SÖZ” ədəbi layihəsinin direktoru Nigar Həsənzadədir.

Əziz dostlar, sizi kompüterlərinizin, planşet və telefonlarınızın ekranları qarşısında gözləyirik. Bizimlə, siz nəinki vətənimizin və dünya ədəbiyyatının ölməz əsərlərini öz doğma kino və teatr əfsanələrimizin, ictimai xadimlərin, istedadlı gənc artistlərimizin, görkəmli mədəniyyət xadimlərimizin ifasında dinləyə, həm də layihə qəhrəmanlarının hər biri haqqında gizli qalan bilmədiklərinizi elə onun öz dillindən öyrənə bilərsiniz! Layihə müasir cəmiyyətdə, xüsusən gənclər arasında maarifləndirmənin inkişaf etdirilməsinə və onun dəstəklənməsinə yönəldilmişdir.

«DİNLƏ» layihəsinin əsas vəzifəsi bədii ədəbiyyatı (həm yerli, həm də xarici) gənc auditoriya arasında geniş yaymaqdan ibarətdir. Layihənin əsas iştirakçıları ölkəmizin teatr və kino əfsanələri, istedadlı gənc artistlər, görkəmli mədəniyyət xadimləri, məşhur ədiblərdir.

Layihənin formatı: 5-10 dəqiqəlik videosüjetlərdir ki, onların hər biri bir dəvət edilmiş qonağa hesablanmışdır və «DİNLƏ» layihəsi üçün xüsusi ayrılmış yutub kanalında yayımlanacaq, habelə sosial şəbəkələrdə fəal olaraq yayılacaqdır.

Layihənin xüsusiyyəti və fərqli cəhəti: Layihənin qonağı hər bir süjetin əvvəlində auditoriyanı seçilmiş ədəbi material ilə tanış edir. Süjetin sonu hər bir qəhrəmanın 5 qısa suallara səmimi cavabları ilə yekunlaşır ki, bu sualların hər biri tamaşaçı və dinləyiciyə öz pərəstişgahı və yaxud onu maraqlandıran qonaq, onun ən gizli qalan düşüncələri haqqında öyrənmək və dəyərli məsləhətlər almaq imkanı verəcəkdir. Layihə qəhrəmanlarının hər birinə eyni suallar verilir. Tamaşaçı qısa süjeti axıra kimi baxaraq və dinləyərək nəinki təqdim olunan əsərlə tanış olmaq, həm də öz pərəstişgahı haqqında əvvəllər birlmədiyini öyrənə bilmək imkanı əldə edəcəkdir. Şübhəsiz ki, bu suallara cavablar gələcəkdə ölkəmizin mədəniyyət arxivinə daxil ola bilər.

Layihənin ilk hörmətli qonaqları xalq artistləri: Rasim Balayev, Amaliya Pənahova və əfsanəvi şair Ramiz Rövşəndir.

Layihədə videosüjetlərin ayda 2 dəfə olmaqla yayımlanması nəzərdə tutulmuşdur. Layihənin birinci süjetinin nümayişi 2017-ci ilin dekabrına planlaşdırılmışdır!