“Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” adlı konfrans keçiriləcək   

30 noyabr 2017-ci il tarixdə saat 11:00-da Park İnn Mehmanxanasının Dan Ulduzu zalında Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” adlı konfrans keçiriləcəkdir.   

 

Aktor.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

 

 

.