GündəmManşetSiyasətXəbər xətti

Qarabağla bağlı mütləq əməkdaşlıq edirik – Brayza

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub.Bunu RİA Novosti-yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

 

O qeyd edib: “Bizim Gürcüstandakı münaqişə (Cənubi Osetiya və Abxaziya münaqişəsi – red.) ilə bağlı tamamilə əks baxışlarımız var, lakin eyni zamanda Dağlıq Qarabağ və terrorizmlə mübarizə üzrə mütləq əməkdaşlıq edirik”.