Nobel prospektinin çökmə səbəbi AÇIQLANDI

Bir neçə gün öncə Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısındakı çökmə baş verən yolda problem artıq aradan qaldırılıb.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, problem dekabrın 23-də aradan qaldırılıb:

“Yolun çökməsi bir neçə gün öncə baş verib, həmin ərazidə yaranan problem artıq aradan qaldırılıb. Yolun çökməsinə səbəb həmin yerə suyun sızması olub. Hazırda mütəxəssislər tərəfindən suyun ora hansı yol ilə sızmasının səbəbləri araşdırılır”.

Qeyd edək ki, Nobel prospektində “Azərneftyağ” neft emalı zavodunun qarşısında yaranan çökmə 2014-cü ildə də baş vermişdi. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çökmüşdü.

.