Aktor TvGündəmManşetSosial

“Bizimlə Məsləhət” verilişinin ilk yayımı uğurlu alınıb – VİDEO

“Bizimlə Məsləhət” verilişinin ilk yayımı uğurlu alınıb.Aktor.az xəbər verir ki, Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” maarifləndirici, psixoloji verilişin ötən buraxılışda qonağı psixoterapevt Lalə Məmmədova olub.

O, verilişdə “Düzgün peşə seçimi” haqqında danışıb. Psixoloji məsləhətlər verərək maraqlı məqamlara toxunub. Verilişin növbəti buraxılışı 22 yanvar saat 21:00-da qonaq klinik psixoloq Fidan Cəbrayılovanın iştirakı ilə olacaq. O, verilişdə “İç səsimiz” mövzusu haqqında məlumat verəcək. Xatırladaq ki, “Bizimlə Məsləhət” verilişi hər həftənin şənbə günü saat 21:00-da SUM TV-də yayımlanır.

Psixoloji cəhətdən əziyyət çəkən insanlara maarifləndirici, psixoloji məsləhətlər verən bu maraqlı verilişin informasiya dəstəyi Aktor.az, Bakıvaxtı.az xəbər portalları və İnteraktiv Media Agentliyidir.

Qeyd edək ki, verilişin müəllif və aparıcısı Teymur Bayramov, quruluşçu rejissoru və operatoru Sərvər Kamranlı, prodüserləri Xanlar Ağayev, Məhəmməd İsgəndərov, montajçısı Tima, redaktoru Teymur Həbibidir.