BJF  “Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi”  mövzusunda təlimlər keçirib

Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı və Norveç Xarici işlər Nazirliyinin maliyə dəstəyi ilə Tiflisdə  “Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.  Təlimlərə AB-nin “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri  qatılıblar. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı -Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və  Nəzirə Nurullayeva iştirak ediblər.

JuHİ sədri Müşfiq Ələsgərli Aktor.Az-a bildirib ki, təlim iştirakçılarına “araşdırmaçı jurnalistlər üçün planlaşdırma”, “risklərin təhlili”, “şəxsi təhlükəsiszlik”,  “mənbələrlə işləmə pinsipləri”,  “araşdırmaların aparılması üçün müasir metodlar” mövzusunda bilgilər verilib.

Təlimləri uğurla başa vuran iştirakçılara “Təlimçi sertifikatı” verilib.  Azərbyacandan olan iştirakçılar da sertifikat alanlar sırasındadırlar.

.