Şirvanda yanğın – ölən var

Şirvan şəhərində yanğın baş verib, ölən var.Fövqəladə Hallar Nazirliyindən Aktor.Az-a verilən məlumata görə, Şirvan şəhərində ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış meyiti aşkarlanıb. Yanğın söndürülüb.

.