“Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsinin təlimlərinə yekun vurulub – FOTO

“Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub. Bu barədə Aktor.Az-a layihənin təşkilatçısı Şəhla Qarayeva məlumat verib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Şəhla Qarayevanın təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsinə yekun vurulub. Layihənin məqsədi gənclər arasında natiqlik sənəti haqqında maarifləndirmə işinin aparılması, təlimlər vasitəsi ilə gənclərimizin nitq hazırlama və natiqlik bacarıqlarının daha da inkişafına nail olmaq, eyni zamanda bu yöndə müsbət irəliləyişlər etmək, gənclərimizin bu sahədə olan bacarıqlara maraqlarının artırılması və ümumiyyətlə də nitq hazırlanma və natiqlik bacarıqlarının təşviqi və təbliğidir.

Layihə ərzində 4 gün Suraxanı rayon Gənclər evində gənclərə nitq hazırlama və natiqlik bacarıqları sahəsində təlimlər həyata keçirilib. Ümumilikdə 100 nəfərdən çox gəncin qatıldığı təlimlərdə gənclərə nitq hazırlama və natiqlik bacarıqlarına aid biliklər öyrədilib.
Layihə çərçivəsində bukletlər hazırlanaraq həm layihə iştirakçılarına həm də iştirakçı olmayan digər gənclərə də paylanılıb, əlavə olaraq gənclər təlim vəsaitləri ilə təmin olunublar. Təlimlərdə iştirak edən və öz fəallığı ilə seçilən gənclərə sonda sertifikatlar verilib

Layihə rəhbəri Şəhla Qarayevanın bildirib ki, keçirilən təlimlərdən də belə nəticəyə gəlmək olur gənclərimiz öz fikirlərini çatdırmaqda çətinlik çəkirlər, bu səbəblə də istər istəməz bu çətinliklər gəncləri özlərini ifadə etmə baxımından geri salmış olur. Gənclərimizin çox hissəsi nitq hazırlama və natiqlik bacarıqlarına malik deyillər, bu da onların sosiallaşmasına, özlərini cəmiyyətdə və ya bir qrup insanlar arasında təsdiqlənməsinə ciddi bir problemdir. Daha sonra layihə rəhbəri qeyd edib ki, tarixi qaynaqlardan da məlum olduğu kimi, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olub.

Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur.

Görüntünün olası içeriği: 1 kişi, iç mekan

 

Görüntünün olası içeriği: 1 kişi, ayakta

 

Otomatik alternatif metin yok.

 

Görüntünün olası içeriği: 8 kişi, oturan insanlar

 

Görüntünün olası içeriği: 3 kişi, iç mekan

 

Görüntünün olası içeriği: 1 kişi, ayakta

 

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar

 

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

 

Görüntünün olası içeriği: 7 kişi, ayakta duran insanlar

.