Ana Səhifə Blog Səhifə 22

Rusiya-Fransa gərginliyi PİK HƏDDƏ – “Crocus”a hücumu Makron MALİYYƏLƏŞDİRİB?

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Moskva yaxınlığındakı “Crocus City Hall”a hücumun Fransa Prezidenti Emmanuel Makron tərəfindən maliyyələşdirildiyini elan edib. O, verdiyi açıqlamada terror hücumunu maliyyələşdirməkdə açıq şəkildə məhz Fransa Prezidentini ittiham edir. 

Medvedevin bu açıqlamasının nə dərəcədə real olduğunu demək çətindir.

Amma bir sıra digər böyük dövlətlər kimi Fransanın da öz maraqlarının təmin olunduğu an və məkanlarda terrora və terrorçu dəstələrə dəstək verdiyi heç kimə sirr deyil. Parisin terror yuvası olan Ermənistana dəstək verməkdə davam etməsi bunun əyani sübutudur.
 


Onu da qeyd edək ki, indilikdə Ukrayna məsələsilə əlaqədar Fransa ilə Rusiya arasında münasibətlər olduqca gərgindir. Belə bir anda Medvedevin verdiyi həmin açıqlama istər-istəməz bu gərginliyə yeni çalarlar qatacaq.

Görəsən, Medvedyevin Makrona yönəlik sözügedən açıqlamasından sonra nə baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Medvedevin Makronla bağlı səsləndirdiyi fikirlər Rusiya ilə Qərb arasında toqquşmanın qarşıdakı dövrdə keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir: 

“Göründüyü kimi, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev “Crocus”da baş verən hadisələrlə bağlı birbaşa olaraq Fransa Prezidenti Makronu hədəfə alıb. Məlum hadisəni Rusiya dövlət qurumları terror hadisəsi kimi qiymətləndiriblər. 

Belə olan halda, onun diplomatik dildən adi məişət dilinə tərcüməsi ondan ibarətdir ki, Medvedev Makronu terrorçu adlandırır. Dünya praktikasında bu anoloqu olmayan hadisədir. Bir dövlətin başçısının belə vurulması iki ölkə arasında münasibətlərin ən aşağı və olduqca kritik səviyyədə olmasının göstəricisidir. 

Həmin hal onu göstərir ki, Rusiya ilə Qərb, xüsusən də Moskva ilə ABŞ və Fransa arasında bütün körpülər artıq yandırılıb.

Rəsmi şəxslər başqa bir dövlətin rəsmilərinə qarşı müəyyən ifadələr işlədərkən onun məsuliyyətinə belə varmırlar. Bu zaman beynəlxalq hüquq və prinsiplər ayaq altına atılıb tapdalanır. Medvedev hər bir dövlət başçısı haqqında belə sözlər işlədə bilməz. 

Makronun yeritdiyi siyasət və onun avantürist bəyanatları, NATO qüvvələrinin Ukraynaya göndərilməsi təklifləri və açıq mətnlə Ermənistandakı revanşizmi müdafiə etməsi, Qarabağda növbəti müharibənin başlanmasına cəhdlər etməsi, İrəvanı silahlandırması kimi məsələlər, görünür, öz rolunu oynamayıb. Makronun dünya və ölkəsindəki nüfuzunun kəskin şəkildə aşağı olması da görünür, Medvedyevə belə hərəkət azadlığı verib.
Bütün bunlar onu göstərir ki, Rusiya ilə Qərb arasında toqquşma qarşıda keyfiyyətcə yeni mərhələyə keçəcək”. 

Sülhdən yayınır, sabitliyi pozur: İrəvanın son addımları necə nəticələnəcək?

“İrəvan ABŞ və Fransanın hərbi qüvvələrini öz ölkəsinə gətirmək istəyir. Bunun üçün də Azərbaycanla sərhəddə hərbi-siyasi vəziyyəti gərginləşdirir”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebhe.info”-ya açıqlamasında yaxın zamanda Azərbaycan-Ermənistan sərhəddində hərbi toqquşmaların baş verib-verməyəcəyi ilə bağlı suala cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, Qərb hər vəchlə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına mane olur:

“Bildirim ki, sabah baş verəcək hadisədə bu gün onun əlamətləri olur. Xüsusilə vurğulayım ki, Ermənistan hakimiyyəti ötən ilin oktyabrın 23-də Fransa ilə hərbi-texniki əməkdaşlıq barədə saziş imzalayıb.

Bu sazişə əsasən əvvəlcə, Ermənistana “Bastion” tipli maşınlar çatdırıldı. Ondan sonra isə Paris ilə İrəvan arasında qısa və ortamənzilli raketlərin, eləcə də raketdən müdafiə sistemlərin satışı ilə bağlı razılıq əldə edildi. Eyni zamanda Ermənistan Yunanıstan ilə də hərbi-texniki sahədə əməkdaşlıqla bağlı saziş imzalayıb. Hindistandan da Ermənistana müxtəlif silahlar ötürülür.

Bu onu göstərir ki, Ermənistan bir yandan sülhdən danışır, digər yandan isə silahlanır. Ermənistan Baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edib ona təlimatlar verirlər. Qulağına pıçıldayırlar ki, qorxma yanındayıq. Ona deyiblər ki, həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana hərbi və maliyyə dəstəyi davam etdirəcək.

Bütün bu dəstək fonunda Ermənistan Azərbaycanla sərhədin Tovuz, Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində qoşun və hərbi texnika cəmləşdirir. Artıq bu bəradə məlumatlar öz təsdiqini tapıb. Bu ona dəlalət verir ki, Ermənistan Azərbaycana qarşı təxribata hazırlarşır, daha doğrusu, hazırlaşdırırlar. Burada məqsəd nə ola bilər?

Düzdür, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Bunun üçün heç bir imkanı yoxdur. Əsas məqsəd budur ki, Ermənistanın Azərbaycanla sərhəd ərazilərində fəlaiyyət göstərən Aİ-nın müşahidə missiyasının mahiyyətini dəyişdirməyə nail olsunlar. Yəni, tam hərbi missiyanın göndərilməsinə çalışırlar.

İrəvan belə qənaətə gəlib ki, Azərbaycanla növbəti hərbi qarşıdurma nəticəsində Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını tərk edəcək, öz ərazisində yerləşən rus hərbi bazasının çıxmasını tələb edəcək və sülhməramlı adı altında ABŞ və Fransanın hərbi qüvvələrini ölkəyə dəvət edəcək.

Bunu həyata keçirmək üçün sərhəddə hərbi insidentlərin baş verməsinə cəhd edirlər. Amma Ermənistan, eləcə də Qərb unutmasın ki, Azərbaycan çox güclü dövlətdir və Azərbaycanın qətiyyətli lideri var. Azərbaycan erməni tərəfinin istənilən addımına adevkat cavab verəcək”. 

Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin rolu mövzusunda ictimai dinləmə keçirilib – FOTOLAR

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Ictimai Şura tərəfindən “Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin rolu: mövcud vəziyyət və yeni baxış” mövzusunda ZOOM vasitəsi ilə İctimai dinləmə keçirildi. “Zoom meeting online” görüşdə dövlət orqanları, QHT-lər İctimai Şuraların üzvləri iştirak edirlər. Salamlama və açılış nitqi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov çıxış etdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva “Erkən nikah, uşaq evliliyi hallarına qarşı mübarizə ilə bağlı” təqdimatla çıxış etdi. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli və digər QHT sədrləri və dövlət qurumları çıxış etdilər. “Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin fəaliyyətindən gözləntilər” mövzusunda dövlət orqanları nümayəndələrinin fikirləri səslənəcək.
Gözləntilərin səsləndirilməsi cəmiyyətdə bu məsələlərə necə baxıldığının və həllərinin necə təmin edilməsi gərəktiyinin aydınlaşdırılması üçün vacibdir. Bu görüşlər cəmiyyətdəki müxtəlif qurumların və təşkilatların bir araya gələrək bir məsələ üzərində fikirlərini bölüşməsi və birlikdə həll yolları tapması üçün ideal bir zəmin yaradır.

Etibar Əliyev Fazil Mustafanın kitabxanasından yazır – FOTO

Biz yeni dövr üçün yeni ideyalar axtarışındayıq. Dəyərli dostum Fazil Mustafa bu gün məktəbliləri kitabxanası ilə tanış etməklə daha yeni bir ideyaya imza atdı.

Microsoft kompaniyasının rəhbəri, milyarder Bill Geytsin söylədiyinə görə, onun uşaqlarının 14 yaşına qədər smartfonları olmayıb. Xanımı Melinda isə vaxtında bu qərarın qəbul ediməsini ağıllı addım hesab edib.

Biz isə uşaqları baxça yaşından telefona öyrəşdirirk. Və bunun hansı mənfi fəsadlar törədəcəyini hesablamırıq. Uşaqlara kitaba marağı məktəb kitabxanaları və valideynlərin kitabxanası yaratmalıdır. Fazil bəyin bu yeniliyi göstərdi ki, şəxslərin də kitabxanası uşaqların, yeniyetmələrin və gənclərin üzünə açıq olmalıdır.

PIRLS (Progress in International Reading Literacy Study) beynəlxalq testinin 2021-ci üzrə nəticələri bizi məyus etmişdi. Azərbaycanlı şagirdlər 440 balla ən aşağı nəticəni göstərmişdilər. Bu qiymətləndirmənin əsas maraqlı tərəfi şagirdlərin sosial-iqtisadi statusuna görə bölgüsüdür.

Bu bölgüyə görə şagirdlər 3 qrup – yüksək, orta və aşağı sosial-iqtisadi statusa malik qruplar üzrə təsnifləşdiriliblər.

Yüksək status dedikdə valideynlərinin ən azı birinin universitet və digərinin peşə təhsilinə malik olması, evlərində 25-dən artıq kitab və 25-dən artıq uşaqlarla bağlı kitab olması nəzərdə tutulur. Aşağı status valideynlərin hər 2-sinin orta təhsildən yüksək təhsili yoxdur, yaxud ümumiyyətlə təhsilsizdirlər, hər 2 kateqoriya üzrə 25-dən az kitabları var.

Fazil bəyin uşaqların mini kitabxana yaratmaları ideyası da çox maraqlıdır. Valideynlər sosial statuslarından asılı olmayaraq bunu edə bilərlər. Mini-kitabxanada hansı kitablar olmalıdır? Düşündürücü sual elə budur.

Fazil Mustafanın bu günkü faydalı addımı şagirdlərin yaddaşından silinməyəcək. Çətin həyat yolu keçərək böyük uğurlara imza atmış millət vəkilinin intellektual inkişafında kitabın rolu danılmazdır. Düşünürəm ki, şagirdlər Fazil Mustafanın nəhəng kitabxanasına daxil olan kimi bu duyğunu yaşadılar. Bəli, kitab-yaddaşdır. Şagird yaddaşınının formalaşmasında da kitab ən yaxşı dəyərdir.

Kitab köməyimiz olsun…

Etibar Əliyev

Millət vəkili: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil”

“Bu günləri Ermənistan dövlətinin ali siyasi, hərbi rəhbərliyinin atdığı addımlar göstərir ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil”.

Bu sözləri “Operativ Media”ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

“Məşhur bir deyim var: sabah baş verə biləcək hadisədə bu gün onun mütləq əlamətləri olur, amma kimlərsə o əlamətləri görür, kimlərsə görmür. Ermənistanın siyasi rəhbəri hətta işğal altındakı 8 kəndimizi geri qaytaracağı ilə bağlı fikirlər səsləndirsə də, onlar heç bir halda həyatda öz təsdiqini tapmır. Bu günə qədər biz torpaqlarımızı yalnız və yalnız hərbi yolla, müharibə yolu ilə döyüşlərdə geri ala bilmişik. Ermənistan heç bir halda torpağı beynəlxalq hüquqa söykənərək Azərbaycana qaytarmayıb, beynəlxalq hüququn tələblərindən çıxış edərək bu addımı atmayıb və indi də atmır. Paşinyan bir yandan sülhdən danışır, bir yandan da həm Qazax istiqamətində, həm Naxçıvan istiqamətində hərbi texnika və canlı qüvvə toplayır, artilleriya qurğuları gətirir. Bütün bu proseslər isə aprel ayının 5-də Brüsseldə Ermənistanın siyasi lideri ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-nin Dövlət katibi A. Blinken arasında keçirilən qapalı görüşlər fonunda baş verir. Bu görüşlərdə Ermənistana iqtisadi yardım vədləri verilsə də, müvafiq razılaşmalar əldə edilsə də, ancaq kim təminat verir ki, bu danışıqlarda Ermənistana ABŞ və Avropa İttifaqı təhlükəsizlik təminatı verilməyib? Kim təminat verir ki, bu danışıqlarda Üçtərəfli Hərbi Paktın imzalanması ilə bağlı ilkin razılaşma əldə edilməyib? Yəqin ki, bu danışıqlar konfidensial xarakter daşıdığından onun detalları açıqlanmır. Amma o detallar açıqlanır ki, onlar, əslində, məxfi deyil, iqtisadi, siyasi məsələlərlə bağlıdır”.

Blinkenin Bakıya zəngi hansı məqsəddən qaynaqlanıb?

Milli Məclisin üzvü deyir ki, Qərbin bu fəallığı fonunda Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil.

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Beş aprel görüşü öncəsi bölgədə vəziyyət kifayət qədər gərgindir. ABŞ diplomatının Azərbaycan liderinə zəng etməsi, gərginliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı Qərbin mövqeyinin ifadəsi sayıla bilər.

Mİllət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti və ABŞ dövlət Katibi arasında baş tutuan telefon danışı ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb

Millət vəkili Elman Nəsirov deyir ki, Rusiya ilə kollektiv Qərb arasında düşmənçiliyin pik həddə çatması həqiqətdir:

“Ukrayna cəbhəsində formalaşan bu konfrantasiya mühitinin artıq Cənubi Qafqaz regionuna transformasiyası istiqamətində addımlar atılmaqdadır. Bu addımların müəllif Ermənistan, o cümlədən Fransa başda olmaqla onu himayə edən bir sıra qərb siyasi dairələridir. Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün bütün imkan və potensial Qərb tərəfindən işə salınıb”.

Ermənistandan istifadə edirlər

Elman Nəsirovun sözlərinə görə, aprelin 5-də Brüsseldə Aİ, ABŞ, Ermənistan rəsmilərinin iştirakı ilə keçiriləcək 3 tərəfli görüş də eyni məqsədi ifadə edir:

“Dövlət Departamentinin sözçüsü bu görüşün mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, reallıq hər kəsə məlumdur. Məhz buna görə də ABŞ Dövlət Katibi Entoni Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığı diqqət çəkən məqamdır. Telefon danışığının məzmunu ilə bağlı verilən açıqlamalarda göstərilir ki, ABŞ Dövlət Katibi Azərbaycanın 5 aprel görüşü ilə bağlı narahatlığına heç bir əsas olmadığını ifadə edib. Bu arxayınçılıq üçün ciddi əsaslar vermir. Hamıya məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı dayaqlarını sarsıtmaq üçün əldə-ayaqdan gedən Qərb birliyi artıq bütün mexanizmləri işə salıblar və Ermənistandan da istifadə edirlər”.

Rusiya və İran kənar müşahidəçi statusunda qalacaq?

Milli Məclisin üzvü deyir ki, Qərbin bu fəallığı fonunda Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil:

“İran hələ ki qəribə passivlik nümayiş etdirir. Halbuki İranın maraqlarına zidd olan regiondankənar tərəflər onun qonşuluğuna gəlib çıxır və bunun İran üçün hansı problemlər yaradacağını anlamaq çətin deyil. Rusiyanın bu məsələlərdə Ermənistana real təzyiq və təsir mexanizmlərini işə salacağı proqnozlaşdırılandır. İlk növbədə iqtisadi təsir rıçaqları işə salına bilər. Məlum olduğu kimi bu gün Rusiyanın dünya ölkələri ticarət dövriyyəsinin həcmi 850 milyard dollar təşkil edir. Rusiya Ermənistan ticarət dövriyyəsinin səviyyəsi 7.3 milyard dollardır. Bu Ruisya üçün böyük rəqəm deyil. Amma Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya 35 faizlik paya malikdir. Rəqəmlər özü çox şeyi diktə edir. Hərbi təsir imkanlarından danışmağa heç ehtiyac yoxdur”.

Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır

Nəsirovun fikrincə, bu baxımdan Azərbaycanın atacağı addımları və mövqeyini Prezident İlham Əliyev ABŞ dövlət katibi ilə telefon danışığında açıq şəkildə bəyan etdi. Regionda baş verən son proseslər, Fransanın Ermənistanı silahlandırması, bunun regionda sülh və təhlükəsizliyə ciddi problemlər yaratmasına diqqət cəlb edildi.

“Qərbdən gələn dəstək fonunda Ermənistanda revanşizm daha da güclənə, bu isə regionda növbəti müharibəni labüd edə bilər. Bunun özünü sülh prosesi üçün arxadan zərbə saymaq olar. Bu baxımdan bütün məsuliyyət Ermənistanın və onu himayə edənlərin üzərinə düşür. Azərbaycan bu istiqamətdə diplomatik fəaliyyətini gücləndirir. Azərbaycan XİN baş verənlərlə bağlı bəyanatlarla çıxış edib. Mövcud reallıqlar fonunda Azərbaycanla təzyiq dilində danışmaq ağılsızlıqdır və bu heç kimə fayda gətirə bilməz” – millət vəkili fikirlərini yekunlaşdırıb.

Deputatdan Brüssel görüşü ilə bağlı etiraz

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda deputatlar Brüsseldə bu gün keçiriləcək üçtərəfli görüşdən bəhs etdilər.

Cari məsələlər zamanı çıxış edən deputat Elman Nəsirov bildirdi ki, ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında keçiriləcək görüşün regionumuzdakı proseslərə çox ciddi təsir göstərəcəyini indidən görmək mümkündür. ABŞ və Aİ rəhbərliyinin görüş öncəsi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinə diqqət çəkərək qeyd etdi ki, bu faktlar ABŞ, Aİ rəhbərliyi səviyyəsində cənab İlham Əliyevə çox böyük hörmətin olduğunu, onun nüfuzuna çox böyük diqqətlə yanaşıldığını göstərir.

Deputat Azərbaycan Prezidentinin prinsipiallıqla bizi narahat edən məsələlərin olduğu barədə mövqeyini xatırlatdı. Bildirdi ki, Ermənistana hərbi dəstək, Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi, şərti sərhədlərə hərbi qüvvələrin yerləşdirilməsi çox ciddi təhlükəsizlik problemlərinin ortaya gəlməsinə şərait yaradır. Deputat ümid etdiyini bildirdi ki, ABŞ və Aİ rəhbərliyi Azərbaycan Prezidentinin mövqeyini nəzərə alacaq. Əlavə etdi ki, əgər əksi baş versə, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və ona havadarlıq edənlərin üzərində qalacaq.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib – FOTOLAR

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər.
Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb.
Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır.
Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.

DİA-nın nümayəndə heyəti Rusiyada elmi praktik konfransda iştirak edir, görüşlər keçiriblər – FOTOLAR

Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Elvin Əzizbəyov 26-29 mart 2024-cü il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası (РАНХиГС) tərəfindən təşkil olunmuş MDB ölkələrində fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyalarının birgə forumu və “İdarəçilik sistemində şəxsiyyət” mövzusunda keçirilmiş ənənəvi elmi praktik konfransda iştirak etmişlər. Səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında qarşılıqlılıq prinsipi əsasında akademik mübadilələr, tədris təcrübəsi, birgə elmi tədqiqatlar sahəsində professor-müəllim heyətinin mübadiləsi, dövlət idarəçiliyi üzrə əlavə peşə təhsili sahələrində birgə təhsil və tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi, dövlət idarəçiliyi sahəsində birgə tədqiqatların və nəşrlərin həyata keçirilməsi, birgə elmi konfranslar və seminarların təşkili və keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanmış və rektor akademik Urxan Ələkbərov “İdarəçilik sistemində şəxsiyyət” mövzusunda keçirilən elmi praktik konfransın panel bölmələrində məruzələrlə çıxış etmişdir. Ezamiyyət zamanı Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının rektoru və digər MDB ölkələrinin Dövlət İdarəçilik Akademiyalarından dəvət olunmuş bəzi rektorlarla gələcək əməkdaşlıq imkanları və perspektivlərlə bağlı müzakirələr aparılmışdır.

5 aprel görüşü fonunda Ermənistanda revaşizm daha da güclənə bilər – Millət vəkili

“Bu bir həqiqətdir ki, Rusiya ilə kollektiv Qərb arasında düşmənçilik münasibətləri pik həddə çatmaqdadır. Ukrayna cəbhəsində reallaşan konfrantasiya mühitinin artıq Cənubi Qafqaz regionuna transformasiyası istiqamətində addımlar atılmaqdadır. Bu addımların müəllifi Ermənistan və onu himayə edən Fransa başda olmaqla, bir sıra Qərb siyasi dairələridir”.

Bu fikirləri millət vəkili Elman Nəsirov Musavat.com-a 5 aprel görüşünü şərh edərkən bildirib.

E.Nəsirov vurğulayıb ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün bütün imkanlar və potensial işə salınıb:

-2ba61cc315539646255495861621108805.jpg (268 KB)

“Aprelin 5-də Brüsseldə keçiriləcək görüşün məqsədi də budur. Dövlət Departamentinin sözçüsü bu görüşün mahiyyətini dəyişməklə bağlı fərqli mövqe ortaya qoysa da, iqtisadi, Ermənistanda islahatlar, demokratiya və s. ilə bağlı məsələlərin müzakirə olunacağı, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı heç bir məsələnin müzakirə edilməyəcəyini desə də, bu konteksdə Blinkenin cənab prezident İlham Əliyevə zəng etməsi, 5 aprel görüşünün mahiyyətini izah etməsi, narahatlıq üçün heç bir əsas olmaması ilə bağlı fikirləri arxayınlıq üçün elə də ciddi əsaslar vermir. Məsələnin gərginliyi ondan ibarətidr ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün ABŞ və bütövlükdə kollektiv Qərb bütün mexanizmləri işə salıblar. Bu baxımdan Ermənistandan faydalanmaq istəyirlər. Rusiya və İranın kənar müşahidəçi statusunda qalacağına heç bir halda inanmaq mümkün deyil. İran hələ ki, passivlik nümayiş etdirir. Bu qəribə passivlikdir. Halbuki, İranın maraqlarına zidd olan üçüncü tərəflər, yəni regiondan kənar tərəflər-ABŞ, Fransa onun qonşuluğuna gəlib çıxa bilir. Bunun rəsmi Tehran üçün hansı ciddi problemlər yaradacağını proqnozlaşdırmaq o qədər də çətin deyil”.

O ki qaldı Rusiyanın mövqeyinə, millət vəkili hesab edir ki, Ermənistana münasibətdə real təsir və təzyiq mexanizmlərinin işə salınacağı ehtimal olunur:

“İlk növbədə iqtisadi təsirli rıçaqlar işə salına bilər. Məlum olduğu kimi, Rusiyanın dünya ölkələri ilə ticarət dövriyyəsinin həcmi 850 milyard dollardır. Ermənistanda isə bu rəqəm cəmi 7,3 milyard dollardır. Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya 35 faizlik paya malikdir. Rəqəmlər də bir çox məsələyə aydınlıq gətirir. Rusiyanın hərbi təsir imkanlarının gücü heç kəsdə şübhə doğurmur”.

E.Nəsirovun fikrincə, Ermənistanda revaşizm daha da güclənə bilər:

“Azərbaycanın Prezidenti cənab İlham Əliyev Blinkenlə telefon danışığında regionda baş verən son proseslərə, Fransanın Ermənistanı silahlandırmasına, bu silahlanma nəticəsində regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlərin yaranmasına diqqət çəkib. Ölkə başçısı bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir, Ermənistan isə heç bir real iş görmür. Qərbdən gələn dəstək fonunda, xüsusislə 5 aprel görüşü fonunda Ermənistanda revaşizm daha da güclənə bilər. Bu isə regionda yeni müharibəni labüd edə bilər ki, sülh prosesinə ciddi zərbə ola bilər. Bütün bu proseslərə görə məsuliyyət Ermənistan və ona himayədarlıq edən tərəflərin üzərinə düşür. Azərbaycan diplomatik fəaliyyətini gücləndirməkdədir. XİN də bəyanata qəbul edib. Azərbaycan süh istəyir amma istənilən vaxt da müharibəyə hazırdır. Bizim güclü ordumuz var. Vətəndaş həmrəyliyi hökm sürür. Xalq-hakimiyyət birliyi var. İqtisadiyyatımız güclüdür. Bu reallıqlar fonunda Azərbaycanla təzyiq dili ilə danışmaq siyasi dəlilikdir. Bu, heç bir tərəfə uğur gətirə bilməz”.