Ana Səhifə Blog Səhifə 21

Найти останки Натига Гасымова будет непросто – Исмаил Ахундов

“Общественности известно о судьбе Натига Гасымова. Об этом иностранными журналистами был снят и показан фильм. В нем также рассказывается о бывших военнослужащих, непосредственно участвовавших в боях с армянской стороны”.

Как сообщает Aktor.Az, об этом в интервью АПА сказал секретарь, руководитель рабочей группы Государственной комиссии Азербайджанской Республики по делам военнопленных, заложников и без вести пропавших граждан Исмаил Ахундов.

Он сказал, что в фильме показано, как он был взят в плен, каким пыткам подвергся: “Армянский военный в этом фильме признает, что Натиг был убит в результате тяжелых пыток. Натиг Гасымов был убит по приказу Виталия Баласаняна, который в то время был полевым командиром, а впоследствии “дослужился” до звания генерала армянской армии. Хотя в фильме он отрицает это. Однако полностью подтверждено, что операция по задержанию и допрос Натига Гасымова проводились под руководством Виталия Баласаняна.

Так, Виталий Баласанян лично участвовал в процессе допроса Натига Гасымова, а отдал приказ убить его. Поскольку эти события происходили на территории Ходжалинского района, предполагается, что и его тело находится на этой территории. Но с учетом того, каким пыткам он был подвергнут, какие зверства были совершены против него, найти его останки будет непросто. Мы должны принимать эту реальность.

Несмотря на все это, Государственная комиссия продолжит поиски Натига Гасымова и всех других пропавших без вести. Президент поручил Государственной комиссии проводить работу до тех пор, пока не будут определены судьбы всех пропавших без вести. Наша цель – определить судьбу всех наших пропавших без вести граждан, и мы продолжим работу в этом направлении”.

Напомним, что Натиг Гасымов потерял во время боя шестерых боевых товарищей и в течение пяти дней в полном окружении в одиночку держал оборону занятой позиции у албанской церкви. После того как армяне пригрозили убить 22 заложников в Ходжалы, он принял решение сдаться.

Однако даже после этого Н.Гасымов не отдал врагу азербайджанский флаг. Согласно имеющимся данным, после длительных пыток Натиг Гасымов был убит в плену армянским военным преступником Виталием Баласаняном.

Deputat: “Guya Rusiya istinad xəttini seçmişik, Qərbdən uzaqlaşmışıq, tamamilə yanlış yanaşmadır…”


“Bir sıra beynəlxalq anti-Azərbaycan dairələr və onların ölkəmizdəki əlaltıları, sapı özümüzdən olan baltalar dezinformasiya yayırlar ki, guya biz öz xarici siyasət seçimimizdə konkretləşdirmə aparmışıq, Rusiya istinad xəttini seçmişik, Qərbdən uzaqlaşmaq yolunu tutmuşuq. Bu, tamamilə yanlış yanaşmadır. Cənab Prezident bu məsələyə dəfələrlə münasibət bildirərək deyib ki, Azərbaycanın xarici siyasətində prioritet məsələ müstəqillikdir. Biz müstəqil, milli maraqlara söykənən siyasət kursu həyata keçiririk. Azərbaycanın Rusiya ilə münasibətlərinin inkişafı heç bir halda Vaşinqtonun və ya Brüsselin əleyhinə deyil. Eyni zamanda Azərbaycanın sözügedən tərəflərlə əlaqələri inkişaf etsə, bu, heç bir halda Kremlin əleyhinə yönəlməyib, heç bir üçüncü dövləti hədəf almayıb. Bu, dövlətimizin prinsipial mövqeyidir və bu mövqeyi cənab İlham Əliyev formalaşdırıb, həyata keçirir. Belə olmasaydı, 6-7 dəfə ABŞ-nin və NATO-nun hərbi rəhbərliyi ilə Rusiyanın hərbi rəhbərliyinin görüşü Bakıda keçirilməzdi”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, dünyanı narahat edən mühüm beynəlxalq təhlükəsizlik məsələləri Azərbaycan paytaxtında müzakirə olunur: “Buna görə də belə ittihamların heç bir əsası yoxdur. Əsas budur ki, ölkəmiz milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Bunun nəticəsidir ki, tarixi uğurlara imza atırıq, Vətən müharibəsində zəfər çalmışıq, bir sutkalıq anti-terror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Eyni zamanda Qazaxın 4 kəndini bir güllə belə atmadan dinc yolla geri qaytarmışıq. Paralel olaraq Rusiyanın sülhməramlı kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Bunlar tarixi nailiyyətlərdir. Bu nailiyyətləri Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi müstəqil milli mənafeyə söykənən siyasət nəticəsində əldə edə bilib”. 

E.Nəsirov Prezident İlham Əliyevin Rusiya səfərini belə şərh edib: “Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyət bəyannaməsinə uyğun inkişaf etdirilir. İkitərəfli danışıqlar prosesində Rusiya Prezidenti Vladimir Putin də vurğuladı ki, bu gün iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar səviyyəsini aşıb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollara bərabərdir. Cənab İlham Əliyev də vurğuladı ki, bu səfəri Baykal-Amur magistralının tikilməsinin 50 illik yubileyi dövrünə təsadüf edir. Cənab Prezident Rusiya Prezidenti Valdimir Putinin bu ittifaq miqyaslı tikintinin həyata keçirilməsində göstərdiyi misilsiz fəaliyyətə görə ulu öndər Heydər Əliyevi xatirlaması, ona olan minnətdarlıq hissini ifada etməsi məsələsinə də toxundu. Qeyd etdi ki, həqiqətən də bu gün münasibətlərimizin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin müstəsna xidmətləri olub, indi də münasibətlərimiz dinamik inkişaf tempinə malikdir”. 

“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsindədir” — AÇIQLAMA

Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. O qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi və Transxəzər marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi işlər görülür.  Səfirlik rəsmisinin sözlərinə görə Çin və Azərbaycan ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət əldə ediblər: “İki ölkə arasında alternativ enerji mənbələri istiqamətində əməkdaşlıq mövcuddur.  2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Çin Azərbaycanın beynəlxalq nüfuzunu alqışlayır və COP29 çərçivəsində Azərbaycanı dəstəkləyir. Azərbaycan Çində 5 ticarət evi açıb. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çataraq 3,1 milyard dollar təşkil edib. Bu da 43 faiz artım deməkdir”, – o əlavə edib. 

Azərbaycan-Çin münasibətlərinin inkişafını yüksək qiymətləndirən Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, Çin müasir dünyanın əsas güc mərkəzlərindən birinə çevrilib.

Onun sözlərinə görə, Azərbaycanla Çin fundamental məsələlərdə ortaq mövqeyə malikdir:

“Çin üçün ən vacib məsələ “Vahid Çin” ideyasının reallaşdırılmasıdır. Azərbaycan dövləti də Çinin ərazi bütövlüyünü tanıyır və bu ideyanı dəstəkləyir. Torpaqlarımız işğal altında olarkən Çin hər zaman beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini müdafiə edib. İqtisadiyyat, kənd təsərrüfatı, turizm də bizi yaxınlaşdıran sahələrdir. Çin Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır”.
E.Nəsirov bildirib ki, “Bir kəmər, bir yol” konsepsiyası əsasında münasibətləri inkişaf etdirməkdə hər iki ölkə maraqlıdır:

“Hər iki dövlət bir-birinin qarşılıqlı maraq dairəsində olan dövlətlərdir. Hər ikisi də beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır. Azərbaycanla Çin arasında münasibətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu gün cənab Prezidentin yeritdiyi siyasət bunun davamıdır. Təsadüfi deyil ki, Çin lideri Si Cinpin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdı. Azərbaycan elə də böyük dövlət deyil, amma onun sözünün dünyada məna və çəkisi böyükdür. Bu da ölkə başçısının misilsiz fəaliyyətinin nəticəsidir”.

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə işlərinə BAŞLADI

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesindən əvvəl sərhədin Ermənistan ərazisindən keçən hissəsində – Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb.

“Sputnik Armenia”yanın xəbərinə görə, əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub.

Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları cəlb olunub. Voskepar kəndinin sakinləri ərazilərin minalardan təmizlənməsinin qarşısını almağa çalışırlar.

Bu prosesə bir dəfə də cəhd olunub. Lakin Voskepar sakinləri həmin vaxt buna mane olmağa çalışıblar.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan hökumətləri arasında delimitasiya prosesinə Tavuş vilayətindən başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq əldə edilib.

İlham Əliyev Rusiyaya GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib.

Aktor.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlət başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllifi Prezident İlham Əliyev olan tarixi gün, tarixi Qələbə yaşayırıq – Elman Nəsirov

Aprel ayının 19-da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya üzrə dövlət komissiyalarının 8-ci iclasında tarixi qərar qəbul edilib. Bir güllə belə atılmadan Ermənistan tərəfi 1990-cı illərin əvvəllərindən işğal altında saxladığı Qazax rayonunun 4 anklav olmayan kəndlərinin Azərbaycana qaytarılmasına razılıq verib. Sözün həqiqi mənasında bu, mühüm hadisədir. Nəzərə alsaq ki, 2020-cü ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun və dəmir yumruğa çevrilmiş xalqımızın qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzü təmin etdi. Bundan sonra 2023-cü ilin sentyabr ayında bir sutkalıq lokal antiterror əməliyyatları nəticəsində Qarabağda separatizmin kökü kəsildi. Erməni separatçıları ağ bayraq qaldırdılar. Özlərinin qondarma qurumunu buraxmış elan etdilər və eyni zamanda Qarabağda yaşayan ermənilər könüllü şəkildə bu əraziləri tərk etdilər. Həmin vaxtdan etibarən Azərbaycanın suverenliyi də tam və qəti şəkildə təmin edilmiş oldu. Bunun ardınca yenə də Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomat olaraq atdığı addımlar sayəsində Rusiya sülhməramlı qüvvələri vaxtından erkən Qarabağ iqtisadi rayonundan çıxarılmağa başlanılıb. Bütün bunların hər biri tarixi hadisələrdir, Azərbaycan tarixinə qızıl hərflərlə yazıla biləcək proseslərdir. İndi də Ermənistan tərəfi bütün bu reallıqlar fonunda Azərbaycan torpaqlarının işğal altındakı 8 kənddən 4-nün geri qaytarılmasına razılıq verib.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov bildirdi.

Qətiyyətli və prinsipial mövqe

Deputat bildirdi ki, bu, həm də beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrin siyasətinin iflasa uğraması kimi dəyərləndirilə bilər. Eyni zamanda, öz içərimizdən, o sapı özümüzdən olan baltaların, milli dönüklərin indiyədək verdiyi bütün proqnozları alt-üst edib. Xüsusilə Fransanın timsalında biz onu görürdük ki, Ermənistanı silahlandırılır. Ermənistan Azərbayacana qarşı revanşizmə çağırılır. Ermənistan siyasi lideri ilə 5 aprel Brüssel görüşündə ona vədlər vermişdilər, həmçinin hərbi dəstək vəd etmişdilər. Amma Ermənistanın baş naziri fərqindədir ki, Azərbaycan son dərəcə güclüdür. Azərbaycan dövləti ilə hərbi rəqabətə girmək siyasi dəlilikdir. Ona görə də vəziyyəti düzgün qiymətləndirərək bu addımı atıblar. Hesab edirik Qazaxın işğal altında olan digər 3 kəndinin və Naxçıvanın Kərki kəndinin də geri qaytarılması zaman məsələsidir. Çox yaxın zamanda biz buna da şahidlik edəcəyik. Çünki başqa cür ola bilməz. Azərbaycanın heç kimin torpaqlarında gözü yoxdur, biz öz torpaqlarımızı geri istəmişik. Hesab edirəm ki, indiki halda Ermənistan siyasi rəhbərliyi düzgün qərar qəbul edib. Çünki fərqindədir ki, Azərbaycan bir qarış torpağının belə işğal altında qalmasına imkan verməz. Necə ki, Prezident İlham Əliyev bu reallığı öz qətiyyətli və prinsipial addımları ilə təsdiqləyib, bütün dünya bundan xəbərdardır. Xəbərdarlıq etmişdi ki, könüllü şəkildə xoşluqla bizim işğal altındakı kəndlərimizi geri qaytarın. Geri qaytarmasanız onda bunun bütün məsuliyyəti sizin və eyni zamanda sizə havadarlıq edənlərin üzərinə düşəcək. Nəticə göz qabağındadır.

Azərbaycan xalqı Müzəffər Prezidenti ilə fəxr edir

Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə bu ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində təsadüfən səs verməmişdi. Bu, həm də Prezident İlham Əliyevin misilsiz fəaliyyətinə xalqın bir etimad referendumu idi. Cənab İlham Əliyev 92,12 faiz xalqın səsini toplayıb növbəti dəfə Prezident seçildi. Xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunu bu hadisələr, bu faktlar, həm də 4 kəndin bir güllə atılmadan belə Azərbaycana geri qaytarılması təsdiqlədi. Bu gün doğrudan da Azərbaycan xalqı öz Müzəffər Prezidenti ilə fəxr edir, qürur hissi keçirir. Xalqmız onun fərqindədir ki, sözügedən tarixi addımların bir müəllifi var, o da  tarixi şəxsiyyət olan Prezident İlham Əliyevdir, Onun formalaşdırdığı ordudur, dövlət başçımızı dəstəkləyən Azərbaycan xqlqıdır.

“Bütün bunlar ölkədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır” – DEPUTAT

“Azərbaycan Prezidenti İlham Əliyev aprel ayının 16-da Hacıqabula səfəri çərçivəsində Şirvan suvarma kanalının təməlini qoyub. Bu hadisə bir daha göstərdi ki, ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılmaqdadır. Burada məqsəd ilk növbədə ölkənin dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək və xüsusilə regionlarda məşğulluq probleminin həllinə ciddi töhfələr verməkdən ibarətdir. Bu nöqteyi-nəzərdən dövlət başçısı vurğuladı ki, Şirvan suvarma kanalı kimi ölkəmizdə ikinci ən böyük infrastruktur layihəsinin həyata keçirilməsi nəticəsində 10 rayonumuzun su təminatında çox ciddi irəliləyişə nail olunacaq. Kanalın uzunluğu 120 km idisə, yenidən qurulduqdan sonra bu rəqəm 200 km-i ötəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev aprelin 8-də 1958-ci ildə əsası qoyulmuş Yuxarı Şirvan adlandırılan bu suvarma kanalının adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Artıq Şirvan suvarma kanalı adlandırılır. Nəticə etibarilə artıq 230 min hektarlıq ərazinin su ilə təminatı reallaşdırılacaq. Bununla da həmin bölgədə kənd təsərrüfatı məhsullarının inkişafı üçün imkanlar daha da genişlənəcək.

Bundan əlavə ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 96%-ə çatıb. Elektrikləşmə məsələlərində Azərbaycan artıq ixracatçı ölkəyə çevrilib. Eyni zamanda, Azərbaycan bərpa olunan enerji sahəsində də dünyada tanınan ölkələrdən birinə çevrilib. Təsadüfi deyil ki, iqlim dəyişiklikləri ilə bağlı keçirilən COP29 tədbirinə də Azərbaycan ev sahibliyi edəcək”.

Elman Nəsirov: “Milli Şura və AXCP-nin arzuları heç vaxt real həyatda gerçəkləşə bilməz”

“Bu gün dünyada çox ciddi xaotik proseslər yaşanmaqdadır. Dünyanın əksər ölkəsində siyasi-hərbi toqquşmalar, kataklizmlər müşahidə olunur. Beynəlxalq hüquq, demək olar ki, işləmir. Bu gün sabit bir bölgə, sabit ölkə axtarıb tapmaq müşkül məsələyə çevrilib. Bu reallıq fonunda Azərbaycanın həm Şimal, həm də Cənub qonşuluğunda çox ciddi hərbi-siyasi proseslər gedir. Şimal qonşumuz Ukrayna ilə şiddətli müharibə vəziyyətindədir və müharibə getdikcə daha da kəskinləşir, daha böyük fəlakətlər müşahidə olunur. Ölkənin cənubunda İrandır, İran isə İsraillə müharibə vəziyyətindədir. Bu müharibənin nə qədər davam edəcəyini, hansı fəlakətlərə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Düzdür, hələlik strateji pauzadır. “Bu pauza nə qədər çəkəcək?”, “İsrailin cavab zərbələri nə vaxt olacaq? kimi suallar hazırda ən çox düşündürən suallardır. Bu reallıqlar fonunda Azərbaycan sabit dövlətdir. Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi hökm sürür, səfərbər olunmuş cəmiyyət var. Ancaq anti-Azərbaycan dairələr bu reallıqla barışmaq istəmirlər. Bu reallıq xaricdəki anti-Azərbaycan dairələrin yuxusuna haram qatır. Onlar çalışırlar ki, Azərbaycanı da toqquşma ocağına çevirsinlər. İçimizdəki sapı özümüzdən olan baltalardan – milli dönüklərdən də məmnuniyyətlə istifadə edirlər. Eyni məntiqlə söyləmək olar ki, uzun müddətdir, fəaliyyətsiz dayanan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şura indi oyanıb öz xaricdəki “sahiblərinin”, “yiyələrinin” sifarişi əsasında Azərbaycanda gərginlik yaratmaq istəyir…” 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, AXCP və Milli Şuranın aprelin 21-nə təyin etdikləri mitinqlə bağlı seçilən ərazilər şəhərin mərkəzidir: “O yerlər ki, orada insanlar kompakt halında, sıx cəmlənirlər. Belə bir mitinqin keçirilməsi ilk növbədə insanların təhlükəsizliyi və asayişin qorunmasında ciddi problemlər yarada bilir. Eyni zamanda insanların istirahət hüququnun pozulması anlamına gəlir. Çalışırlar ki, ətrafdakı gərginlik ocaqlarını ölkəmizə də transfer etsinlər, burada da hərc-mərclik yaratsınlar. Necə ki özləri 1992-1993-cü illərdə xaos dövründə yaşadılar, xaosun müəllifləri oldular. İndi həmin dövrü yenidən qaytarmaq istəyirlər. Xülyalarla, illuziyalarla yaşayırlar. Çalışırlar ki, elə məsələləri qaldırsınlar, həm də rezonansı olsun. “Siyasi məhbusların” azadlığa buraxılması şüarı ilə çıxış edirlər. Azərbaycanda “siyasi məhbus” yoxdur, ola da bilməz! Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş, saxlanılmış şəxslər var. Buna görə də Azərbaycan üçün “siyasi məhbus” ifadəsi qəbuledilməzdir. Ünvanı səhv salıblar. Bu, siyasi manipulyasiyadır. Ölkəmizə qarşı təzyiq elementlərindən biri kimi qiymətələndirilə bilər. Sərhədlərin açılmasından danışırlar. Sərhədlərin bağlı olması ilk növbədə təhlükəsizlik məsələləri ilə əlaqədardır. İndi həm Şimal, həm də Cənub qonşumuzda yaşanan proseslər göstərir ki, Azərbaycanın quru sərhədləri bağlı saxlaması olduqca doğru qərardır. Heç bir dövlət istəməz ki, sərhədəri bağlı qalsın. Çünki bağlı sərhədlər müəyyən iqtisadi, sosial problemlər yaradır. Amma Azərbaycan üçün əsas məsələ öz vətəndaşının təhlükəsizliyidir. İstəyirlər ki, bu faktın mahiyyətini dəyişib özlərini “göyərçin” kimi cəmiyyətə sırısınlar. Xalq onları yaxşı tanıyır, kimliyini çox gözəl bilir. Vətən müharibəsindəki davranışlarını xalqımız yaddan çıxarmayıb. O zaman da Azərbaycan əleyhinə mübarizə aparan beynəlxalq siyasi dairələrə ünvanlanan müraciətlərdə  onlar iştirak etmədilər, kənarda qaldılar. Çünki “Azərbaycan xalqı üçün nə pisdirsə, onlar üçün yaxşıdır və nə yaxşıdırsa, onlar üçün pisdir” fəlsəfəsi işləyir. Xalqımız da bütün bunları görür, bu səbəbdən də onlara etimadı yoxdur. Xalqımız bu qruplaşmaları çoxdan boykot edib. Onlar siyasi yalquzaq həyatı yaşayırlar. Çalışırlar ki, bulanıq suda balıq tutsunlar, regionumuzdakı gərginlikdən istifadə edib Azərbaycan daxilində çaxnaşma yaratsınlar. Bu illuziyadır, reallaşma əmsalı isə sıfıra bərabərdir. Azərbaycan güclü dövlətdir, onun güclü Lideri, “Dəmir Yumruq”  kimi birləşmiş xalqı var. Xalq öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Bu reallıqlar fonunda Milli Şura və AXCP-nin arzuları heç vaxt real həyatda gerçəkləşə bilməz”. 

Elman Nəsirov: “İran və İsraildən müraciətlər olarsa, Azərbaycanın danışıqlarda vasitəçilik missiyası səmərəli ola bilər”


“Bu gün Yaxın Şərq regionunda vəziyyət drammatikləşir. İranla İsrail arasında müharibənin qaçılmaz olduğu haqqında mövqe daha da güclənib. Bunu şərtləndirən amillər var. Artıq Almaniya öz vətəndaşlarına xəbərdarlıq edib ki, İrandan çıxsınlar. Eyni zamanda Almaniyadan İrana uçuşlar da dayandırılıb. İranın siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə söyləyir ki, İsraili cəzalandıracaq. İranla birbaşa əlaqədə olan Hizbullah tərəfindən də İsrail istiqamətində təzyiqlərin artdığı bəllidir. Bu, müharibənin ilkin işartıları kimi qiymətləndirilə bilər. Paralel olaraq ABŞ Prezidenti Cozef Bayden də bildirdi ki, İsraillə İran arasında müharibə başlayacağı təqdirdə rəsmi Vaşinqton İsrailin yanında olacaq, onu dəstəkləyəcək və bu, İran üçün çox səhv addım olar, heç bir halda uğur qazanmayacaq. Göründüyü kimi, hadisələrin inkişafı göstərir ki, istənilən vaxt müharibə başalaya bilər. Artıq gün, saat məsələsidir, bu kimi yanaşmalar çoxdur”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Deputat bildirib ki, İran və İsrail arasında müharibənin başlanması regionda geosiyasi vəziyyəti kökündən dəyişə bilər: “Nəzərə alsaq ki, İran Azərbaycanla qonşu dövlətdir. Məşhur deyim var, “qonşuda ev yanırsa, külək o yanğını başqa evlərə də yaya bilər”. Bu baxımdan, qonşuda “evin yanması” təhlükəli hadisədir. İranda 40 milyondan artıq azərbaycanlı soydaşımız yaşayır. Müharibə başlayacağı təqdirdə böyük qaçqın ordusu əmələ gələ bilər. Bunları da hesablamaq mümkündür. Buna görə də Azərbaycan dövləti son dərəcə maraqlıdır ki, İranla İsrail arasındakı indiki gərginlik danışıqlar, sülh yolu ilə tənzimlənsin. Düşünürəm, tərəflərdən müraciət olarsa, Azərbaycanın danışıqlarda vasitəçilik missiyası çox səmərəli ola bilər. Çünki yadınızdadırsa, Türkiyə və Rusiya arasında vəziyyət kəskinləşəndə Azərbaycan Prezidenti cənab İlham Əliyevin vasitəçilik missiyası olduqca faydalı oldu. Azərbaycanın İranla da yaxın qonşuluq münasibətlərini, eyni zamanda İrandakı 40 milyondan çox soydaşımızın olmasını faktlarına diqqəti cəlb etsək, Azərbaycanın İsraillə strateji tərəfdaşlıq münasibətlərini nəzərə alsaq, hesab edirəm, Azərbaycanın bu dəfə də vasitəçilik missiyası çox faydalı ola bilər. Təki tərəflər özləri maraqlı olsunlar”. 

Qüdrət Həsənquliyev: Amnistiya və əhvetmə haqqında qanunun qəbul olunmasına böyük ehtiyac var

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik

– Qüdrət bəy, partiyanızın yeni adı rəsmi qaydada qeydə alındı, təbrik edirik. Adın dəyişdirilməsi bu qədərmi önəmli idi?

– Partiyanın adı həm də onun son məqsədini ,hədəfini özündə ehtiva etməlidir. Xalq Cəbhəsi sonradan Milli Azadlıq Hərəkatı xarakteri almış Qarabağ hərəkatından doğulmuşdu.Əsas məqsəd ölkəmizin ərazi bütövlüyünü qorumaq, milli müstəqilliyə nail olmaq idi. Buna nail olmaq üçün xalqı bir cəbhədə birləşdirmək, siyasi baxımdan təşkilatlandırmaq lazım idi. İşğala son qoyub, Qarabağ üzərində dövlət suverenliyini bərpa etməklə biz əsas məqsədə çatmışıq. Hazırda partiyamızın qarşısında duran başlıca vəzifə ədalətli cəmiyyət, hüquqi dövlət qurmaq, demokratiyanı inkişaf etdirməkdir. Ədalətli cəmiyyət olmasa insanlar xoşbəxt ola bilməz. Qanunlar ədalətli olmasa və onun aliliyi təmin edilməsə inkişaf olmayacaq. Demokratiyanı inkişaf etdirməsək hərtərəfli inkişafı təmin edəcək rəqabət mühiti yarada və qanunun aliliyini təmin edə bilməyəcəyik. Ona görə də partiyamızın adını dəyişərək Ədalət,Hüquq, Demokratiya (ƏHD) Partiyası qoyduq. Çünki bu siyasi amalımız və əhdimizdir. Xalq Cəbhəsi isə artıq bizim və xalqımızın şərəfli tarixidir.

– Qüdrət bəy, əhv komissiyasının iclasları başlayıb. Sizcə çoxmu məhbus azad olunacaq və siyasi motivlərlə həbs olunduğu ehtimal olunan şəxslərin də əhv olunma ehtimalı varmı?

– Siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərdən kimlərinsə barəsində məhkəmələrin qanuni qüvvəyə minmiş hökmü varsa onlar Prezidentin fərmanı ilə əhv oluna bilər. Qarabağ üzərində dövlət suverenliyinin bərpasından sonra bu, əhv haqqında ilk fərman olacaq. Ona görə də amnistiya aktı qəbul olunmadığından, istərdim ki, azadlıqdan məhrumetmə növündə cəza çəkən və azad olunmalarına bir ilədək zaman qalmış hər kəs əhv edilsin. Ümumiyyətlə, amnistiya aktı ilə müqayisədə əhv fərmanlarını ədalətsiz sayıram. ABŞ tarixində elə prezidentlər olub ki, səlahiyyətləri dövründə bir nəfəri belə əhv etməyib. Əhvetməyə haqq qazandıranlar deyirlər ki, burda fərdi yanaşma mövcuddur və bu daha ədalətlidir. Bu yanaşmanı kökündən səhv hesab edirəm. Əhvetmə müstəsna hallarda tətbiq olunmalı və qanunla əhv olunanların sayı və müəyyən şəxslərə münasibətdə bu hüquqdan istifadə məhdudlaşdırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, əməlin ictimai-təhlükəlilik dərəcəsini və cinayət törətmiş şəxsin şəxsiyyətini,cinayətdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlayıb-bağışlamamasını, ailə vəziyyətini, səhhətini, yaşını və digər halları onsuz da nəzərə alır və cəza təyin edir. Əhv komissiyasının yenidən bu xüsusatlar üzrə qiymətləndirmə aparması və bu əsasda kimlərisə azad etməsi doğru deyil. Bütövlükdə isə amnistiya aktının qəbul olunması daha ədalətlidir. Bu zaman ibtidai həbsdə olan şəxslərin azad olunması da mümükündür. Amnistiya aktının tətbiqi zamanı subyektivizm və sui-istifadə hallarının qarşısını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Mən ictimai və dövlət həyatında xüsusi əlamətdar hadisələr olmadıqca amnistiya və əhvetmənin əleyhinəyəm,çünki bu dövlətin cəza siyasətinə mənfi təsir göstərir. Məhkumun cəzanın çəkilməmiş hissəsindən azad olunmasına dair qanunvericilikdə kifayət qədər hüquqi mexanizmlər var. Bu işlə məhkəmələr məşğul olmalıdır. Azərbaycanda amnistiya və əhvetmə haqqında qanunun qəbul olunmasına böyük ehtiyac var.