Ana Səhifə Blog Səhifə 23

Maaş və pensiyalar artırılacaq – AÇIQLAMA

Millət vəkili Elman Nəsirov maaş və pensiyaların artırılacağı anonsunu verib.

Deputat bu barədə TV Müsavat-a açıqlamasında danışıb. Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin rifah halının yaxşılaşdırılması hökumətin qarşısında dayanan prioritet məsələlərdən biridir:

“İl ərzində əməkhaqlarının, maaşların və müavinətlərin qalxması prosesi davam etdiriləcək. Şəhərin mərkəzində tətbiq olunan parklanma qiymətlərinin aşağı salınması ilə bağlı isə məndə heç bir məlumat yoxdur. Ancaq məndə o məlumat var ki, maaşlar və müavinətlərlə bağlı məsələyə bir daha baxılacaq ki, insanlar bunun əziyyətini hiss etməsin” – deyə deputat qeyd edib.

Qeyd edək ki, son vaxtlar əhali arasında bir çox sahələrdə maaş və pensiyaların artırılacağı ilə bağlı gözləntilər var. İqtisadçılar bununla bağlı müvafiq qərarın bu ilin ikinci yarısında qəbul ediləcəyini bildirirlər.

Türkiyədə keçirilən seçkilər nə ilə yadda qaldı? – RƏY

Martın 31-də Türkiyə Cümhuriyyətinin bütün ərazisində bələdiyyə seçkiləri keçirilib. Seçicilərin böyük qisminin qatıldığı seçkilər qardaş ölkədə demokratiyanın təntənəsi kimi qəbul edilir. Türkiyə yeni bir çətin imtahanı arxada qoydu. 34 partiyanın təmsilçiləri və müstəqil nümayəndələr bu gərgin yarışda yer aldılar. Seçkini ilk sırada başa vuran isə CHP oldu. Bəs Türkiyədə keçirilən bu seçkilər nə ilə yadda qaldı? SİA mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun fikirlərini öyrənib: “Qardaş Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçirildi. Bu seçkilər sözün əsl mənasında Türkiyədə demokratiyanın təntənəsi hesab edilə bilər. Həm iqtidar, həm də müxalifət qalib gəlmək üçün bütün demokratik üsullardan faydalandılar. Türkiyəni demokratiyanın zəifliyində günahlandıranlar bu seçkilərdən nümunə götürməlidirlər. Prezident seçkiləri də yüksək şəffaflıq şəraitində həyata keçirilmişdi. Bələdiyyə seçkilərində də bu şəffaflığın şahidi olduq. Türkiyə əhalisi öz siyasi iradəsini nümayiş etdirmək üçün bütün şəraitlə təmin edilmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, bu seçkilərin nəticələri xüsusi araşdırılmalı, sahələrdə müəyyən olunan boşluqlardan dərs çıxarılmalıdır: “Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının müxalifət qarşısında daha zəif nəticə göstərməsi çox ciddi bir sınaqdır. Biz bu reallığı düzgün dəyərləndirməliyik”. Türkiyədə keçirilən bələdiyyə seçkiləri Azərbaycan üçün də bir örnəkdir. Nəzərə alsaq ki, Azərbaycan dövləti də bələdiyyə institunun hüquq-normativ bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl işlər görür. Parlamentdə də bu istiqamətdə bir qanun layihəsi müzakirə olunmaqdadır. 1606 bələdiyyə sayının təxminən 500-ə endirilməsi və keyfiyyətinin yüksəldilməsi hədəflənib. Bu baxımdan Türkiyə bələdiyyə institutu dövlətimiz üçün bir nümunə ola bilər”.

“Kim olacaqsan – çalış səhv etmə” layihəsi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İnnovasiyaya Doğru Gənclərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “”Kim olacaqsan?” – çalış səhv etmə” layihəsi həyata keçirilib.

Layihənin həyata keçirilməsində məqsəd bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsinə dəstək olmaq, yeniyetmələrə doğru qərar verməkdə kömək etmək, peşə seçimi edən gəncə vaxtında istiqamət vermək, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili mövzularında məlumatlandırma olub.

Təşkilatın sədri Rəşad Cəfərov layihənin əhəmiyyəti barədə danışarkən bunları bildirib: “Peşələr çox və rəngarəngdir. Təxmini hesablamalara görə 3 mindən artıq peşə, 40 mindən çox ixtisas var. İqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq yeni-yeni istehsal sahələri və bunlara müvafiq yeni peşələr, ixtisaslar da yaranır. Eyni zamanda, bəzi peşələr modernləşdirilir. Bu da insanlardan yeni biliklər və bacarıqlar tələb edir. Hər bir peşə və ixtisasın özünəməxsus cəlbediciliyi, romantikası və çətinliyi vardır. Buna görə də seçmək üçün peşələr aləmini tədqiq etmək, araşdırmaq lazımdır. Həyata keçirdiyimiz bu layihədə də biz gəcnlərə bir neçə müasir peşənin təqdiq edilməsində və seçim zamanı nələrə diqqət edilməsində yardımçı olduq.”

Təşkilar sədri həmçinin qeyd edib ki, peşə, ixtisas seçimi zamanı düzgün qərar qəbul etmək insan üçün çox vacıbdir. Lakin hər zaman bu seçimi doğru etmək olmur. Bunun əsas səbəblərindən biri peşə seçiminin elmi əsasları haqqında müəyyən biliyə, məlimata malik olmamaqdır. Təcrübə göstərir ki, müasir dövrdə peşələrin kəmiyyət və keyfiyyət etibarilə çox spektrli və rəngarəng olması da yeniyetmələrin bu müxtəliflik qarşısında düzgün seçim edə bilməmələrinə səbəb olur.

Dövlət və vətəndaş təhlükəsizliyi etibarli əllərdədir – Elman Nəsirov yazır

Təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir. Bu reallıq fonunda xüsusi olaraq qeyd edək ki, bu gün dünyada dövlətlər arasında qorxunc edimadsızlıq mühiti hökm sürməkdədir. Qlobal miqyasda hüququn gücü yox, gücün hüququ işləyir. Beynəlxalq hüquq norma və prinsipləri əksər halarda onu yaradan və qorumalı olan dövlətlər tərəfindən pozulur. Bu, isə öz növbəsində qlobal qütbləşmə və qarşıdurmanı labüd edir. Bu proses isə yeni təhdid və çağırışlar doğurur, assimmetrik təhlükə mənbələrini hərəkətə gətirir, dünyanın istənilən nöqtəsində münaqişə və müharibə ocaqlarının alovlanmsına şərait yaradır. Eyni məntiqlə söyləyə bilərik ki, dünya, bəlkə də, heç vaxt indiki qədər təhlükəli olmamışdır. Planetimizin bu acı reallığı fonunda Azərbaycan bölgədə, eləcə də dünyada sabitlik adası kimi tanınınır. Bu da səbəbsiz deyildir. İlk növbədə ölkəmizdə səfərbər olunmuş cəmiyyət mövcuddur. Xalqımız vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər mürəkkəb, qəliz, həm də şərəfli yol keçmişdir. Ölkəmizdə göz bəbəyi kimi qorunan ictimai-siyasi sabitliyin ciddi əsasları vardır. Bu, ən başlıcası xalq-hakimiyət birliyi ilə bağlıdır. Xalq öz prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Prezident də ayrı-ayrı böyük dövlət və beynəlxalq təşkilatların deyil, məhz güvənc yeri olan xalqının milli maraqlarından irəli gələn müstəqil siyasət həyata keçirir. Bu reallıq, bizi nə qədər güclü edirsə, bir o qədər də bizə qarşı dayanan qüvvələrin yuxusuna haram qatır, onları hərəkətə gətirir. Bu halda dövlətimizin təhlükəsizliyi məsələləri dəfələrlə aktuallığını artırır. Bu sahəyə cavabdeh  xüsusi dövlət orqanının-Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) üzərinə düşən məsuliyyət də adekvat olaraq yüksəlir. Bəs bu məsuliyyətin öhdəsindən DTX hansı səviyyədə gəlir? Bu suala cavab vermək üçün bir sıra vacib məqamların üzərində dayanmaq lazımdır. Əvvəla, qeyd edək ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkinində yaradılan bu qurumun 1919-1920-ci illər reallığında gənc respublikanın milli təhlükəsizliyinin təminatında xüsusi rolu olmuşdur. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev 23 mart 1997-ci ildə imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı günü elan edilmişdir. Bu tarixi qərar tarixi reallığı və varislik prinsiplərini özündə ehtiva edir.

Ümummilli lider Heydər Əliyev 1965-1969-cu illərdə Dövlət Təhlükəsizlik Komitəsində müvafiq rəhbər vəzifələrdə çalışdığı dövrdə də bu varisliyi qoruyub saxlamış, xalqının milli maraqlarına zərər vura biləcək halların qarşısını almaq işinə ciddi töhfələr vermiş, bu sahədə milli fəaliyyət üslubu, məktəbi və kadr potensialı formalaşdırmışdır. Bu baxımdan zəmanəmizin dühası Heydər Əliyevin müəllifi olduğu bu fikirlər dövlət təhlükəsizlik orqanların fəaliyyətini qiymətləndirmək üçün ölçü vahidi hesab oluna bilər:  “Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanları o vaxt qalib gəlir ki, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, 105-ci ildönümünü qeyd edən DTX xüsusilə son 4 il ərzində üzərinə götürdüyü vəzifəni-ölkəmizin milli təhlükəsizlik maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və s. pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış   və istintaq tədbirlərini yüksək peşəkarlıqla həyata keçirir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə istinadən qeyd edək ki, “Ötən 2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılmış, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olmuşdur. Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilmişdir.”  Heç şübhəsiz, ciddi uğurlardır. Bu uğurlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, – dünyada gedən prosesləri biz görürük, – bu, yüksək qiymətə layiq olmalıdır”.

DTX  44 günlük Vətən müharibəsi və 19-20 sentyabr antiterror tədbirlərinin məntiqi sonluğu olaraq ərazi bütövlüyü və suverenliyimizin tam, qəti və əbədi təmin oluması kimi müqəddəs vəzifənin icrası işinə müstəsna töhfələr vermişdir.

Əli Nağıyevin qeyd etdiyi kimi, “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbənin əldə edildiyi Vətən müharibəsi dövründə düşmənin bütün cəbhələrdə həyata keçirməyə çalışdığı təxribat-pozuculuq fəaliyyətinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mümkün təhdidlərin qarşısının alınmasında, Azərbaycan Ordusunun əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin olunmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının danılmaz rolu olmuşdur. 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı zamanı və ondan sonrakı vaxtda da yuxarıda qeyd olunan istiqamətlər üzrə mühüm işlər görülmüş, əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilmiş, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə qondarma rejimin “rəhbər”lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onlar həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar.”

Elman Nəsirov 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor

Makron Fransada yalnız erməni lobbisinin dəstəyinə möhtac qalıb – Millət vəkili

“Le Fiqaro”dakı məqalədə Fransa prezidentinin erməni sevgisini, onun motivlərini görürük”

Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verib. Hətta müharibədən öncə həmsədrlik missiyasını icra edərkən belə Fransa daim qərəzli və ikiüzlü mövqe sərgiləyib, obyektiv yanaşma ortaya qoymayıb.

 Təəssüf ki, özünü “demokratiyanın beşiyi” sayan bu ölkə və onun əksər təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Fransanın nüfuzlu “Le Fiqaro” nəşrində Azərbaycana qarşı növbəti qərəzli məqalənin dərc olunması da Parisin erməni sevgisinin təzahürüdür. Məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti də ortaya qoyulub.

 Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazıb ki, Fransa rəhbəri Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib. Özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb ki, erməni məsələsi fərqli platformalarda gündəmə gətirilsin. Ancaq Vatikandan istədiyi dəstəyi ala bilməyib. Məqalədə 19-20 sentyabr antiterror əməliyyatları “Azərbaycanın Qarabağa hücumu” kimi təqdim olunub və “120 min” erməninin “qədim dövrdən” etibarən yaşadığı ərazilərdən qovulduğu iddia edilib. Müəllifin yazısından o da məlum olub ki, separatizmin ləğvindən sonra Bakıya qarşı sanksiya tətbiq edilməməsi Parisi xeyli təəssüfləndirib. Məhz bundan sonra Fransa Azərbaycanı “təhdid” kimi görərək Ermənistanla dərhal hərbi əməkdaşlığıa başlayıb və Ermənistana silah-sursat ötürməyə qərar verib. “Le Fiqaro”dakı yazı bir məqamı da üzə çıxarıb. Bəlli olub ki, 2023-cü ilin yanvar ayında Yelisey sarayında separatçılar, bir qrup erməniyönümlü fəallar və jurnalistlər toplaşıblar. Onların arasında Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də olub. Yelisey sarayında separatçı ünsürlərə növbəti vədlər verilib, onlara hərtərəfli dəstəyin davam edəcəyi deyilib. Bununla yanaşı, Fransadakı erməni təşkilatlarını koordinasiya edən “CCAF”ın həmsədri Frenk Papaziyanın da Makrona təzyiq göstərdiyi məlum olub. Məqalədə qərəzli təhriflərə də yol verilib. Prezident İlham Əliyevin seçkilərdə guya “97 faiz səs qazanması” iddia olunub. Bu məqalə Fransa hakimiyyətinin və şəxsən prezident E.Makronun Azərbaycana qarşı son dərəcə qərəzli olmasını, düşmən münasibət bəsləməsini və ermənipərəstliyini açıq-aydın göstərir. Görünən odur ki, bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək məğlub istəmir. Bəli, Makron məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə olub.

Millət vəkili Elman Nəsirov “Sherg.az“a açıqlamasında deyib ki, Fransanın “Le Fiqaro” nəşrində dərc olunan məqalələr sifarişli, ünvanlı olur və konkret məqsəd güdür. Deputat diqqətə çatdırıb ki, “Le Fiqaro”da hansısa məqalə təsadüfən dərc olunmur:

 “Azərbaycanla bağlı məqalə də hansısa jurnalistin şəxsi düşüncələrinin, mülahizələrinin, illuziyalarının ifadəsi deyil. Həmin yazı redaksiyanın, onun rəhbərliyinin, eyni zamanda hakimiyyətin birmənalı mövqeyini əks etdirir. Sözügedən məqalədə növbəti dəfə Fransa prezidenti E.Makronun erməni sevgisini, onun motivlərini gördük. Sanki ermənilər və fransızlar etnik qohumdurlar. Yəni Makron hakimiyyəti erməni sevgisini o dərəcədə izhar edir. Makron 7-ci ildir ki, hakimiyyətdədir və hələ 3 il də öz postunda qalacaq. Yəqin, onun fərqindədir ki, nüfuzu, reytinqi son dərəcə aşağı düşüb. Bu da onun yeritdiyi yanlış siyasətlə bağlıdır. Hətta bu ilin iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Makronun partiyasının Marine Le Penin partiyasına uduzacağı da ehtimallar arasındadır. Əgər indiki vaxtda seçki keçirilsəydi, Le Pen Makronun koalisyon hökumətini də məğlub edərdi. Ölkə daxilində Makrona qarşı çox ciddi müxalifət formalaşıb. Makron xarici siyasətdə avantüralar vasitəsi ilə zəifləmiş nüfuzunu qoruyub saxlamağa çalışır. Mövcud beynəlxalq situasiyadan öz mənafeyi üçün istifadə etmək istəyir. Məsələ ondadır ki, ABŞ-nin başı həm daxili işlərə, prezident seçkisinə, həm də Ukrayna məsələsinə qarışıb. Əgər seçkidə Donald Tramp qalib gələrsə, ümumiyyətlə Avropa Birliyi və NATO məsələləri ikinci plana keçəcək. Almaniya kansleri Olaf Şolts bu məsələlərdə gözləmə mövqeyindədir, passiv davranır və liderlik iddiasını ortaya qoymur. Makron bu vəziyyətdən də istifadə edir, avantürist bəyanatlar verir. Fransa qoşunlarının Ukrayna cəbhəsinə göndərilməsindən danışır. Azərbaycana qarşı nifrətini cürbəcür üsullarla ifadə edir”.

Parlament üzvü vurğulayıb ki, hətta iş o yerə çatıb ki, Paris Azərbaycan xalqının 7 fevral tarixindəki seçiminə, cənab İlham Əliyevin növbəti dəfə yüksək səslə prezident seçilməsinə də burnunu soxur: 

“Məqsəd bu məsələyə kölgə salmaqdır. Makronun hansı oyunları oynadığını çox yaxşı bilirik. Fərqindəyik ki, getdikcə nüfuzu azalan Makron Ermənistanın müdafiəsi istiqamətində populist bəyanatlar verir. Güclü erməni lobbisinin və diasporunun dəstəyini almağa çalışır. Fransız xalqı Makronu dəstəkləmir, onun prezidentliyini tənqid edir. Makron da erməni lobbisinin dəstəyindən istifadə edərək özünü gündəmdə saxlamağa səy göstərir. Əlbəttə, absurd bəyanlarla Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycanın qüdrətli lideri, güclü xalqı, qalib ordusu, səfərbər olmuş cəmiyyəti var. Ölkədə vətəndaş həmrəyliyi hökm sürür, xalq-hakimiyyət birliyi mövcuddur. Makronlar bu birliyi pozmaq iqtidarında deyil. Onlar ünvanı səhv salıblar”. 



Naxçıvanda uşaq müdafiəsi ilə bağlı təlimlər təşkil edilib – FOTOLAR

UNICEF-in Azərbaycan nümayəndəliyi və Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvanda uşaq müdafiəsi sahəsində çalışan 82 nəfər üçün təlimlər təşkil edib.

Aktor.Az xəbər verir ki, 5 gün davam edən təlimlər “Uşaq ədliyyəsində beynəlxalq standartlar və istintaq prosedurlarında uşaqyönümlü kommunikasiya”, “Uşaqyönümlü hüquqi yardıma dair standartlar”, “Uşaq müdafiəsinin əsasları, uşaqlara qarşı zorakılığın qarşısının alınması və sosial işin təşkili” və “Uşaqlarla psixoloji işin təşkili” mövzularını əhatə edib.

“Solovyovun uydurmalarının arxasında bir neçə məkrli məqsəd var” – Baş redaktor

“Vladimir Solovyovun “Crocus City Hall” terrorunda azərbaycanlı izi axtarması onun növbəti qeyri-ciddi sözləridir, lakin burada jurnalistin məkrli niyyətləri də aydın görünür”.

Bu fikirləri AZƏRTAC-a “Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli bildirib.

Onun sözlərinə görə, Solovyovun bu uydurmalarının arxasında bir neçə məkrli məqsəd var.

“Birincisi, Rusiyada etnik zəmində qarşıdurma yaratmaq və azərbaycanlıları hədəfə çevirmək arzusundadır. İkinci niyyəti Azərbaycan-Rusiya münasibətlərini pozmaq cəhdidir.

Üçüncüsü, Azərbaycanın adını terror təşkilatlarına bağlamaqla ölkəmizin imicini zədələməyə çalışır. Təbii ki, planlı şəkildə həyata keçirilən bu prosesdə Solovyov təkbaşına deyil. Rusiyadakı erməni diasporu uzun müddət ərzində Azərbaycanla bağlı belə planları həyata keçirməyə cəhd göstərir. Misal üçün, 2016-cı ildə Aram Qabrielyanovun Marqarita Simonyanla yazışmaları yayılmışdı. Onlar Azərbaycanın adının İŞİD-lə hallandırılması üçün informasiya kampaniyasını necə həyata keçirmək haqda müzakirə aparır, “terrorçuların Qarabağa gətirildiyi” iddiasının tirajlanmasından bəhs edirdilər. Solovyovun da eyni şəbəkəyə bağlı olduğu sirr deyil. Baş verən terror aktını da Azərbaycanın əleyhinə növbəti kampaniya üçün fürsət olaraq görürlər”.

Baş redaktor qeyd edib ki, Solovyovun ictimai rəyi çaşdırmağa hesablanmış uydurmaları Rusiya hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaqın gedişinə də müdaxilə cəhdidir:

“Bu cür manipulyativ iddialar hər şeydən öncə Rusiyanın dövlət maraqlarına uyğun deyil. Ona görə Rusiyanın dövlət orqanları Solovyov və onun sifariş aldığı erməni şəbəkəsinin Bakı-Moskva münasibətlərini pozmağa hesablanmış bu planına qarşı hərəkətə keçməlidir”.

Ermənistanın qarant axtarışı bölgədə yeni gərginlik yaradacaq – Elman Nəsirov

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov Avropa İttifaqı və ABŞ-ın İrəvanın təhlükəsizlik çətiri olmaq istəyi ilə bağlı Real TV-nin xəbərlər proqramına açıqlam verib.

Ətraflı videoda:

 «Вопрос вывода пограничников РФ из аэропорта Еревана решен» – Симонян

Вопрос вывода российских пограничников из международного аэропорта Звартноц в Ереване решен, по этой теме Армения и Россия не ведут обсуждений.Об этом заявил спикер парламента республики Ален Симонян, передает ТАСС.

Он подчеркнул, что для армянской стороны этот вопрос уже решенный, по этому поводу не может быть дискуссий.

По его словам, есть попытка инициировать этот процесс как нарушение межгосударственного соглашения, однако речь идет о межведомственном соглашении, целью которого было принести пользу пограничникам Армении на данном участке, облегчить их работу.

«Больше нет необходимости облегчать это бремя. Мы сообщили, что благодарны за вашу помощь, но сейчас эта помощь нам не нужна», — подчеркнул Симонян.

6 марта стало известно, что Армения направила России официальное письмо о прекращении работы российских пограничников в аэропорту Звартноц, расположенном в 12 км к западу от Еревана. Как заявил секретарь Совбеза страны Армен Григорян, в воздушной гавани должны нести службу только армянские пограничные войска.

12 марта премьер-министр Армении Никол Пашинян сообщил, что российские пограничники закончат нести службу в ереванском аэропорту до 1 августа 2024 года.

Ölümdən dönüş varmı? – Fazil Mustafa sui-qəsdin bir ilinin tamamında yazırÖlümdən dönüş varmı?

Bir neçə dəfədir ki, televiziyadan izləyirəm. Son illərdə baş verən Ermənistan – İran mənbəli Azərbaycana yönəlik terror hadisələrini şərh edən süjetlər verirlər. Sonuncu fakt kimi Tehranda səfirliyimizə hücumdan bəhs edirlər. Bu süjetlərdə 28 mart 2023-cü ildə baş verən terror hadisəsinin isə sanki çox uzaq keçmişdə olması və əhəmiyyətsizliyi səbəbi ilə unudulduğunu sezirsən…

Hazırda bu terroru həyata keçirənlərin məhkəmə prosesi davam edir. İran xüsusi xidmət orqanından 30 min ABŞ dolları aldıqlarını, qrup halında verilən təlimat əsasında terroru həyata keçirdiklərini etiraf edirlər. Məqsəd tam aydındır: öz ölkəsinin milli maraqlarını və dəyərlərini qorumaq istəyənlərin susdurulması ilə yanaşı dərin bir ictimai xof yaratmaq. Yəni anladırlar ki, biz istənilən vaxt öz içinizdən hazırladığımız terrorçu dəstələrimizlə ölkənizdə qarışıqlıq yaratmağa qadirik. Məhkəmə prosesinin gedişində terrorçu qrupun üzvləri yalnız şəxsimə deyil, həm də Azərbaycan dövlətinə olan nifrətlərini gizlətmirlər. Həmin məhkəmə prosesindəki çıxışları izləyən, ona qarşı rəsmi təbliğat reaksiyamızı müşahidə edən sadəlövh insanlar bəlkə də rahatlıqla belə düşünərlər: “Başqa ölkənin mənafeyinə öz Vətəninin maraqlarını satmaq, oradan alınan təlimat əsasında burada terror aktı törətmək və ölkəni qarışdırmaq heç də şərəfsiz və namussuz hərəkət sayılmaz. Adamlar sadəcə öz dini inanclarının tələbinə uyğun hərəkət ediblər”. Bax beləcə anlamadan öz vətəndaşımızın şüuruna Vətənə xəyanət kimi bir namussuz davranışa loyal baxışı yerləşdirmiş oluruq. Məhz bu səbəbdən həyatıma yönəlik məlum terror hadisəsinin bir illiyində aşağıdakı düşüncələri açıqlamağı zəruri sayıram.

“Ölümdən döndü”. Bu ifadə hələ də qulağımdan asılıb qalmış. Əsrlərdir dilimizin məhvərində yer alan bu sadə cümlənin alt qatında əslində yaradılış qanununa zidd olan bir düşüncə yer alır. İlk öncə bu sualı cavablandırmaq zərurəti yaranır: “Ölümdən dönüş varmı?” “Bütün canlılar ölümü dadacaqdır!” deyən Quran məntiqindən başlayaraq gözümüzün önündə ölümdən dönməyən tanıdığımız insanlara qədər bizi heyrətləndirəcək hansısa məqam ortada yoxkən, yaşadığımız həyatın təsadüf sayıla biləcək təcrübələri bizlərə azmı ipucu verir? Tale elə gətirib ki, məmləkətin son qırx ilinin ən təlatümlü siyasi hadisələrinin içində yer almışam və bütün siyasi labirintlərin içində dəfələrlə ölüm risqini adlayaraq sağ qalmışam. Məgər 1990-cı ilin 19 yanvardan 20 yanvara keçən gecə baş verən qanlı hadisələrin qurbanına çevrilməmiz bir an məsələsi deyildimi? Ya ötən əsrin 90-cı illərində Türkiyəyə mühacirətə gediş məqamında yaşadıqlarım? Yaxud yenidən düşmənlə üz-üzə səngərdə zabit kimi hərbi xidmətdə qarşıma çıxan ağır sürprizlər? Bütün bunlardan daha dəhşətlisi 28 mart 2023-cü il tarixindən evimin qarşısında baş verən terror aktından yaralı vəziyyətdə qurtuluşum. Əlbəttə, bunların hamısında “qoruyucu mələyin”, yəni anlaşılan bir dildə “əlahəzrət təsadüfün” rolunun xatırlanması vacib olsa da, bəlkə ölümə biganəliyimin də izahı mümkün olmayan bir rolu olduğunu vurğulamaq istərdim. Mən həyatı məhz faydalı və mənalı yaşadığıma görə çox sevirəm, ancaq hər zaman Nazim Hikmətin də söylədiyi; “Ölümdən o yana bir kənd varmı Bayramoğlu?” kimi möhtəşəm sualın üzərində düşüncələri aktual olaraq qorumaqdayam. Özümü həmişə konkret prosesləri yönəldən, bəzən də yönəldilən proseslərin içində yer alan siyasətçidən daha artıq aydınlatma, sağlam düşüncəyə çağırış görəvini önə çıxaran bir vətən övladı rolunda hiss etmişəm. Siyasət də əslində rolun vasitəsi kimi anlaşılıb, bütün yaşamım boyu. Bəlkə də bu düşüncələr Vətəndaş olmaqdan çox, Vətənbaş olmağı hədəfləməyimdən qaynaqlanmış və hər zaman Başı Daşdan qorumağın önəmini anlamışam. Milyonlarla Daşı bir neçə işıqlı Başa atanın Vətən, Dövlət, Xalq, Millət üzvü və ya ayrıca əziz bir insan, yaxud düşmən bir məxluq olmasının da fəqrinə varmamışam. Əmin olduğum bir gerçək olub: Başı Daşdan qorumaq insanlığı cəhalətdən, nadanlıqdan qorumaq deməkdir. Bir yapon, bir yəhudi, bir ingilis, bir çinli başına dəyən bir Milli Daş belə, dünyada Daşın Başdan ağır gəlməsini təmin edəcəkdir və bu, bizim məmləkətin taleyi üçün də arzuolunmaz bir sonluq deməkdir.

Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Əhməd Bəyin, Əli bəy Hüseynzadənin, Cavid Əfəndinin, Məhəmməd Əmin bəyin və onlarla bu sıralamada yer alan şəxsiyyətlərin başına atılan cəhalət dolu Vətən Daşları XXI yüzildə yolumuzun üstündə qalaqlanıb hərəkətimizi əngəlləyir. Bu Daş formasında simvollaşdırdığımız məfhumları siz güllə, yumruq, söz kimi də anlaya bilərsiniz. Ağır yaralandığım andan həyatım üçün narahatlıq keçirən, xəstəxana qarşısında həyəcanla gözləyən, evdə müalicə olunduğum zaman dəyərli vaxtını ayırıb ziyarətə gələn, uzaqdan olsa belə duaları ilə bizi xatırlayan hər bir insanımıza, xüsusilə də “Fazil Mustafaya qarşı törədilən bu terror aktı həm də Azərbaycan dövlətinə qarşı törədilmişdir” deyən dövlət rəsmilərinə, ilk gündən mənəvi dəstəyini hiss etdiyim ölkə Prezidentinə sonsuz minnətdarlıq borcum var. Vəfa borcum isə yuxarıda adlarını sadaladığım millət adına aydınlığımızın, dövlət adına müstəqilliyimizin təməlinə Daş qoymuş dəyərli böyüklərimizədir.

Sui-qəsd baş verəndən sonra kimsənin ağlına belə gəlmədi məndən şəxsi düşmənimin olub-olmaması barədə sual sorsun. Təcili yardım maşınında məni müşayiət edənlərə qətiyyətlə söylədiyim bu ifadəni dəqiq xatırlayıram: “Mənim şəxsi düşmənim yoxdur, güllə atanlar da ancaq fikir düşməni, düşüncə qatili müsəlman terrorçuları ola bilər”. Məntiq sadədir: İllərdir dini cəhalətə, xurafata, ərəb, fars, türk məzhəbçiliyinə, təriqətçiliyinə qarşı aydın mövqe sərgiləyirəm, yaşadığımız İslamın öz peyğəmbəri Məhəmmədin dünyagörüşü ilə əlaqəsi olmadığını, əsasən vəhşi, qatil və nadan yetişdirən bir mexanizm olduğunu yazıram, söyləyirəm. Təbii ki, bunlarla yanaşı gerçək İslamı anlayan, yaşayan, dini ideologiya kimi canına hopdurmamış, ölkənin dünyəvi Anayasasına sayğılı xeyli sayda tanıdığım müsəlmanların da inanc və hərəkətlərini təqdir edərək, illərdir özüm də namaz, oruc, Həcc ziyarətindən tutmuş bu dinin bütün rituallarına əməl etməyə çalışıram. Deyə bilərsiniz ki, konkret terror əməlini törətmiş bu qrupun əsas simaları Qumda yetişdirilmiş və ya burada parnikdə genetik modifikasiyası dəyişdirilmiş zombiləşmiş azərbaycanlılardır, sabah ağalarından əmr gəlsə, öz atalarını, analarını, qardaşlarını da rahatca güllələyərlər. Neçə ki, həbs olunan bəzi şəxslərin telefonlarından İran kəşfiyyatına ötürmək üçün Azərbaycanın strateji obyektlərinin foto və videolarının çıxması da buna dəlalət edir. Bu, dolayı yolla həm də İran vasitəsi ilə Ermənistana ötürüləcək məxfi məlumatlardır. Fəqət iş burasındadır ki, başqa məkanlarda yetişən və yalnız ibadət formasına görə fərqlənən müsəlmanların da bir çoxunun dünyagörüşü aşağı-yuxarı bunlarınkına çox bənzərdir.

Dostlarla şəhərdə Ramazan ayının orucunu açıram, evə dönürəm və məlum olur ki, aylardır məni izləyən terrorçu İran xüsusi xidmət orqanından göndərilən maddi vəsait və təlimat əsasında evimin qarşısında qurulmuş pusqudan gecənin qaranlığında birbaşa maşınıma yaxın məsafədən atəş açır. Səkkiz avtomat gülləsindən ikisi vücudumu dəlib keçir. Maraqlıdır ki, bu əmri verən və icra edən adamlar da oruc tutur, namaz qılır və həm də rahatlıqla oruc tutan, namaz qılan başqa bir müsəlmanı öldürmək istəyir. Həm də evinin önündə, ailəsinin gözü qarşısında. Arqument də birdir: “Fikirləri, çıxışları bizi narahat edir”.

Əlbəttə, mən bu Vətənə düşmən olan, onun dünyəvi dövlət quruluşunu təhdid edən, məzhəbi, dini maska kimi istifadə edərək başqa dövlətin maraqlarına xidmət edən hər bir satqını, xaini, cahili narahat edən bir azərbaycanlıyam. Həm də narahat olduqları fikirlərin müəllifi yalnız mən deyiləm, bu milləti aydınlığa qovuşdurmaq istəyən bütün dünyasını dəyişmiş milli şəxsiyyətlərimizdir, biz onların yüz il öncəki fikirlərinin sadəcə tərcümanıyıq.

Azərbaycanda və çevrəmizdə baş verən bu kimi hadisələrdən çıxan ibrətamiz nəticə: artıq bizləri bir müsəlmanın adil insan kimi yetişməsi qatil kimi yetişməsindən daha çox təəccübləndirir. Bu qatillərin də təsnifatını doğru aparmaq lazım: İnsan qatillləri və Fikir qatilləri. Azərbaycanın spesifikası həm də budur ki, burada dinçiləri ya Sünni dininin, ya da Şiə dininin təmsilçiləri olaraq görə bilirsən. Həzrəti Məhəmmədin yaşadığı, anlatdığı İslam dininə bağlı mömin dindar tipologiyası da ölkəmizdə nadir nüsxəyə çevrilməkdədir.

Müsəlman həmrəyliyinin özü də mahiyyətcə iki cürdür: Birincisi, qatil müsəlmanların həmrəyliyi, ikincisi adil müsəlmanların həmrəyliyi. Əsrlər boyu qatil müsəlmanların həmrəyliyi adil müsəlmanların həmrəyliyindən daha aktiv fazada özünü büruzə vermişdir. Bu günümüzdə də dəyişən bir durum yox!

Nə yazıq ki, bu gün ittihadi-islam anlayışı daha çox qatil müsəlmanların üzərindən gerçəkləşməkdədir. Müstəqillik dövrümüzün ən ciddi itkilərindən birincisi də elə burada özünü göstərir. Bu cür dinçiliyin ən acınacaqlı tərəfi isə özünə psixoloji cəhətdən “dinin qoruyuculuğu” funksiyasını qəbul etdirməkdir. Sonra bu funksiya daha da xırdalanır və “İslam dövlətinin qoruyucusu”, “müsəlmanların qoruyucusu”, “məzhəbin qoruyucusu”, “təriqətin qoruyucusu”, “öldürülmüş imamın və ya şeyxin qoruyucusu”, “yaşayan imamın, şeyxin və ya digər din xadiminin qoruyucusu” kimi adlar altında fanatik bir kimliyə çevrilirlər. İslam insan şəxsiyyətini bəndəyə, dini liderə, hökmdara nökər olmaqdan Allaha qul olmağa, yəni yaşayan avtoritetə deyil, yaşadan avtoritetə doğru ucalmağa yönəltdikcə, bu insanlar vasitəçilərsiz şəxsiyyət olma kimi mənəvi həzzdən könüllü imtina edirlər.

Biz ölümdən dönüşdən danışdıq, bəs cəhalətdən, nadanlıqdan, mövhumatdan, xurafatdan, yobazlıqdan aydınlığa dönüş varmı?

Ölkəmizdə yetkinləşmiş sıraüstü az sayda Vətənbaş var, dövlət təəssübü və hüquq anlayışı olan bir miqdar sıradan Vətəndaş var, bunlarla yanaşı yeriyən, danışan, ibadət edən yüzminlərlə Daş var. Hər bir Daş ayrı-ayrılıqda həm də bu Vətənə xor baxan, ağzı dualı, oruclu məxluqlardır. Mən onları Vətənxor adlandırıram. Bu Vətənxorlar nəşəxorlardan, rüşvətxorlardan daha təhlükəli zümrədirlər.

Gerçəyi gizlətməyək, biz əsrlər boyu xəstə cəhalətsevər iranlı virusunu zehnində, ruhunda daşıyan bir soydaş kütləsi olmuşuq. 1828-ci il Rusiya işğalı hər nə qədər xalqımızın fərdlərinə qarşı faciələr bəxş etsə də, bizə siyasi müstəmləkəçilik gətirsə də, geriçi iranlı kimliyimizdən qurtuluş üçün cəmiyyətimizin bir qisminə qapı açdı. Məhz biz azərbaycanlı kimliyimizi, şəxsiyyətimizi tanımaqla XX yüzilin başlarında müstəqil dövlət qura bildik.

Acınacaqlıdır ki, XXI əsr bizim yenidən cəhalət, nadanlıq və xurafatla dolu iranlı kimliyinə qaytarmaq istəyənlərlə müstəqil dünyəvi dövlətimizi və şəxsiyyətli azərbaycanlı kimliyimizi qorumaq istəyənlərin mübarizə tarixi kimi xatırlanacaq. Ancaq bu mübarizənin önündə ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanlarını və tək-tük Vətənbaş şəxslərini görmək mümkündür. Bu sahədə səlahiyyəti olan dövlət institutları və hər ayın sonunda maaş kartına əmək haqqı yüklənən dövlət məmurları, eləcə də sağlam dindarlar və ziyalı ağırlıqlı mərkəzlər müstəqil dövlətimizin qorunması üçün fəaliyyətlərini canlandırmasa, cəmiyyətin sağlam düşüncəli insanları səfərbər olmasa bir neçə ildən sonra cəhalət sempatizanları Azərbaycanı rahatlıqla terror yuvasına çevirə bilərlər.

Öz vətəndaşımızdan Daşı qoparıb, onu Vətənə atırlar. Məni öləcəyim gün və ya an qorxutmadı, qorxutmayacaq da. Çünki Vətən, Millət, Milli Dövlət cinahı və Aydınlıq davasında ölənlərin içində ömür yolu, yazısı, kitabı ilə yaşayan nəsillərimizin xatırlaması üçün şərəfli bir ad buraxacağımdan əminəm. Ancaq hər bir Vətən övladının Vətəndən ayrılan daşları ətəyindən töküb dünyanın yeniləşən üzünə diqqətlə baxması lazım. Xırda-xırda qumcuqların artıq dünyəvi dövlətimizi, milli kimliyimizi, gələcək ideallarımızı təhdid edən qum topasına çevrilməsinə biganə qalan, müşahidəçi statusundan həzz alan vətəndaşlar, soydaşlar, dindaşlar özləri də anlamadan Ərəb ölkələrinin, İranın, Əfqanıstanın, bir sözlə müsəlman şərqinin yaşadığı fəlakətlərin eynisinin bu gözəlim məmləkətə daşınmasına yaşıl işıq yandıranlar olacaq.

Vətənə daş kimi yük olanlarla, ona aydın, işıqlı baş kimi xidmət edənlərin mübarizəsi indi daha həlledici və ciddi mərhələyə qədəm qoyur. Bu millətin dilinin qıfılını açmış Mirzə Fətəlinin, dövlətini qurmuş Məhəmməd Əmin bəyin, səsinin ahəngini düzəltmiş Üzeyir bəyin, müstəqillik davasını aparmış Elçibəyin, dövlət müstəqilliyini mətanətlə qorumuş Heydər Əliyevin və ölkəni düşmən işğalından azad edərək orqanik bütövlüyünü təmin etmiş İlham Əliyevin Cumhuriyyət modelini xilafətə, imamətə, cəhalətə qarşı qorumağa hazırıqmı? Hanı o gözəlim himnimizdə təkrar-təkrar oxuduğumuz sözlər? “Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır!” Yalnızca gənclərmi? Unutmayaq ki, milli dövləti gənc olan millətlərin yaşından asılı olmayaraq hər bir fərdi də dövləti kimi müdrik bir gənc olmağa məhkumdur. Mənim milli ideyamın biri və biricisi böyüklərimizin əmanəti olan Cumhuriyyətimizi cəhalətə, qaragüruha qurban getməkdən qorumaqdır. Yaşadıqca, mən bu ideyaya müştağam! Vücudumzu yaralayan cəhalətin qurşunları canımızdakı bu ideyanı yaşadıqca da, ölümümüzdən sonra da öldürə bilməyəcək!