Ana Səhifə Blog Səhifə 20

“Dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək” – Elman Nəsirov

“COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi əslində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin bir göstəricisidir. Çünki bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi. Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat sözlərinə belə davam edib: “Bu işə ev sahibliyi etmək üçün Azərbaycanın iqtisadi gücü var, Azərbaycanın infrastruktur potensialı və beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür. Noyabr ayında 80 mindən çox adam iki həftə ərzində Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər dövlətlərinin rəhbərləri, prezidentləri, baş nazirləri ölkəmizə təşrif buyuracaq və sözün həqiqi mənasında dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək.

Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə bağlı bir tədbir idi. Adətən ənənəvi enerji potensialına malik olan dövlətlərin belə tədbir keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycanı bu prosesdə bütün dövlətlər dəstəklədi. Bunun əsas səbəblərindən biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da belə, amma qeyri-ənənəvi enerji sahəsində də bizim çox mühüm imkanlarımız var. Azərbaycanın çox böyük külək, günəş və hidrogen potensialı mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə bu proses başlanıb. Həm də çox mühüm müqavilələr imzalanıb və bütün bunları nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə malikdir və Azərbaycan bu tədbiri keçirməklə bütün dünyaya belə bir ismarıc verir ki bəli biz iqlim dəyişiklikləri problemlərinə çox ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi vermək istəyirik. Sağlam dünya görmək istəyirik və Azərbaycan da bütün imkanlarını səfərbər edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı mühüm qərarların qəbuluna nail olmağı hədəf seçib.

Hesab edirəm ki, bu tədbir çərçivəsində bir sıra mühüm siyasi və hərbi problemlərin müzakirəsi üçün də imkanlar açıla bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox böyük ümidlər bəsləyirik və bütün bunların reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin. Yəni, zaman hər şeyi göstərəcək. Əsas odur ki, Azərbaycan bu günləri dünyanı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həlli yollarının tapıldığı bir məkana çevrilib”.

Korrupsiyanın sinonimi: Frankle Şvabe

Avropada ” Corrupte Seele” ( korrupsiyalaşmış qəlb” reputasiyalı bir psevdosiyasətçi var. Adı Frankle Şvabedir. Təpədən dırnağadək korrupsiya batağlığındael  – məskunlaşan bu adam forma baxımından Almaniya Sosial Demokratlar Partiyasının AŞPA-da nümayəndə heyyətinin başçısı olsa da, məzmunca tam ermənidir, ermənilərin əlində maşadır, alətdır və ya yumşaq desək, çoxistifadəlik əlcəkdir. Deməli, əslində o, Şvabe (alman) deyil, Şvabyandır( erməni)
Özünün “X” sosial pıatformasında başından böyük danışaraq Azərbaycan dövlətinə qarşı növbəti qarayaxma kampaniyasına start verən bu məxluqun işlətdiyi hər bir ifadə Avropanın böyük maraqlarına deyil, dar erməni və şəxsi maraqlara xidmət göstərir. Cinayət törətmiş bir şəxsin adını cızmaqarasında çəkərək “timsah göz yaşları” axıdan Şbabe 1 milyondan çox soydaşımızın hüquqları Ermənistan tərəfindən total şəkildə pozularkən, bir dəfə obyektiv mövqe ortaya qoymadı. Əslində qoya da bilməzdi, çünkü ” pulu verən musiqini də sifariş edir”.


Onu da qeyd edək ki, bu siyasi hoqqabazın yanaşmaları heç bir tənqidə dözmür, bəsitdir, tam əsassızdır. Əslində belə deputatların AŞPA-da ” meydan sulaması” bu beynəlxalq qurumun hansı aşağı statusa diyirlənib düşməsinin bir göstəricisidir. 1949-cu ildə Avropa Şurasını təsis edən nüfuzlu Avropa siyasətçiləri dirilib görsəydilər ki, həyata vəsiqə verdikləri bu böyük təşkiıata kimlər rəhbərlik edir, yəqin ki, yaşamaq istəməz və bir daha əbədi dünyalarına qayıdardılar.
Bir gün gələcək adı korrupsiyanın sinoniminə çevrilmiş Şvabe adından övladları da imtina edəcəklər. Axı kim istər ki, atası və ya babasının adı rüşvət və korrupsiya ilə eyni mahiyyət kəsb edən bir məxluğun soyadın daşısın. Tarixdə belə hallar az olmayıb. Gilotin və onun övladlarının taleyi buna bariz nümunədir. Sadəcə, Şvabe alman, Gilotin isə fransızdır.

 

Elman Nəsirov
Milli Məclisin deputatı,
Siyasi elmlər doktoru, professor

“Başkəndlə bağlı deyilənlər spekulyasiya yaradır” – Deputat

Qazaxın 4 kəndinin qaytarılmasından sonra hazırda Ermənistan tərəfdə qalan digər anklavlar məsələsi əsas müzakirə mövzusuna çevrilib. Son günlərdə Azərbaycan və Ermənistan cəmiyyəti arasında Başkəndin taleyi ilə bağlı məsələ də diqqət mərkəzindədir. Söhbət Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsindən gedir.

Azərbaycanın bu vəziyyətdə hansı addımlar atacağı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, bütün bu məsələlər dövlət başçısının siyasəti əsasında tənzimlənir:

“Qazax rayonunun anklav olmayan dörd kəndinin Azərbaycana qaytarılması dövlətimizin, onun ali siyasi rəhbərliyinin böyük diplomatik uğurudur. Bunun ardınca Qazaxın anklav vəziyyətdə olan daha üç kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi gündəmdə dayanır.

Burada kimlərsə versiyalar irəli sürə bilər, amma son həlledici sözü Azərbaycan Prezidenti İlham Əliyev deyib, qərar qəbul edir. Prezidentimiz məsələnin düzgün həlli yolunu bilir. Qarşılıqlı anklav mübadiləsi ilə bağlı səslənən fikirlər birmənalı olaraq aksioma kimi təqdim edilir. Bu yanaşma düzgün deyil. Bu informasiya həqiqəti təhrif etmək deməkdir. Hazırda danışıqlar gedir və məqsəd odur ki, Azərbaycanın bir qarış torpağı da erməni işğalında qalmasın”.

<p “=””>Elman Nəsirli vurğulayıb ki, 4 kənd Azərbaycana qaytarılmadığı təqdirdə anklav mübadiləsi kimi fikirləri səsləndirməyə əsas yoxdur. Millət vəkili bu tip düşüncələrin siyasi spekulyasiyalar yaratdığı qənaətindədir:

“Ermənistan hakimiyyətində də belə bir inam var ki, guya Azərbaycan cəmiyyəti buna hazırdır. Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan xalqı qalibdir. Şərtləri biz deyirik. Biz deyirik ki, işğal altında olan dörd kənd bizimdir və Azərbaycana qaytarılmalıdır. Hesab edirəm ki, bu kimi məsələlərin siyasi spekulyasiya elementinə çevrilməsi qəbuledilməzdir”.

Elman Nəsirov: “İstərdik ki, İsa Qəmbər dövlətçiliyin yanında yer alsın”

0

“Mayın 4-də Müsavat Partiyasının qurultayı keçiriləcək. İstisna deyil ki, İsa Qəmbər yenidən partiya rəhbərliyinə qayıtsın. O, artıq namizədliyini irəli sürüb. İndi suallar yaranır ki, İsa Qəmbərin yenidən partiya rəhbərliyinə qayıdışı Müsavatın fəaliyyətində hansı yeniliklərə gətirib çıxara bilər? Partiya müxalifət sıralarında öz mövqeyini nə dərəcədə möhkəmləndirə bilər? Müsavatın “ana müxalifət” olmaq iddiasının reallaşması mümkündürmü? Bu kimi suallar səslənməkdədir. Xüsusilə, Arif Hacılının rəhbər olduğu dövrdə Müsavat Partiyası ümummilli məsələlərdən kənarda qaldı, dövlətin, dövlətçiliyin yanında dayanmadı, Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycandakı partiyaların xarici ölkədəki partiyalara, beynəlxalq qurumlara müraciətlərində Azərbaycan dövlətinin, iqtidarının, Ordunun və milli maraqlarımızın müdafiəsi ilə bağlı müraciətlərə qatılmadı, Necə deyərlər, siyasi yalquzaqlıq nümunəsi ortaya qoydu. İsa Qəmbərmi həmin siyasəti davam etdirəcəkmi?”Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Çox istərdik ki, uzun müddət siyasətdə olan bu şəxs Arif Hacılının taktiki gedişlərini təkrarlamasın. Strateji xətt müəyyən etsin və həmin xətt ilə müxalifətçiliyini həyata keçirsin. İqtidarın siyasətində bu və ya digər məqamlarla razılaşmadığını dilə gətirsin, tənqid etsin, eyni zamanda alternativ variantlar təklif etsin. Tənqid ən asanıdır. Bəs çıxış yolunu nədə görürsən? Hansı təkliflərin, tövsiyələrin var? Çox istərdik ki, İsa Qəmbərin Müsavat rəhbərliyinə gəlişi reallaşacağı təqdirdə ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında yer alsın. Bu, çox önəmli və vacibdir. Çünki iqtidara müxalifət olmaq olar, amma dövlətə, dövlətçiliyə heç bir halda müxalifət olmaq olmaz. Bu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursdur. İsa Qəmbər partiya rəhbəri seçiləcəyi təqdirdə partiya maraqlarını həyata keçirərkən unutmasın ki, dövlət və dövlətçilik maraqları hər şeydən üstündür, hər şeyin fövqündə dayanır”, – deputat bildirib.

Адвокат Эльман Пашаев ранен в Украине

Российский адвокат азербайджанского происхождения Эльман Пашаев получил ранение, находясь в зоне боевых действий в Украине.

Как передает Aktor.Az, об этом сообщил российский журналист и общественный политический деятель Максим Шевченко в своем Telegram-канале.

По его словам, Э.Пашаев, подписавший контракт с Вооруженными силами России, серьезно ранен.

“Он прислал сообщение, в котором говорит о том, что его эвакуация в госпиталь задерживается. Он утверждает, что это делается намеренно. Огромная просьба ко всем, от кого это зависит, помочь с эвакуацией Эльмана Пашаева”, – написал М.Шевченко.

В Казахстане задержали экс-главу МВД

В Казахстане задержали бывшего министра внутренних дел Ерлана Тургумбаева.

Как передает во вторник Aktor.Az, задержание подтвердила Генпрокуратура Казахстана.

“Генеральной прокуратурой Республики Казахстан продолжается расследование уголовных дел, связанных с январскими событиями 2022 года. 29 апреля текущего года за превышения власти и должностных полномочий, повлекшие тяжкие последствия (статья 362 часть 4 УК РК) в порядке статьи 128 Уголовно-процессуального кодекса Республики Казахстан задержан экс-министр внутренних дел Тургумбаев Е.З.”, – говорится в заявлении Генпрокуратуры.

Учитывая, что в уголовном деле имеются сведения, составляющие государственные секреты, другие данные досудебного расследования не разглашаются.

Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Millət vəkilinin şərhi

Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevə son vaxtlar artan ehtiramı, hörməti xüsusilə diqqət çəkir. Prezidentlərin Moskva görüşündə bu, daha açıq göründü. Rusiya mediası Putinin Əliyevi maşına qədər yola salmasını, kortej tərpənənə kimi gözləməsini xüsusi reportaj kimi yayıb. Kreml rəhbərinin jesti Azərbaycanda da diqqət çəkib. Bu, İlham Əliyevin timsalında Rusiyanın Azərbaycana olan pozitiv münasibəti kimi dəyərləndirilir. 
Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişaf tempinə malik olması heç kimə sirr deyil.
Deputatın sözlərinə görə, qonşularla münasibətlər Azərbaycan dövləti üçün ön sırada dayanır:
“Rusiya Azərbaycanın şimal qonşusudur və bizim bu ölkə ilə çox sıx iqtisadi əməkdaşlığımız, uğurlu siyasi dialoq mühitimiz var. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son işgüzar səfəri bunu bir daha təsdiqlədi. Eyni zamanda Rusiya və Azərbaycan mətbuatı da Vladimir Putinin İlham Əliyevə xüsusi diqqətlə yanaşdığını, hörmət göstərdiyini, ehtiram bəslədiyini diqqətə çatdırıb. Fikrimcə, bu, təsadüfi deyil. Əvvəla, Azərbaycan Prezidentinə bütün dünyada çox böyük diqqət, ehtiram var. Bunun səbəbini ilk növbədə onda tapmaq lazımdır ki, XXI əsrdə işğal altında olan ərazilərini hərbi-siyasi yolla geri qaytara biləcək ikinci lider yoxdur. Yeganə lider Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Elman Nəsirov 
Deputat İlham Əliyevin tarixi şəxsiyyət olduğunu diqqətə çatdırıb:
“Cənab Prezident 30 il ərzində işğal altında qalan torpaqlarda ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib, indi də bir güllə atmadan Qazaxın 4 kəndini geri qaytarıb. Eyni zamanda Rusiya sülhməramlılarının vaxtından tez Azərbaycandan çıxarılmasını təmin edə bilib. Qeyd etdiyim hadisələrin hər biri tarixi hadisələrdir və hesab edirəm ki, bütün dünya bu prosesi diqqətlə izləyir. Onlar da Azərbaycan Prezidenti İlham Əliyevin sözün həqiqi mənasında nadir şəxsiyyətdir olduğunun fərqindədirlər. Rusiyada bu məqama xüsusi diqqət edir, həssaslıqla yanaşırlar. Putin Azərbaycan Prezidentinin mahir diplomat, dünya səviyyəli siyasətçi olduğunu yaxşı anlayır. Bugünkü dünyamızda dövlətin böyüklüyü heç də onun ərazisinin böyüklüyü və əhalisinin sayı ilə ölçülmür. Dövlətin böyüklüyü onun siyasi liderinin bacarığı, xarizması və öz dövlətinin milli maraqlarını hansı səviyyədə təmin etməsi ilə ölçülür. Bu nöqteyi-nəzərdən Vladimir Putinin İlham Əliyevə olan hörmətinin, izzətinin, ehtiramının motivlərini başa düşmək mümkündür”.
E.Nəsirov deyib ki, burada məsələ yalnız Rusiya ilə bağlı deyil:
“ABŞ-nın dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula von Der Leyen İlham Əliyevə 5 aprel Brüssel görüşü ərəfəsində zəng edir və sanki Azərbaycan Prezidentinə hesabat verirdilər. Onlar ölkə başçımızı 5 aprel görüşünün Azərbaycanın milli maraqlarına zidd olmadığına inandırmağa çalışırdılar. Bundan başqa, Blinken tez-tez Azərbaycan Prezidentinə zəng edir və ikitərəfli münasibətlər, eləcə də bir sıra məsələləri müzakirə edir, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılır. Bu gün İlham Əliyev hansı beynəlxalq formda və təbirdə iştirak edirsə, ona qalib prezident kimi yanaşırlar, müzəffər sərkərdə kimi qiymət verirlər və biz özümüz də bir Azərbaycan xalqı olaraq bununla qürur duyur, fəxr edirik. Fəxr edirik ki, bizim bu gün dünya səviyyəli bir liderimiz var, o da cənab İlham Əliyevdir”.

Пограничник подорвался на мине в Газахе

29 апреля на неочищенной от мин территории села Гушчу Айрым Газахского района, через которую ранее проходила линия соприкосновения с Арменией, взорвалась мина.

Как сообщает Aktor.Az со ссылкой на Генпрокуратуру, в результате ранение получил военнослужащий Государственной пограничной службы (ГПС) Азербайджана Исмаилов Вусал Интигам оглу.

По факту в Шамкирской военной прокуратуре проводится расследование

В Тбилиси задержан экс-госминистр

Полиция задержала бывшего госминистра Грузии по вопросам интеграции в европейские и евроатлантические структуры Алекси Петриашвили на акции протеста в Тбилиси за мелкое хулиганство и неподчинение законному требованию полиции.

Как сообщает “Спутник-Грузия”, Петриашвили занимал пост госминистра 2012-2014 годы. Он стал членом правительства после того, как к власти по итогам парламентских выборов в 2012 году пришла коалиция “Грузинская мечта” во главе с миллиардером Бидзиной Иванишвили. Позже коалиция развалилась и все последующие выборы выигрывала основанная Иванишвили партия “Грузинская мечта”.

Участники акции протеста требуют не выносить спорный законопроект на рассмотрение парламента во втором чтении. В первом чтении он был принят 17 апреля.

Законопроект “О прозрачности иностранного влияния” предполагает регистрацию неправительственных организаций и СМИ, источником 20% годового дохода которых поступает из-за рубежа, и заполнение ежегодной декларации.

Власти аргументировали повторное инициирование законопроекта “О прозрачности иностранного влияния”, отозванного на фоне массовых протестов в марте 2023 года, тем, что зарубежные доноры увеличили тайное финансирование радикальных групп и партий в Грузии, несмотря на обещания о прозрачности.

Bakıda yeni park salınacaq

Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.

Bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.

Xatırladaq ki, qeyd olunan ərazi “Sevirəm” parkının yaxınlığındadır.