Ana Səhifə Blog Səhifə 19

Azərbaycan iqlim dəyişikliyi problemlərinin həllinə ciddi töhvə vermək niyyətindədir – Elman Nəsirov

Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Bu yaxınlarda tərəfdaşlarla iqlim dəyişikliyi ilə bağlı danışdığını bildirən dövlət başçısı qeyd edib ki, bu, qaçılmazdır:

“Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək”. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İlham Əliyevin 2008-ci ildə  mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürdüyü platformadır: 

“2011-ci ildə ölkəmizdə ilk dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Artıq həmin forum Azərbaycanda altıncı dəfədir baş tutur. Forum çərçivəsində Cənap Prezident İlham Əliyev çox mühim məqamlarla çıxış etdi. İlham Əliyev ilqim dəyişikliklərini müzakirə etmək üçün birlik olmağı təklif etdi. Dünyadakı ölkələr biri-birlərini ittiham edərək planetə kimin daha  çox ziyan vurduğunu və qlobal istiləşməyə görə kimin məsuliyyət daşıdığı ilə bağlı mübahisələr edirlər. Amma biz bu məsələlərə belə yanaşsaq problemi həll edə bilməyəcəyik. Həmin problemlər qlobal olduğuna görə, həllinə də qlobal yanaşmaq lazımdır. Heç kim əlahiddə şəkildə problemlərin öhdəsindən gələ bilməz. Birlik və həmrəylik olan zaman hədəflərimizə çatırıq”.

Deputat qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə ciddi töhvə vermək niyyətindədir:

“Azərbaycan bərpa olunan enerji mənbələrinin əsas ixracatçılarından birinə çevrilmək iddiasındadır. Bunun üçün bizim potensialımız mövcuddur. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edir. Azərbaycanın paytaxtı Bakıda iqlim dəyişikliklərilə bağlı mövzuların tənzimlənməsin üçün çoxsaylı təşəbbüslər olacaq. Eyni zamanda, belə bir tədbiri həyata  keçirən Azərbaycan ölkə səlahiyyətindəki digər məsələləri də gündəmə gətirməlidir. Azərbaycan sülh və təhlükəsizlik məsələlərini də müzakirə predmenti etmək niyyətindədir. COP29 tədbiri daxilində dünyanı narahat edən sülh və təhlükəsizlik məsələlərilə bağlı iştirakçı tərəflər konkret təşəbbüslərlə çıxış edə bilərlər. Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezindenti Vladimir Putin də həmin tədbirə dəvət alıb. Tədbir zamanı iki ölkə arasında həllini gözləyən problemlərin də müzakirə olunma ehtimalı var. İlham Əliyevin qeyd etdiyi kimi, COP29 tədbirinə qədər Azərbaycan-Ermənistan arasında sülhün imzalanması əsas hədəflərdən biridir. Əgər bu baş tutarsa, Ermənistan Baş naziri Nikol Paşinyanın da COP29-a qoşulması mümkündür”.

Dünyaya sülh, əmin-amanlıq mesajları – Millət vəkili yazır

Prezident İlham Əliyev 2008-ci ildə xristian və müsəlman sivilizasiyaları arasında dialoqu özündə əks etdirən “Bakı Prosesi”nin təşəbbüskarı oldu. Sözügedən proses beynəlxalq aləmdə çox ciddi rezonans doğurdu. Bu da sivilizasiyaların labüd toqquşmasından bəhs edənlər üçün unikal bir cavab idi. İki sivilizasiya arasında toqquşma deyil, kəsişmə nöqtələrini tapmaq planetimizin, bəşəriyyətin xilası yoludur. Elə bu məntiqlə də 2011-ci ildən etibarən ölkəmizdə “Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları keçirilməyə başlandı və 2019-cu ildə sayca beşinci belə bir forum keçirildi. COVID-19 pandemiyasına görə indiyə qədər bu prosesdə müəyyən bir fasilə yaranmışdı.

Azərbaycan artıq sayca altıncı dəfə belə mötəbər bir tədbirə ev sahibliyi edir və elə iştirakçıların sayı da mühüm bir göstəricidir. Dünyanın 110 ölkəsindən 700 nümayəndə iştirak edir. Tədbirə tanınmış dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, elm adamları, jurnalistlər, dini və mədəni elitanın nümayəndələri qatılıblar. Sözün həqiqi mənasında, paytaxt Bakıda sülh və qlobal təhlükəsizliyə dair dialoq adı altında möhtəşəm bir tədbir keçirilir. Bu tədbirin unikallığı ondan ibarətdir ki, forum işğaldan azad edilmiş ərazilərimizdə də davam etdirilir. Ağdamda və Şuşada da müvafiq görüşlər keçirilir, panel iclaslar baş tutur.

Forumun mövzusundan da göründüyü kimi, dünyamızda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaranıb. Dünyanın demək olar ki, əksər bölgələrində qanlı toqquşmalar baş verir. Siyasi və iqtisadi kataklizmlər yaşanır, beynəlxalq hüquq işləmir. Belə olan vəziyyətdə planetimiz üçün sabitliyin əldə edilməsi, sülhün, əmin-amanlığın və təhlükəsizlik mühitinin formalaşması hava, su kimi lazımdır. Bunun yolu isə dialoqdan keçir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Azərbaycan paytaxtı məhz həllini gözləyən qlobal beynəlxalq məsələlərin tənzimlənməsi üçün dialoq platformasını təklif edir. Bakıdan dünyaya birgəyaşayış mədəniyyəti, sülh, əmin-amanlıq mesajları göndərilir.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin proqram xarakterli çıxışı oldu və bu çıxışında dövlət başçısı bir daha ölkəmizdə regionda və dünyada baş verən proseslərin çox dərin təhlilini apardı.  Ölkə başçısı qeyd etdi ki, respublikamızda müxtəlif dinlər və mədəniyyətlər arasında ünsiyyət, dialoq bizim bir həyat normamızdır. Bu, həm ictimai sifariş, həm də bizim gələcəyimizin təminatçısıdır. Azərbaycan tarixən bu ənənələrlə yaşayıb və bu gün də ölkəmizdən dünyaya sülh çağırışları edilir. Həmçinin Prezident bu kontekstdə vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri həyata keçirib,  sülh və təhlükəsizliyin təminatına töhfələr verib və xüsusilə də Fransanın neokolonializm siyasətindən əziyyət çəkən ölkələrin yanında yer alıb. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatına daxil olan ölkələrin mütləq əksəriyyəti müstəmləkəçiliyin nə olduğunu çox gözəl bilir və öz dövlətçilik tarixində bunu yaşayıblar. Ona görə də onların bəziləri böyük dövlətlərin yeni müstəmləkəçi yanaşmasının fərqinə varırlar. Həmçinin Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi müstəmləkəçiliyin yeni forması olan neokolonializm əleyhinə siyasət həyata keçirir və xüsusilə, Yeni Kaledoniada baş verən proseslər fonunda Azərbaycan dövlətinin  bu qorxulu tendensiyalara qarşı necə mübarizə apardığı hər kəsə bəllidir.

Eyni zamanda Prezident nitqində regional təhlükəsizlik məsələlərindən də danışdı  və qeyd etdi ki, biz Ermənistanla postmüharibə dövrünün həllini gözləyən məsələlərini tənzimləmək istəyirik. Bu reallıqda bizim sülh müqaviləsi imzalamaq üçün beş baza prinsipi irəli sürdüyümüzü, həmçinin sülh müqaviləsinin layihəsinin  Azərbaycan tərəfindən hazırlandığını, təkliflər mübadiləsinin həyata keçirildiyini və heç zaman olmadığı qədər iki ölkənin sülhə yaxınlaşdığını, həm də ikitərəfli format çərçivəsində daha ciddi nailiyyətlərə imza atıldığını bildirdi. Dövlət başçısı onu da vurğuladı ki,  artıq iki dövlətin sərhədlərinin delimitasiyası və demarkasiyası prosesi gedir və bu proses də məhz ikitərəfli formatda reallaşdırılır və heç bir vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər bir çox hallarda öz geostrateji maraqlarını ön plana çəkir, bu isə regionda maraqların kəsişməsi yox,  toqquşması ilə müşayiət olunub və buna görə də Azərbaycan tərəfi belə formatlardan imtina edib. Ancaq üçüncü tərəf təşkilatçı kimi iştirak edə bilər. Necə ki, Almaniya təşkilatçı olaraq Azərbaycan və Ermənistanın siyasi liderlərinin, eləcə də xarici işlər nazirlərinin görüşünü keçirdi. İndi də Qazaxıstandan analoji təklif gəlib və iki dövlətin xarici işlər nazirlərinin görüşünü keçirmək istəyir. Azərbaycanın da niyyəti odur ki, COP29 tədbirinə qədər, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansın və belə olan vəziyyətdə regionda yeni səhifə açılacaq. Bu, artıq əməkdaşlıq səhifəsidir və baş verəcəyi təqdirdə, eyni zamanda Ermənistanın baş nazirinin də yəqin ki, artıq sülh müqaviləsi imzalamış tərəf kimi COP29 tədbirinə qatılması mümkün ola bilər. Sözün həqiqi mənasında, bu tədbir Azərbaycanın bir daha beynəlxalq sülh və təhlükəsizliyə çox ciddi töhfələr vermək niyyətini ortaya qoydu və Azərbaycanın bütün dünyada mövqeyini daha da möhkəmləndirdi.

Elman NƏSİROV,

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, professor

Путин наградил Ислама Халилова – ФОТО

Президент России Владимир Путин наградил медалью “За спасение погибавших” троих подростков, помогавших людям во время теракта в подмосковном “Крокус сити холле”.

Как передает Aktor.Az, соответствующий указ опубликован на портале правовой информации.

Награду “за смелые и решительные действия при спасении людей в экстремальных условиях” получат школьники из Красногорска Артем Донсков и Ислам Халилов, а также студент колледжа при РАНХиГС Никита Иванов.

Напомним, что теракт в “Крокус Сити Холле” был совершен 22 марта. В здание ворвались террористы в камуфляже, они устроили стрельбу и подожгли концертный зал. ГУ МЧС России по Московской области 30 марта сообщило, что в результате атаки погибли 144 человека. По словам уполномоченный по правам ребенка при президенте РФ Марии Львовой-Беловой, погибли шестеро детей. Число пострадавших достигло 551.

Elman Nəsirov Macarıstanın Aİ-nin Ermənistanı silahlandırmasına imkan verməməsindən danışıb

5 apreldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan danışıqlarının nəticəsi olaraq əldə edilən gizli razılaşmalardan biri də İrəvanın silahlandırılmasına maliyyə yardmı etmək ilə bağlı idi. Faktiki olaraq Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində pul ayrılması barədə qərar qətiyyən sülhə hesablanmamışdı, əksinə, bu, Ermənistanı silahlandırma məqsədi güdürdü. 

Bu, deşifrə edilmişdi və hazırda görünən budur ki, Avropa İttifaqı üzvü olan ədalətli ölkələr də Cənubi Qafqazda sabitliyi pozmağa yönəlik layihənin yaradacağı təhükənin fərqindədirlər. Belə ki, Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayır.

Bu barədə “AzadlıqRadiosu”nun Ermənistan bürosu diplomatik mənbələrə istinadən yazıb.

Diplomatik mənbələr bildirib ki, Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edir.

“AzadlıqRadiosu” qeyd edir ki, Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

“Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir”, – sənəddə deyilir.

Avropa İttifaqı Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilən bir fonddur. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilə qədər fəaliyyətinin uzadılması planlaşdırılır. Fondun hazırkı büdcəsi 17 milyard avrodur. Sonuncu dəfə fondun 15 milyon avro məbləğində pulu Qərbi Afrikadakı Kot-d’İvuar hərbçilərinə ayrılıb. Kot-d’İvuar qeyri-qanuni silahlı qruplarla mübarizə aparır. Ermənistan isə hansısa qeyri-qanuni silahlı qruplarla mübarizə aparmır. Əksinə, Ermənistan uzun illərdir qonşusuna qarşı işğalçılıq və terror siyasəti aparır.

Macarıstanın mövqeyi isə kifayət qədər ədalətlidir, doğrudur. Bu prinsipiallığa görə Avropa İttifaqı növbəti mərhələdə dolandırıcı qərarlarla həmin pulu Ermənistana ötürmək imkanına malikdirmi? Yoxsa Macarıstanın razılığı olmasa heç bir vəsaiti İrəvana ötürmək mümkün olmayacaq? 

Elman Nəsirov: “Üçtərəfli görüş regiondakı proseslərə...”

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Macarıstanın bu addımı Avropa İttifaqında ermənipərəst dairələrin xoşuna gəlməyib. Ona görə də Macarıstana təzyiq göstərirlər. Çalışırlar ki, digər yollarla bu prosesdə müəyyən bir boşluqlar tapsınlar və hər hansı yolla həmin vəsaiti Ermənistana çatdırsınlar: “Əvvəla, Macarıstanın mövqeyi ədalətlidir. Əslində əgər Ermənistana 10 milyon vəsait ayrılırsa, Azərbaycana bundan dəfələrlə çox vəsait ayırmaq lazımdır. Çünki ərazisi işğal altında olan, rayonları, kəndləri, əhalisi terrora, etnik təmizləməyə məruz qalan Azərbaycan olub. Ermənistan silahlı birləşmələri və terrorçu erməni silahlıları Azərbaycana qarşı uzun illər terror aktları həyata keçiriblər. Qanunsuz silahlı birləşmələrin hücumlarından məhz Azərbaycan məhrumiyyətlər yaşayıb. Belə olan vəziyyətdə Ermənistana məlum vəsaitin ayrılması təəccüb və təəssüf doğurur. Həm də bu birbaşa Avropa İttifaqının nə dərəcədə “ədalətli, obyektiv” olduğunun göstəricisidir. Azərbaycan dövləti güclü dövlətdir və 10 milyon avronu Azərbaycana verməməklə, həmin vəsaiti Ermənistana ayırmaqla Azərbaycana qarşı olan pis niyyətlərini reallaşdıra bilməzlər. Biz 2021-ci ildən bəri təkcə işğaldan azad edilmiş Qarabağın bərpası, yenidən qurulması prosesinə 14 milyard manat, yəni təxminən 8 milyard dollar vəsait ayırmışıq. Ona görə də burada əsas məsələ, söhbət prinsiplərdən, ədalətdən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətdən gedir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün Avropa İttifaqının Sülh Fondu bu cür davranışları ilə adındakı sülh sözünə uyğun olmayan bir davranış ortaya qoyur. Onlar bilməlidirlər və əslində bilirlər ki, Ermənistan hətta başqa təyinat üçün aldıqları vəsaiti də millitarist niyyətlər üçün sülhə qarşı xərcləyir. Belə olan vəziyyətdə Sülh Fondunun Ermənistan ordusu üçün vəsait ayrılması onun əslində Müharibə fondu kimi çıxış etməsidir. Onlar, hər halda, vəsaiti başqa yollarla Ermənistana ötürməyə çalışacaqlar”.   

Учения танковых подразделений ВС Азербайджана – ВИДЕО

Согласно плану подготовки на 2024 год, с танковыми подразделениями Азербайджанской Армии проводятся интенсивные занятия по боевой подготовке. Как сообщает Aktor.Az cо ссылкой на Минобороны, в ходе занятий, проходящих на общевойсковом учебном полигоне, были выполнены задачи по преодолению естественных и искусственных препятствий на местности, управлению боевыми машинами, наступлению на условного противника с глубины. Также были выполнены поставленные задачи по уничтожению с места и в движении обнаруженных целей из установленного на бронетехнике вооружения. В ходе занятий, проводимых в целях совершенствования боевых навыков военнослужащих, танкисты демонстрируют высокий профессионализм.

Ульвия Зульфугар назначена руководителем Телеканала Западного Азербайджана

Состоялось открытие здания Телевидения Западного Азербайджана при Общине Западного Азербайджана.Как сообщает Aktor.Az, руководителем телеканала назначена заведующая отделом по связям с общественностью Общины Ульвия Зульфугар.

По ее словам, телеканал будет выходить в эфир шесть раз в неделю по два часа – три раза на азербайджанском и три раза на русском языках. Помимо этого, в течение недели в эфир будет выходить получасовой обзор на английском языке.

“Güman ki, İsa Qəmbər seçiləcəyi təqdirdə həmin səhvləri təkrarlamayacaq” – YAP-dan REAKSİYA

Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər 2014-cü ilə qədər 22 il partiyaya sədrlik edib. Onun 10 illik fasilədən sonra yenidən partiyaya rəhbərlik edəcəyi gözlənilir.

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən Elman Nəsirov Modern.az-a açıqlamasında bildirib ki, İsa Qəmbərin yenidən Müsavat Partiyasına başqan seçiləcəyi qənaətinə gəlmək mümkündür.

O, İsa Qəmbərin əvvəlki rəhbərliyin “səhvlərindən” nəticə çıxaracağını güman etdiyini bildirib:

“İsa Qəmbərin gəlişi müxalifət partiyası Müsavat Partiyasında hansı dəyişikliklərə gətirib çıxara bilər?”, “Bu dəyişikliklər nə dərəcədə müsbət ola bilər?”  kimi suallar bu gün aktualdır. Əvvəla onu qeyd edim ki, Arif Hacılının başqan olduğu dövrdə Müsavat Partiyası konstruktiv müxalifət ola bilmədi. Radikal mövqe ortaya qoydu, ümummilli məsələlərdə Azərbaycanın mənafeyini müdafiə etmədi. İkinci Qarabağ müharibəsi, ondan sonrakı dövrlərdə ölkədəki, demək olar ki, bütün siyasi partiyalar vahid mövqedən çıxış edərək, Azərbaycan dövlətini, dövlətçiliyini, haqq işimizi dəstəklədiklərini beynəlxalq aləmdə birgə müraciətləri ilə təsdiqlədilər. Təəssüf ki, Müsavat Partiyası bu məsələlərdə iştirak etmədi. Əslində Müsavat Partiyası iqtidara yox, dövlətə və dövlətçiliyə qarşı müxalifətdə dayandı. Halbuki müxalifətçilik dövlət və dövlətçiliyə müxaliflik demək deyil. O, iqtidara müxalif olmalıdır. Ancaq Arif Hacılının Müsavat Partiyası ilk növbədə dövlətçiliyə qarşı müxalifətdə oldu. İqtidara qarşı yanaşmalarında, çıxışlarında qeyri-obyektiv oldular. Hesab edirəm ki, bütün reallıqların hamısını kifayət qədər təcrübəli siyasətçi olan İsa Qəmbər özü üçün təhlil edə bilər”.

YAP-çı deputat qeyd edib ki, İsa Qəmbər Azərbaycanın bu gün tarixinin çox möhtəşəm, şərəfli mərhələsində olduğunun fərqində olmalıdır.

“Bu mərhələdə iqtidara müxalifətdə olub, onun verdiyi qərarları, atdığı addımları tənqid etmək olar. Onunla razılaşmamaq da mümkündür. Lakin bunun qarşılığında konstruktiv təkliflər, tövsiyələr, proqramlar, alternativ variantlar irəli sürməlisən. Ən asan iş tənqid etməkdir. Yəni bununla kifaytələnmək olmaz. Güman edirik ki, İsa Qəmbər seçiləcəyi təqdirdə əvvəlki partiya rəhbərliyinin səhvlərini təkrarlamayacaq və topladığı təcrübə ona imkan verəcək ki, ümummilli məsələlərdə dövlətin, dövlətçiliyin yanında olsun. Onun təcrübəsi həm də ona imkan verəcək ki, o radikal yox, mahiyyəti etibarilə konstruktiv, Azərbaycanın dövlət maraqlarına sadiqliyi ilə seçilən müxalifət kimi formalaşaraq siyasi fəaliyyət göstərsin. Biz bunu arzulayır və güman edirik. Əks halda öz əvvəlki tərəfli mövqeyində gedərsə, təəssüflə qeyd edirəm ki, Müsavat Partiyası Azərbaycanda seçilməyəcək. Böyük tarixi keçmişi olan Müsavat Partiyası öz tarixi adına layiq yer tutmayacaq”.

В Кяльбаджаре перевернулся грузовик, водитель погиб

В Кяльбаджаре перевернулся грузовик.Как сообщаетTrend, инцидент произошел в селе Яншаг Кяльбаджарского района.

Грузовой автомобиль марки Howa, за рулем которого находился Эмрах Уйсал, потерял управление, в результате чего грузовик съехал с дороги и упал в ущелье. Водитель погиб.

К месту происшествия были немедленно привлечены сотрудники Государственной противопожарной службы Кяльбаджарского района.

Тело погибшего водителя было извлечено из автомобиля и передано по назначению.

По данному факту проводится расследование.

Фонд Магомаева собрал деньги пострадавшим в “Крокусе”

Фонд Муслима Магомаева собрал для пострадавших в результате теракта в “Крокус сити холле” около 140 млн рублей.Как сообщает “НФ” со ссылкой на Teлеграм-канал Crocus Group, за помощью в фонд уже обратились 80 семей погибших и пострадавших.

“Все эти дни Фонд Муслима Магомаева проводил благотворительный сбор средств для оказания помощи пострадавшим. Вскоре фонд приступит к обработке заявок – за это время за помощью обратились более 80 семей и родственников погибших и пострадавших. Благодаря неравнодушным людям Фонду Муслима Магомаева удалось собрать около 140 млн рублей”, – говорится в сообщении.

Отмечается, что первые пожертвования на общую сумму 100 млн рублей внесли владелец компании Сrocus Group Араз Агаларов и его сын, бизнесмен и музыкант Эмин. Кроме того, поддержку оказали партнеры компании – одной из таких инициатив стал благотворительный концерт Юрия Куклачева, который прошел в апреле в Vegas City Hall.

В Тбилиси избили лидера партии

Председатель грузинской оппозиционной партии “Единое национальное движение” Леван Хабеишвили пострадал во время митинга в Тбилиси.

Как передает “Мтавари Архи”, телекомпания показала фотографию, на которой видно, что у Хабеишвили сильно подбит глаз.

“У меня ничего не болит, глаз пройдет, тело пройдет и все пройдет”, — заявил лидер «Единого национального движения».

Члены партии рассказали, что Хабеишвили доставили в больницу.

В Грузии уже несколько недель проходят протесты против “закона об иноагентах”. В апреле грузинский парламент принял законопроект “О прозрачности иностранного влияния” в первом чтении. Президент Грузии Саломе Зурабишвили пообещала наложить вето на него.

Во время митинга, начавшегося 30 апреля, грузинский спецназ применил против протестующих резиновые пули и слезоточивый газ. Некоторых участников протеста арестовали.