Ana Səhifə Blog Səhifə 18

Тахир Будагов о дате проведения парламентских выборов

 Окончательного решения о дате проведения парламентских выборов в Азербайджане нет.Как сообщает в пятницу Trend, об этом заявил журналистам заместитель председателя – руководитель центрального аппарата партии “Ени Азербайджан” Тахир Будагов.

“Партия “Ени Азербайджан” на всех выборах ведет подготовку к процессу не только в преддверии выборов, но и в период между выборами. В настоящее время мы осуществляем все необходимые мероприятия, связанные с подготовкой к парламентским выборам”, – добавил он.

Отметим, что парламентские выборы в Азербайджане проводятся каждые 5 лет, в первое воскресенье ноября. В соответствии с этой последовательностью выборы в Милли Меджлис (парламент) шестого созыва должны были состояться 1 ноября 2020 года. Однако, учитывая современные вызовы, Милли Меджлис был распущен 5 декабря 2019 года, а внеочередные парламентские выборы были назначены на 9 февраля 2020 года.

Очередные парламентские выборы намечены на ноябрь 2024 года.

Füzulidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

Füzuli rayonu 50 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Xalqın əbədi yaşar dastanı” adlı tədbir keçirilib. Tədbirdə həmkarım Elman Nəsirov, politoloq Anar Əliyev, Qarabağ regional təhsin idarəsinin Füzuli rayon sektorunun müdiri Ramella Məmmədova, Vətən müharibəsi qazisi Şiraz Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aktor.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. O, qeyd edib ki, çıxış edənlər bildiriblər ki, Milli Liderin yenidən hakimiyyətə qayıtması iqtisadiyyatın bərpasına gətirib çıxarıb: “Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi idi. Bu gün əldə etdiyimiz ərazi bütövlüyü və suverenliyimiz onun əsasını qoyduğu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, sonra tədbir bədii hissə ilə davam edib. 

Gürcüstanda gərginlik və ABŞ səfirinin Şuşa səfərinin müzakirəsi – VİDEO

AXC TV-nin “Azad meydan” verilişində qonşu Gürcüstanda günlərdi davam edən gərginlik, ABŞ səfiri Mark Libbinin Şuşa və Füzuliyə səfəri müzakirə olunub.Bu istiqamətdə sualları siyasi şərhçilər Elməddin Behbub və Turab Rzayev cavablandırıb.

Ətraflı videoda:

“COP29-a ev sahibliyi etməsi Azərbaycanın nüfuzu və xüsusi çəkisinin göstəricisidir” – Elman Nəsirov

0

Qlobal iqlim dəyişikliyinə və sülhə töhfə – COP29 Bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə bağlı ölkəmizdə müvafiq hazırlıq işləri görülür. Bu, öz əhəmiyyətinə və miqyasına görə dünyada ən mötəbər və böyük tədbirlərdən biridir. COP iştirakçılarının sayı 100 minə yaxın olur. Bu platforma çərçivəsində qlobal önəm daşıyan məsələlər, eyni zamanda müasir çağırışlar geniş müzakirə olunur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

COP qlobal istiləşməni mümkün qədər 1,5°C-yə yaxın səviyyədə saxlamaqla bağlı Paris Sazişindən irəli gələn əsas məqsədə nail olmaq üçün hökumətlərin beynəlxalq səyləri qiymətləndirdiyi Tərəflər Konfransının rəsmi tədbirləridir.

COP tədbirləri zamanı dünya liderləri irəliləyişləri qiymətləndirmək və iqlim dəyişmələri ilə mübarizədə ən yaxşı həll yolları barədə müzakirələr aparmaq məqsədilə bir araya gəlirlər. Hazırda Konvensiya 198 Tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəsi nəzərə alınarsa, əminliklə demək olar ki, bu tədbir də yüksək səviyyədə təşkil olunacaq, ən əsası isə nəticələri olacaq.

Azərbaycan son illər iqlim dəyişiklikləri ilə bağlı mühüm işlər görür və “yaşıl keçid”lə bağlı gündəliyini inkişaf etdirir. Belə ki, 2027-ci ilin sonuna qədər ölkəmizdə 9 günəş və külək elektrik stansiyası istismara veriləcək, onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Hazırda Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal iş aparır. Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaqdır.

Prezident İlham Əliyevin ötən ay Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı dediyi kimi, Azərbaycanın yaşıl gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb: “Biz xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələrə başlamışıq. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Bir sözlə, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Biz olduqca münbit sərmayə mühitini yaratmışıq. Qeyd etdiyim bütün həmin yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir”.

Təbii ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Bütün bu məqamlar nəzərə alınaraq, Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirildi. Azərbaycan müsbət nəticələrə nail olmaq üçün bütün imkanlarını səfərbər edib.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən, yaxşı nəticələrə nail olmalıyıq.

COP29-un əsas mövzusu maliyyə məsələsi olacaq. Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nitqi zamanı çox haqlı olaraq bildirdi ki, iqlim dəyişmələri ilə bağlı məsələdə bizə maliyyə vəsaiti lazımdır, lakin bizə eyni zamanda həmrəylik və qarşılıqlı etimad lazımdır: “Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı səkkiz ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək”.

Burada diqqət eyni zamanda Azərbaycanın COP29-da sədrliyinin sülh prosesindən qaynaqlanmasına yönəlir. Dövlət başçısı ADA Universitetində keçirilən beynəlxalq forumda bəyan etdiyi kimi, COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaq.

Bir neçə gün əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında qeyd edilib ki, COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir.

Milli Məclisin deputatı Elman Nəsirov mövzu ilə bağlı “525-ci qəzet”ə bildirib ki, COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi əslində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin bir göstəricisidir: “Çünki bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi. Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək”.

Deputat əlavə edib ki, bu işə ev sahibliyi etmək üçün Azərbaycanın iqtisadi gücü var, Azərbaycanın infrastruktur potensialı və beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür: “Noyabr ayında 80 mindən çox adam iki həftə ərzində Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər dövlətlərinin rəhbərləri, prezidentləri, baş nazirləri ölkəmizə təşrif buyuracaq və sözün həqiqi mənasında dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək.

Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə bağlı bir tədbir idi. Adətən ənənəvi enerji potensialına malik olan dövlətlərin belə tədbir keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycanı bu prosesdə bütün dövlətlər dəstəklədi. Bunun əsas səbəblərindən biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da belə, qeyri-ənənəvi enerji sahəsində də bizim çox mühüm imkanlarımız var. Azərbaycanın çox böyük külək, günəş və hidrogen potensialı mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə bu proses başlanıb. Həm də çox mühüm müqavilələr imzalanıb və bütün bunları nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə malikdir və ölkəmiz bu tədbiri keçirməklə bütün dünyaya belə bir ismarıc verir ki, bəli, biz iqlim dəyişiklikləri problemlərinə çox ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi vermək istəyirik. Sağlam dünya görmək istəyirik və Azərbaycan da bütün imkanlarını səfərbər edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı mühüm qərarların qəbuluna nail olmağı hədəf seçib.

Hesab edirəm ki, bu tədbir çərçivəsində bir sıra mühüm siyasi və hərbi problemlərin müzakirəsi üçün də imkanlar açıla bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox böyük ümidlər bəsləyirik və bütün bunların reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin. Yəni zaman hər şeyi göstərəcək. Əsas odur ki, Azərbaycan bu günləri dünyanı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həlli yollarının tapıldığı bir məkana çevrilib”.

Şəhidin yeganə qardaşı vəfat etdi – FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib.Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub.

Названа дата встреча министров в Алматы – ФОТО

Названа дата встреча министров иностранных дел Азербайджана и Армении в Алматы

Глава МИД Азербайджана Джейхун Байрамов и министр иностранных дел Армении Арарат Мирзоян 10 мая встретятся в Алматы.

Об этом пресс-секретарь министерства иностранных дел Азербайджана Айхан Гаджизаде написал на своей странице в соцсети Х.

«В соответствии с ранее достигнутыми договоренностями 10 мая 2024 года в Алматы состоятся переговоры между министром иностранных дел Азербайджана Джейхуном Байрамовым и министром иностранных дел Армении Араратом Мирзояном»,- говорится в публикации.

Армянский сапер подорвался на мине

Армянский сапер подорвался на мине в ходе работ по разминированию

Армянский сапер подорвался на мине в cеле Киранц (Хейримлы) в ходе работ по разминированию.Об этом сообщает Sputnik-Армения.

Отметим, что работы по разминированию проводятся в рамках процесса делимитации границы между Азербайджаном и Арменией в соответствии с договоренностями, которые были достигнуты по итогам 8-й встречи Государственной комиссии Азербайджанской Республики по делимитации государственной границы между Азербайджанской Республикой и Республикой Армения и Комиссии Республики Армения по вопросам делимитации государственной границы и пограничной безопасности между Республикой Армения и Азербайджанской Республикой.

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:

– Qüdrət bəy, ABŞ səfirinin müsahibəsi ilə tanış ola bilmisinizmi? Tanış olmusunuzsa fikirlərinizi bilmək maraqlı olardı.

– Tanışam. Səfirlərin akkreditasiya olunduqları ölkələrin mətbuatına açıqlama verməsi müsbət haldır. Amma səfirin müsahibə zamanı ağır ifadələr işlətməsi diplomatik etikaya sığmır. Məsələn, deyir ki, “pulları hökumətinizin boğazına zorla itələmək fikrində deyilik”. İnsan haqları heç bir ölkənin daxili işi olmadığından səfirin bu mövzuda danışması normaldır.Ancaq səfir bilməmiş deyil ki, ABŞ bu mövzuya Azərbaycana təzyiq etmək lazım gələndə müraciət edir, xüsusi diqqət göstərir. ABŞ-ın sanksiya tətbiq etmək istədiyi şəxslərin siyahısına baxın: DTX sədri, müdafiə nazirinin müavini və s., Bu şəxslərin əksəriyyəti erməni işğalına və terroruna qarşı mübarizədə fərqlənmiş insanlardı. Səfir deyir ki, Azərbaycan xalqı 20 Yanvarı yaddan çıxarmamalı və Rusiyaya güvənməməliyik. Soruşmaq lazımdır ki, sizə güvənmək olar? 20 Yanvardan sonra Qarbaçovun islam ekstremizminə qarşı mübarizə apardığı deyilmədimi? Ona Nobel Sülh Mükafatı verilmədimi? İşğala məruz qalan Azərbaycana sanksiyanı ABŞ tətbiq etmədimi? Birləşmiş Ştatlar Qarabağdakı qanlı seperatçılara humanitar yardım adı altında kömək etmədimi? Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bəyan etdimi? Yox!

ABŞ Azərbaycana müəyyən məsələlərdə dəstək olub. Biz də ABŞ-ın maraqlarına cavab verən çoxsaylı qərarlar qəbul etmişik. Biz ABŞ-la münasibətlərə həmişə önəm vermişik, bunun əksi yanlışlıq olardı. Amma ən mühüm problemimizlə bağlı ABŞ-dan dəstək ala bilməmişik. ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub.

– Səfirin uydurma ittihamlarla insanların həbs olunması barədə dediklərinə münasibətiniz necədir?

– Azərbaycan hökuməti sərt qərarlarla kənar təsirlər nəticəsində ölkədə sabitliyin pozulmasına yol açacaq prosesləri önləmək istəyir. Qanunun aliliyini istəyənlər qanunlara hörmətlə yanaşmalıdırlar. Amma mən də hesab edirəm ki, jurnalist qızlar barədə həbs qətimkan tədbiri seçilməyə bilərdi. Biz şərqliyik və mentalitetimiz qərar qəbul olunarkən nəzərə alınmalıdır. Sabitliyin əsas təminatı xalqın iqtidarı dəstəkləməsidir, bunun üçün qeyri-populyar qərarlar qəbul olunmamalıdır. Mən hökuməti əfvlə yanaşı 28 Maya qədər ölkədə amnistiya aktı qəbul etməyə çağırıram.

Deputat ABŞ Konqresinin ən peşəkar və vətənpərvər generallarımızı sanksiyalarla hədələməsindən danışıb – VİDEO

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, professor Elman Nəsirov AXC TV-yə müsahibəsində ABŞ Konqresinin Azərbaycanın ən peşəkar və vətənpərvər generallarını sanksiyalarla hədələməsindən danışıb.

Ətraflı videoda:

Əslində, Mişelin mövqeyi avropalı deputatlara bir nümunə olmalıdır – Elman Nəsirov

0

Aİ lideri təsdiqlədi ki, Brüsseldə qərarların qəbulu zamanı ikili standartlar özünü göstərir; Azərbaycanda bunu çox yaxşı bilirlər, çünki…

“Bəzən Brüsseldə üzv dövlətlər arasında qərarların qəbulu zamanı ikili standartlar özünü göstərir”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib. 

“Mən həmişə buna görə tənqid olunmuşam, çalışmışam ki, hamı bərabər olsun. Ancaq bəzən Brüssel köpüyündə laqeydliklər və ikili standartlar özünü göstərir”, – siyasətçi qeyd edib. Mişelin fikrincə, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz, o, neytrallığa və obyektivliyə hörmət etməlidir. Şarl Mişel detallara, faktlara varmasa da, nəyə işarə vurduğu əslində sirr deyil. Avropa Birliyinin, özəlliklə Avropa Parlamentinin (AP) belə “ikili standart” siyasətini kim bilməsə də, Azərbaycanda çox yaxşı bilirlər. Söhbət ən əvvəl AP-nin son illər ölkəmizlə bağlı qəbul etdiyi olduqca qərəzli, ermənipərəst qətnamələrindən gedir. Hətta heç Ermənistan parlamenti Azərbaycana qarşı bu səviyyədə radikal, absurd sənədlər qəbul etməyib. 

Yaxud belə bir fakt ki, Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutan, ona hər cür dəstək verən, Rusiya işğalına qarşı çıxan AP Azərbaycana gələndə dərhal “valı” dəyişir və erməni separatizminin sponsoruna çevrilir. Azərbaycanın həbs etdiyi cani-separatçıları, xuntaçıları utanmazcasına “siyasi xadim” elan edir. Görəsən niyə? Bu nədir, primitiv xristian təəssübkeşliyi, yoxsa türkofobiya, islamofobiya? Bu yay Avropa Parlamentinə yeni seçkilər keçiriləcək. Bəs təzə tərkib də Azərbaycana qarşı “ikili standart” siyasətini davam etdirəcəkmi? 

Və təkcə AP deyil, AŞ PA, Fransa Senatı, ABŞ Konqresi tutuquşu kimi eyni sözləri təkrarlayırlar. Sanki bir şantaj kampaniyasıdır. İllərlə Qərbin dəyərlərinə hörmət etdiyini gözləyən Azərbaycan, şimal və cənubdan təhlükə gəldiyini, konfliktin həllində bu qüvvələrin maraqlı olmadığını zənn etdiyi halda, indi Avropa onlardan qabağa düşüb bizə ləkə yaxırlar. Guya Azərbaycan Qarabağa “hücum” edib, guya erməni əhalisi oradan qovulub, sanksiya çağırışları səslənir, başdan-ayağa böhtan dolu qətnamələr qəbul edilir. Bütün bu təşəbbüslər qələbənin həzm edilməməsidir. Görünür ki, Qərb təsisatları Qarabağda “boz zona”nın mövcudluğunda maraqlı olublar. Onlar ermənilərə status verilməsini istəyirdilər. Bu da Qarabağın yuxarı hissəsində separatçıların idarəetmə sisteminin qalmasına səbəb olacaqdı. Amma Paşinyan bu statusu müəyyən etdi, təsdiqlədi ki, Qarabağ Azərbaycandır. O zaman Avropa təşkilatlarının sancısı nədir, niyə belə dəridən-qabıqdan çıxırlar? 

Bundan əlavə, torpağı işğal edilən və ərazilərində daşı daş üstə qalmayan Azərbaycandır, amma Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarı qəbul edib. Adı Sülh Fondu olsa da, yardım silahlı qüvvələrə ayrılır. Amma Aİ bunu praktiki olaraq icra edə bilmir. Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanması əngəl yaradır. Rəsmi Budapeştin şərti var: Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin. Aprel ayında Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı qərar verib. 10 milyon avro bir batalyon üçün modul tipli düşərgənin yaradılmasına sərf olunmalıdır. Aİ Ermənistana hərbi yardım vermədiyində israr etsə də, maliyyənin məhz erməni ordusuna sərf edilməsi qərarı rəsmi Bakının narahatlığını və iradlarını haqlı çıxarır. Azərbaycan Brüssel görüşündən öncə bununla bağlı həm Aİ-yə, həm ABŞ-a narazılığını bildirsə də, Ermənistana yardım qərarı dəyişmədi. İndi Aİ bu qərarla bağlı öz daxilində müxalifətlə üzləşib. Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstan artıq bir neçə həftədir Aİ-nin Ermənistana yardım layihəsinin təsdiq edilməsinə veto qoyur. Yəni Mişelin rəhbəri olduğu qurum işğalçının ordusunu, Qarabağda barbarlıq etmiş qüvvələri dəstəkləyir.

 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, bu ilin iyununda Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, bəri başdan məlumdur ki, Mişel Avropa İttifaqında prezident olmayacaq. “Ona görə yüksək rütbəli avropalı məmurlar vəzifədən gedənə yaxın obyektiv mövqe sərgiləməyə başlayırlar. Nə qədər ki vəzifədən getmək gözləntisi yoxdur, onda subyektiv bəyanatlar səsləndirirlər. Mişel də məhz hazırkı vəzifəsindən gedişi ərəfəsində həqiqəti dilə gətirir. Amma bunun özü də faydalı və əhəmiyyətlidir”, – deyə Elman Nəsirov vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycan dəfələrlə Avropa Parlamentinin, Avropa Şurasının necə qərəzli olduğunu görüb: “Bizə yalvarıb-yaxarırlar ki, sizin enerji məhsullarınıza ehtiyacımız var, bizə kömək edin, Avropanın qaz tələbatını ödəmək lazımdır… Biz də qazın ixrac həcmini artırırıq, amma bütün bu reallıqlar bəlli olduğu halda, paralel olaraq həqiqətdən uzaq qətnamələr qəbul edirlər, cırtdan bir dövlət olan Ermənistanı belə müdafiə edirlər. Deməli, həmin avropalı deputatlar ölkələrinin milli maraqları yox, mədələrinin gözü ilə məsələlərə baxırlar”. 

Deputatın fikrincə, Mişel gedişi ərəfəsində axır ki reallığı danışmağa başlayıb: “Ümid edirəm ki, Avropa İttifaqının yeni rəhbəri bu səhvləri təkrarlamaz. Lakin seçkilərdən sonra Avropa Parlamentində Azərbaycana münasibətin sürətli dəyişəcəyini də gözləmirəm. Əslində, Mişel mövqeyi avropalı deputatlara bir nümunə olmalıdır. Onlar bilməlidirlər ki, tutduqları mövqe Avropa İttifaqının imicinə xələl gətirir. Ona görə də o qədər nikbin deyiləm ki, yeni seçilərdə möcüzə olacaq, tərkibin heç də hamısı obyektiv olacaq, yaxud erməni maraqlarını üstün tutmayacaq… Hər halda, Mişelin son bəyanatları ona işarədir ki, baxışlarımızda dəyişiklik edək. Əks halda, qurumun nüfuzu aşağı düşəcək”.