Deputat Naqif Həmzəyev təbiətin məhv edilməsi, ekoloji ziyanla bağlı Azərbaycanın müvafiq qurumlarının çox sərt tədbir gördüyünü vurğulayıb. O düşünür ki, bu kimi məsələlərdə mütləq vətəndaş mövqeyi də olmalıdır:
“Biz çalışmalıyıq ki, bu cür xoşagəlməz hadisələrin qarşısını öncədən almağa cəhd edək. Ən azından şahidi olduğumuz pozuntularla əlaqədar aidiyyəti qurumları məlumatlandıraq. Çünki ictimai qınaq olmayacağı təqdirdə məmurlar da bu cür hadisələri ört-basdır etməyə çalışacaqlar. Baxın, böyük bir ərazidəki ağaclar məhv edilib, amma bunu çox sonradan, artıq cinayət işi başladıldıqda öyrənirik. Belə mövzulara qarşı həssaslıq vacib məsələdir. Hətta bir ağacın belə formalaşması uzun illər ala bilir. Təbiətin məhv edilməsi isə “respublikanın ağ ciyərlərinin” məhvi deməkdir”.
Deputat söyləyib ki, Azərbaycan külli miqdarda vəsait xərcləyərək, hər il 100 minlərlə ağacın əkilməsini həyata keçirir:
“Bu ağacların suvarılması, böyüdülməsi üçün də bir o qədər pul xərclənir. Belə bir məqamda hansısa məmur və yaxud məmurlar meşə ərazilərini peşkəş çəkirlərsə, ağacların qırılmasına göz yumurlarsa, ciddi şəkildə cəzalandırılmalıdırlar. Bu cür qanunsuzluqlara yol verənlər dövlət qulluğundan kənarlaşdırılmalıdırlar. Çünki onlar faktiki olaraq, dövlət siyasətinə qarşı çıxıb, təbiəti məhv etməklə dövlətə və dövlətçiliyə ziyan vurublar”.
Xatırladaq ki, Baş Prokurorluqda Qusar rayonunda 22.3 ha meşə ərazisində ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb.
Военнослужащий азербайджанской армии Санан Керем оглу Гусейнов скончался от острой сердечной недостаточности, ишемической болезни сердца, инфаркта миокарда.
Как сообщает Aktor.Az со ссылкой на Минобороны, по факту инцидента, произошедшего вне службы, ведется расследование.
Руководство Минобороны выразило глубокие соболезнования семье и близким покойного военнослужащего.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk qrupunun tarixə qovuşduğu söyləyib.
Mövzuya münasibət bildirən millət vəkili Elman Nəsirov də düşünür ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişəni dondurmaqdan ibarət olsa da, onlar bunu icra edə bilmədilər. Millət vəkili Metbuat.az-a deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi:
“Bu qrupun əsas niyyəti status-kvo vəziyyətinin qoruyub saxlayaraq əbədi olaraq belə davam etməsinə çalışmaq idi. Minsk qrupu istəyirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalsın. Onlar bu prosesi pərdələmək üçün diplomatik danışıqlar formatı icad etmişdilər. Sonsuz sayda regiona səfərlər edir və bu səfərlər çərçivəsində heç bir irəliləyişə nail olmurdular. Eyni zamanda, ATƏT- in iki dəfə faktaraşdırıcı missiyası işğal altındakı ərazilərdə oldu. Torpaqlarımızın işğaldan azad olunmasından sonra gördüyümüz erməni vəhşiliklərini onlar daha erkən görmüşdülər. Bəs bu nəyi dəyişdi? Deməli, ATƏT-in Minsk qrupu əslində münaqişəni həll etmək üçün deyil, Azərbaycan torpaqlarının işğal altında qalmasını daimi və permonent etmək üçün yaradılıbmış”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam qəti və əbədi təmin edilib. Belə olan vəziyyətdə bu qrup öz-özünü buraxmalıdır:
Minsk qrupu tarixə qovuşmalıdır. Onun fəaliyyəti hüquqi baxımdan dayandırılmalıdır. Bu reallığı Azərbaycan Prezidenti açıq şəkildə ATƏT-in rəhbərliyinə söyləyib. Artıq zaman gəlib çatıb. İndi Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamağın bir addımlığındadır. Hesab edirəm ki, bu reallıqda ən düzgün addım ATƏT-in Minsk qrupunun özünü buraxmasını elan etməsi olacaq”.
2024-cü il may ayının 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.
Tədbirdə cari ilin yanvar-martayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etmişdir ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür. Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya imkanlarından istifadə edərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirmiş, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilərək, məhkəmə hökmləri əsasında məhv olunmuşdur. Eyni zamanda ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, həmçinin narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azalmasını bildirmişdir.
Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilmiş, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasınınmaarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov cari ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, “Xəzər TV MMC”nin baş direktoru Murad Dadaşov, “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilov və “Real” Təhlil İnformasiya Mərəzinin direktor müavini Mahir Məmmədov qeyd edilən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.
Cari ildə aidiyyəti dövlət qurumu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 10546 dəfə yayımlanması, media subyektlərində ekspertlərin iştirakı ilə 55 xüsusi verilişin təşkil edilməsi və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilmişdir.
Görüşün yekunu olaraq, narkomanlığa qarşı təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəriciləri əks olunan bölgələrdə jurnalist araşdırmasının aparılması,aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılmasıilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.
Düsünmək zaman istəyir… Zamansız düşündüklərimizlə yolumuzu davam etmək bizi daha da cılızlaşdırır. İmkanlar içində imkansızlıq ruhuna sığınmaq bir çoxuna görə kamil davranışdır. Hətta ağıllı görkəmi alaraq bunu tövsiyyə edənlərdə az deyil. Bu tövsiyyə cəmiyyətə qorxaqlıq toxumu səpməkdir və nəticə etibarı ilə yalnışlıqlar dünyasına “sağlam” ideologiyaların “qəhrəmanlarını” yetişdirməkdir.
Dünya mənim səsimi eşitməyə bilər. Amma iç dünyam sükutu pozaraq deyir: baş verənlərə gözumuzə görünənlər üzərindən qiymət vermək öz imkanlarının üzərindən xətt çəkməkdir. Halbuki növbəti on illiklər hətta 30 illiklər üzərindən baxdıqda daha müjdəli xəbərlərin çarçısı olmaq iddiasına var olmaq istəyirəm.
İnanın, inanın ki, bizi irəlidə daha böyük uğurlar gözləyir. İlahi cəsarətə sığınaraq elə o cəsarətlə deyirəm: Azərbaycan yeni dünya düzəninin baxış nöqtəsi olacaq! Detallara varmaq məni ötə biləcək bir yanaşma olar bilər. Amma tövsiyəm budur ki, hazır olaq, güclü Azərbaycanımıza daha da bağlanaraq onun bu şərəfli və dünyəvi missiyasında ən aktivlərdən olaq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki öz çıxışında gələcəkdə görüləcək işlərin əsas istiqamətlərini müəyyən etmişdir: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Strateji plan xarakterli bu istiqamətlər həm əməkdaş və həm də vətəndaş olaraq bizim üçün fəaliyyətimizin və yaşam fəlsəfəmizin məsuliyyətidir.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqunu qəbul edərkən Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğu fikrini bir daha ona xatırladıb. İlham Əliyev ATƏT sədri ilə əvvəlki görüşündə də Minsk Qrupunun tarixə qovuşduğu söyləmişdi. Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini bərpa edib. Ermənistan mövcud reallığı qəbul edib. Belə olan halda keçmişdə Qarabağ probleminin həlli məqsədilə yaradılan və nəticə əldə etməyən Minsk Qrupunun özünü buraxdığı barədə açıqlama niyə verilmir?
Minsk Qrupunun keçmiş həmsədri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov 24 iyun 2022-ci ildə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə “Minsk Qrupu fəaliyyətini dayandırıb” açıqlamasını vermişdi. Minsk Qrupunun digər həmsədri olan ABŞ da Minsk Qrupuna ehtiyac görmür. ABŞ dövlət katibinin Qafqaz üzrə müşaviri Filip Riker 2022-ci ilin noyabrın 17-də verdiyi açıqlamada, faktiki Lavrovun sözlərini bu şəkildə təkrarlayıb: “Minsk Qrupu mexanizmi işləmir. Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna dəstək verir”.
Beləliklə, Minsk Qrupunun 3 həmsədrindən ikisi bu təşkilatın fəaliyyətinə ehtiyac duymadığını bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan da mövcud reallıqları qəbul edərək Minsk Qrupunun adını heç yerdə çəkmir. Buna baxmayaraq, qrupun üçüncü həmsədr Fransa bu mövzuda mövqeyini bildirməyib. Bunun səbəbi də məlumdur. Paris erməni separatizminin Azərbaycan ərazisinə qayıdışının mümkün olmadığı fikrindən imtina etmək istəmir. Minsk Qrupu Fransanın Cənubi Qafqazda “varlığını” təmin edən yeganə format idi. Ona görə də bu formatdan imtina etmir. Ancaq Minsk Qrupunun fəaliyyətini davam etdirməyin məntiqi almayıb. Digər tərəfdən Ukrayna müharibəsi fonunda ABŞ və Fransanın digər həmsədr Rusiya ilə dialoqunu davam etdirməsi mümkün deyil. Minsk Qrupu məsələsində tək qalan Fransa ATƏT-ə “Minsk Qrupu qalmalıdır” siyasətini diqtə edə bilməz.
ATƏT-in hazırki sədri mövcud reallıqları qəbul edib Qrupu buraxa bilər. ATƏT sədri İrəvandakı mətbuat konfransında erməni jurnalistin “ATƏT Qarabağ məsələsini bağladı? ATƏT geri dönüşü necə təsəvvür edir?” sualına belə cavab verib: “ATƏT özünün iştirak etmədiyi prosesə daxil ola bilməz və iki ölkənin mövqeyinə hörmətlə yanaşır”. Əslində bu cavab ondan xəbər verir ki, ATƏT sədri də Minsk Qrupuna ehtiyac olmadığına işarə edib, sadəcə bunu rəsmiləşdirmək lazımdır.
Məlum olduğu kimi, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda bir sıra əlavə və dəyişikliklər edilib.
Dəyişikliklərlə bağlı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə açıqlama verib.
O bildirib ki, yeni qərara əsasən, aşağıda qeyd edilmiş daha dörd yeni sosial baxımdan həssas əhali qrupuna aid kateqoriyalardan olan tələbələr də Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial növ təhsil tələbə krediti ala biləcəklər:
– “ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;
– “bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;
– “bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr;
– Tələbənin özünün sosial statuslarına münasibətdə isə indiyədək ailə başçısını itirməyə görə əmək pensiyası alan tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də bu güzəştdən istifadə hüququ əldə edəcək.
Nazir müavini qeyd edib ki, sosial təhsil tələbə krediti ala biləcək şəxslərin əhatə dairəsinin genişləndirilməsi təhsilə əlaçatanlığı daha da artıracaq: “Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bu günədək fonda 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub. Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə, 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb”.
Təhsil tələbə kreditlərinin vətəndaşın maliyyə sabitliyi və rifahına qatdığı dəyər barədə də danışan Kənan Kərimzadə bildirib ki, təhsil tələbə kreditlərindən istifadənin bütün fərdlərə şamil olunması, heç bir limit və ya məhdudiyyətin tətbiq edilməməsi ailələrin maddi rifahına şübhəsiz ki, müsbət təsir göstərən amildir: “Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı ilkin mərhələdə vətəndaş sorğuları aparanda ən çox qərəzli mövqeni qız övladları olan valideynləri göstərmişdilər. Belə ki, onlar qız övladlarının ödənişli təhsilə qəbul olduqda, təhsil kreditləri hesabına oxumalarına mənfi rəy bildirirdilər. Lakin sevindirici haldır ki, təhsil kreditlərinin verilməyə başladığı 2021-ci ildən etibarən ondan yararlanan tələbələrin gender bölgüsündə qızların ( 59 faiz) üstünlük təşkil etdiyini görürük. Bu hal valideynlərin streotiplərinin qırıldığının və qız övladlarını ödənişli qəbul olduğu halda təhsilə yönəltmələrinin göstəricisidir”.
Qeyd edək ki, 2023-2024-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az portalı üzərindən elektron müraciət edə bilərlər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət Səmədov, Türk Aviasiya ve Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) MGP Academy başkanı Ahmet Pinarbaşı, TUSAŞ MGP Akademi müdiri Sərhat Gül, TUSAŞ MGP layihə koordinatoru Görkəm Şimsek, TUSAŞ-dan təlimçi-mühəndis Sabri Orçun, TUSAŞ PUA pilotları Okan Çindemir, Muhammed Furkan Bahat iştirak edib.
Qeyd edək ki, sözügedən PUA AzTU, TUSAŞ və MAA-nın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AzTU-Turkish Aerospace, MGP 2023.1” yüksək ixtisaslı mühəndis hazırlığı təlim proqramı nəticəsində ərsəyə gəlib.
PUA-nın koordinat məlumatları GPS sistemi vasitəsilə yer stansiyasına göndərilir. Məsələn: Düşmən və dost təyinatı məqsədilə əsgərlərin geyindiyi formalar (beretlər) rənglərə görə fərqlənməlidir. Göy rəngli beret dost ünsürünü bildirir, burada düşmən digər rəngdə geyimə görə müəyyən edilir. Missiya 50 metr hündürlükdə 10 dəqiqə sabit uçuş zamanı həyata keçirilir. Prosesin ümumi davametmə müddəti 14 dəqiqədir.
Tapşırıq zamanı düşmən koordinatları proqram vasitəsilə avtomatik hesablanır, ümumi əsas məlumatlar analiz olunaraq Yer İdarəetmə Stansiyasına ötürülür. Uçuş Yer Stansiya İnterfeysində (GUI-də) göstərilən məlumatlara PUA-nın istiqamətinə nəzarət etməklə həyata keçirilir.
PUA-nın uçuşunun izlənilmə mərasimindən sonra layihənin bağlanış tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları AzTU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MAA-nın birinci prorektoru Ədalət Səmədov, TUSAŞ MGP Academy başkanı Ahmet Pinarbaşı, Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova və digərləri layihədə zəhməti olan hər kəsi təbrik ediblər.
Qeyd olunub ki, layihə iştirakçıları 8 ay ərzində TUSAŞ mütəxəssislərinin təlimlərində iştirak edərək Mühəndis Gelişdirmə Proqramını (MGP) uğurla başa vurublar.
Proqrama hər iki ali təhsil müəssisəsinin iqtisadiyyat üzrə ixtisaslar istisna olmaqla, digər bütün mühəndislik fakültələrində təhsil alan (aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s.) tələblər cəlb edilib. Layihədə ümumilikdə 43 nəfər (tələbə, doktorant, gənc müəllim) iştirak edib.
Qeyd edilən ixtisaslarda təhsil alan bütün təlbələr layihə əsaslı və açıq rəqabətli öyrənmə-öyrətmə modelinə söykənən bu təlim proqramına ingilis dili və qabiliyyət testləri ilə yanaşı, müsahibə mərhələsindən keçməklə qəbul edilib.
Ümumilikdə təlim proqramı 4 mərəhlədən ibarət olmaqla ideyadan ilk uçuşa qədər olan pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı məqsədilə təşkil edilib. (Nəzəri hissə 3 həftə, praktiki əsaslar 5 həftə, istehsal 4 həftə, test (uçuş) 4 həftə)
PUA-nın bütün detalları layihə çərçivəsində AzTU-da yaradılan xüsusi emalatxanada hazırlanıb.
Qeyd edək ki, proqramda iştirak edən 4 tələbə “Bayraktar Texnologiya Azərbaycan” şirkətindən iş təklifi alıb və hazırda Türkiyədə təlimlərdə iştirak edir.
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin gedişatından ilk gündən narazı idi. Çünki, Putin Krımın ilhaqı kimi Ukraynanın tən yarısının işğalını da bir neçə günə bitirməyi planlaşdırırdı. Olmadı, müharibə uzandı və Kreml sahibi buna görə dostu müdafiə naziri Sergey Şoyqudan narazı qalmalı idi. Ancaq Putin Şoyqunu istefaya göndərməyə ehtiyat edirdi. Çünki, bu halda Kreml sahibinin müharibənin gedişatından narazı qaldığı biruzə veriləcəkdi. Prezident seçkisindən sonra hökumətdə yerdəyişmələr üçün münbit zəmin formalaşıb. Kreml sahibi Sergey Şoyqunu müdafiə naziri vəzifəsində təsdiq etməməsini yeni komandanın formalaşması kimi qələmə verəcək.
Putin 65 yaşlı iqtisadçı Andrey Belousovu iki səbəbdən müdafiə naziri təyib edib. Birincisi, Putin ordudakı korrupsiyadan narazıdır, hərbiyə və müdafiə sənayesinə ayrılan pulların bir qismi generalların varlanmasına xidmət edir. Putin Belousovdan orduda korrupsiya hallarını ortadan qaldırmağı tələb edəcək. İkincisi, Belousov ordunun təhcizatını modernləşdirilməlidir.
Andrey Belousovun müdafiə naziri təyin edilməsi göstərir ki, Putinə bu vəzifədə peşəkar hərbçi lazım deyil. Kreml sahibinə ordunun maliyyəsinə və təhcizatına nəzarət edən texniki müdafiə naziri lazımdır. Müharibəyə Baş Qərargah rəisi və onun müavinləri başçılıq edirlər və onlar birbaşa Putinə hesabat verirlər. Kreml sahibinin Nikolay Patruşevi Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırmasının da mənası var. Patruşev bu vəzifədə ikən yerli və xarici skeprtlər Putinin onu varis kimi seçəcəyini ehtimal edirdilər. Putin bu ehtimalların üstündən xətt çəkdi. Bəs, Şoyqunun Patruşevin yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı onun Putinin varisi olacağına zəmin yaradırmı? Bunu indidən söyləmək çətindir. Putin Şoyqunu yanında saxlamaq istəyir. Ancaq Şoyqu müharibə gedişatında Putinin etibarını doğrultmayıb. Müharibə qısa müddətdə Rusiyanın xeyrinə bitsəydi Şoyqunun Putinin varisi olacağı ehtimalı artacaqdı. Ancaq müharibə uzandı və nə zaman bitəcəyi də bəlli deyil. Putin varis üzərində düşünməmiş deyil, ancaq o bunu son anda müəyyənləşdirəcək.
Архиепископ Баграт Галстанян должен стать кандидатом на пост премьер-министра от движения, требующего отставки Никола Пашиняна.
Как пишут армянские СМИ, об этом заявил в распространенном в Facebook видеоматериале экс-министр иностранных дел Армении Вардан Осканян.
«Думаю, Галстанян на правильном пути, он вчера заявил, что уже проводит консультации с парламентскими политическими силами, чтобы начать в НС процесс выражения недоверия Николу Пашиняну.
Конституция, конечно, требует того, чтобы эти силы также представили своего кандидата в премьер-министры. На данный момент, думаю, кандидатом на пост главы правительства должен быть сам архиепископ Баграт Галстанян», – заявил Осканян.
Он отметил, что не владеет деталями, но думает, что так оно и будет, поскольку «данное правительство будет временным, возможно, на год».
«За это время будут урегулированы некоторые проблемы, армянский народ расправит плечи, после этого можно будет провести справедливые выборы. Действительно, наиболее подходящим кандидатом для этого переходного периода является человек, который все это начал, который на деле показал свою преданность и полон решимости реализовать все цели», – сказал бывший министр иностранных дел.
Напомним, что Галстанян на площади Республики 9 мая потребовал отставки премьер-министра Армении Никола Пашиняна. Для того, чтобы добиться этого требования оппозиционные фракции НС Армении инициируют процесс выражения недоверия главе правительства.