Ana Səhifə Blog Səhifə 16

“Siyasi ajiotaj yaratmağa lüzum yoxdur” – Elman Nəsirov

“Hər il müvafiq sayda deputatın imzası ilə növbədənkənar sessiya çağırılır. Səbəb budur ki, bir çox qanunu operativ qaydada qəbul etmək zərurəti yaranır. Yəni yeni qanunların qəbulunu növbəti payız sessiyasına saxlamamaq üçün növbədənkənar sessiya çağırılır”.

Bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, iyulun 15-də deputatların tətili başlayır, beləliklə, təxminən 45 gün müddətindən səmərəli istifadə etmək zərurəti yaranır:

“MSK sədri parlament seçkiləri ilə bağlı müəyyən fikirlər səsləndirdikdən sonra ənənəvi hal alan növbədənkənar sessiyanın çağırılmasına fərqli bucaqdan baxmaq həvəsi yaranıb. Burada qeyri-adi heç nə yoxdur. Bundan siyasi ajiotaj yaratmağa lüzum görmürəm”.

Deputat polis kolleclərinin yaradılmasını təklif edib

“Korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır: “Hərbidə olduğu kimi, polis kollecləri də yaradılmalı, qəbul testlə olmalıdır. Belə olmasa, onlar nə öz hüquq və vəzifələrini, nə də vətəndaşın hüquq və vəzifələrini mənimsəyə biləcək”.

Deputat deyib ki, insan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: “Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər”.

Qüdrət Həsənquliyev əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir.

Sumqayıtda 2 ilin gəlini başqa kişi ilə yazışarkən tutuldu — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Mədət ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Mədətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mədət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2022-ci ildə Kəmalə ilə ailə qurub: 

“Hadisə günü, saat 22:30-da Kəmalənin telefonuna mesaj gəldi. Kəmalədən telefonu tələb etdim. Kəmalə telefonu vermədiyi üçün telefonu ondan aldım və gələn mesajları oxudum. Mesajlara baxdıqda Kəmalənin başqa şəxslə yazışdığını müəyyən etdim. Əsəbləşərək şillə ilə onun baş və üz nahiyyəsinə vurdum. Bundan bir az sonra Kəmalənin anası gələrək onu evlərinə apardı. Daha sonra mənə məlum oldu ki, Kəmalə barəmdə şikayət edib”. 

İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, Mədət əsassız olaraq onun başqa şəxslə danışmasını bildirirək onu döyüb: 

“Mədət şillə ilə baş və üz nahiyyəmə zərbə endirdi. Mədətin zərbələri nəticəsində üz və baş nahiyyələrim qızardı, həmçinin göyərdi. Bundan sonra anama zəng edərək çağırdım. Az sonra anam gəldi. Biz birlikdə 5-ci Polis Bölməsinə gedərək şikayət etdik”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mədət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhərindəki fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

“İki gündə kartlardan 40 minə yaxın pul oğurlanıb” — DİN

Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiberüsullarla talamaqda davam edirlər”.

Aktor.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 manatlıq vəsaitlər oğurlanıb:

“Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604 manatdır. “Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, – deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur”.

DİN-in rəsmisi müraciətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdən əlavə məlumatlar verilməməlidir:

“Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz”.

Rəisinin dəfn tarixi və yeri açıqlandı

Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.

Aktor.Az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Xatırladaq ki, qəza zamanı İbrahim Rəisi ilə yanaşı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və Təbrizin imamı Məhəmməd Əli Haşemi də həlak olub

Azərbaycanda konstruktiv siyasi dialoq mühiti təkmilləşir…radikallar isə öz “nimdaş” ampluasindadir

Bu, bir həqiqətdir ki, siyasi partiya vətəndaşların siyasi iradəsini ifadə etmək üçün yaradılan kollektiv alətdir. Birləşmək azadlığı isə siyasi partiyaların öz fəaliyyətlərində əsas tutduqları prioritet prinsipdir. Müasir siyasi həyatın nəbzi bir çox hallarda məhz siyasi partiyaların fəaliyyəti ilə tənzimlənir.
Siyasi sistemin mərkəzi elementi olan partiyalar ilk növbədə dövlətdə siyasi hakimiyyətə malik olmağa can atır, yerli və mərkəzi idaretmə orqanlarında öz nümayəndələri vasitəsilə təmsil olunmaq istəyirlər. Bu reallığı bütün sivil və demokratik dövlətlər qəbul edir və öz fəaliyyətlərində rəhbər prinsip kimi həyata keçirirlər.
Demokratik dünyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası da bu baxımdan istisna təşkil etmir. Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədi ilə müvafiq islahatlar kursunu həyata keçirir. Xüsusilə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hərtərəfli və genişmiqyaslı islahatlar kursu yeni mərhələyə yüksəlmişdir. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşmışdır. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçmişdir. Partiyalararası dialoqun möhkəm təməli qoyulmuşdur və onun inkişaf istiqamətlərinin konturları cızılmışdır.
Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratmışdır. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrilmişdir. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla “Siyasi partiyalar haqqında” qanun qüvvəyə minmişdir. Nəticədə ölkəmizin siyasi sisteminin dayanıqlı və hərtərəfli inkişafı üçün olduqca mühüm qanunvericilik bazası formalaşmışdır.
Bəs bu mühüm hüquqi bazanın tətbiqi məsələləri hansı səviyyədədir? Bu istiqamətdə hansı əməli addımlar atılmışdır? Bu prosesdə siyasi partiyaların fəallığı və adekvatlıq əmsalını necə qiymətləndirmək olar?
Elə eyni məntiqlə may ayının 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, o cümlədən 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin əsaslandırılmış, konkret faktlara və arqumentlərə söykənən mövqeyinə gorə, əvvəla, bu qanunun qəbul edilməsi bir daha təsdiqlədi ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında demokratiyaya davamlı bir proses kimi yanaşır və bu istiqamətdə adrıcıl və sistemli addımlar atır.
İkincisi, Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya və siyasi mədəniyyətin bundan sonrakı inkişafı üçün mühüm qanunvericilik bazası formalaşmışdır.
Üçüncüsü, Azərbaycanda siyasi sistemin dayanıqlığı və partiyalararası dialoqun keyfiyyətcə yeni məznun kəsb etməsi üçün əlverişlı imkanlar pəncərəsi açılmşdır.
Dördüncüsü, ölkəmizdə siyasi partiyaların yaranması, dövlət qeydiyyatı və formalaşması prosesində keyfiyyət əmsalının həlledici amilə çevrilməsi təmin edilmişdir.
Beşincisi, siyasi partiyalar arasında sağlam siyasi rəqabət mühitinin yaranması, habelə ümummilli məsələlərdə onların vahid mövqedən çıxış etmələri üçün yeni imkanlar və mexanizmlər formalaşmışdır.
Altıncısı, dövlət orqanları ilə siyasi partiyalar arasında konstruktiv əməkdaşlıq mühiti yaranmışdır və onun inkişaf etdirilməsinin geniş perspektivləri mövcuddur.
Qeyd edilən istiqamətlər üzrə müvafiq dovlət qurumları və siyasi partiya təmsilçiləri arasında ətraflı fikir mübadiləsi aparılmışdır.
Müzakirələrin nəticəsi olaraq belə bir ortaq anlaşma əldə edilmişdir ki, partiyalardaxili, dövlət orqanları və partiyalar arasında sağlam əməkdaşlıq mühitinin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn məsələlərdir. İqtidar-müxalifət münasibətləri konstruktiv əməkdaşlığa, sağlam tənqidə, təşəbbüskarlığa və ən başlıcası ümummilli məsələlərdə ortaq mövqeyə əsaslanmalıdır. Ulu öndər Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi, “Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın.”
Vətəninə, xalqına, mənəviyyatına və məsləyinə müxalif olan yalnız bir siyasi partiya-AXCP demokratiyanın mühüm elementi olan siyasi dialoq mühitindən yenə də boyun qaçırdı. Bununla da “azadlıq aşiqləri”ləri və onların miskin tör-töküntüləri bir daha öz kimliklərini və mahiyyətlərini ortaya qoydular. Doğrudan da “sürünmək üçün doğulanlar heç vaxt uça bilməz”. Həqiqətən də, xalqın gözü tərəzidir: “qozbeli qəbir düzəldər.”
Artıq ölkə ictimai fikrində “AXCP” və “boykot” ifadələri sinonimləşib. “AXCP” deyəndə “boykot”, “boykot” deyəndə “AXCP” yada düşür. Əslində isə xalqımız bu siyasi qruplaşmanı çoxdan boykot edibdir. Yaddan çıxmayan əsl həqiqət budur.
Bu davranışları ilə AXCP və eyni “bulaq”dan “su” içənlər öz uğursuz siyasi talelərini çoxdan müəyyən edibdir. Bu antimilli ünsürlər “siyasi yalquzaq”lığa məhkumdurlar. Bu yanaşmanın isbata ehtiyacı yoxdur, onu bir aksiom tələbi kimi də qəbul etmək olar.

Elman Nəsirov
Milli Məclisin deputati, YAP Təftiş Komissiyasinin üzvü,
siyasi elmlər doktoru, professor

KORSİKA FRANSA DEYİLDİR VƏ NİDA İŞARƏSİ

Fransa yenidən “müstəmləkəçilik libası”na bürünüb, korsikalıların azadlıq mübarizəsini qan içində boğmaqdadır. 1768-ci ildə Korsikanı işğal edən Fransa bu regionda törətdiyi qətl və vəhşilik aksiyalarının artıq sayını itiribdir. Özünü beynəlxalq ictimai fikrə “sülh göyərçini” kimi sırımağa çalışan Fransa əslində beynəlxalq arenada qırğı rolunda çıxış edir, xalqların azadlıq və ədalətlə bağlı arzularını süngü ilə qarşılayır. Fransa bü gün Korsikada XVIII əsrdə törətdiyi bəşəri cinayətləri təkrarlamaqda davam edir. Görünür 256 il ərzində Korsikada törətdiyi bəşəri cinayətlərə görə cəzasız qalması Fransada “arxayınçılıq sindromu“ yaratmışdır. Əks halda hansı hünər ilə Makron Fransası dünyanın gözü qarşısında Korsikanı tam informasiya blokadasına alar, antiterror əməliyyatlar adı altında adanın azadlıq mübarizəsinə qarşı repressiv tədbirlər görə bilərdi. Artıq Azad Korsika Partiyasının onlarla üzvü separatçı və terrorçu damğası ilə həbs olunmuşdur. Fransa üçün “yaxsı” və “pis” separatçı-terrorçu vardır. Qarabağda bir nömrəli separatçı-terrorçu Araik Arutyunyan rəsmi Paris üçün “yaxşı” terrorçu hesab olunur, Azad Korsika Partiyasının üzvləri isə “pis” terrorçu statusundadır. Erməni terrorçu Araikin şərəfinə Fransada qəbullar təşkil olunur, mətbuatda separatçı və terrorçu baxışlarının təbliğinə maksimum şərait yaradılır, korsikalıların azadlıq mübarizəsinin liderləri isə həbsxanalara atılır. Bu, ikili standartların ən bariz nümunəsidir.
Ermənistanda terrorçuluq dövlət ideologiyası səviyyəsinə yüksəldilibdir. Fransa belə bir dövlətə tam dəstək verir. Ermənistan və Fransa liderləri isə bir-birinə “bacı” deyirlər. Fransa doğrudanmı kiçik “bacı”sının pis yola düşdüyündən xəbərsizdir? Yoxsa eyni yolun elə yoldaşlarıdırlar? Belə davam etsə, beynəlxalq siyasətin onsuz da tükənməkdə olan abır-həyası tam qeybə çəkiləcək. Bu vəziyyətdə susmaq və kənar müşahidəçi qismində qalmaq qəbuledilməzdir. Formalaşmış şəraitdə aşağıdakı addımların atılmasını zəruri hesab edirik:
Əvvəla, Fransa hökuməti Korsikaya qarşı beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq tətbiq etdiyi repressiya siyasətinə son qoymalıdır.
İkincisi, Avropa Şurası ayri-ayrı dövlətlərdə insan hüquq və azadlıqlarının müdafiəsi siyasətində selektiv yanaşma prinsipindən əl çəkməli, AŞPA Korsikaya Fransanın törətdiyi qeyri-insani hərəkətlərə qiymət vermək üçün faktaraşdırıcı missiya göndərməlidir. Bu missiyanın tərkibinin müəyyən edilməsinə olduqca həssas yanaşılmalıdır. Frankofillərdən tərtib ediləcək missiyanın hansı hesabatı hazırlayacağını proqnozlaşdırmaq çətin deyildir.
Üçüncüsü, özünü dünyada demokratiyanın bayraqdarı kimi təqdim edən ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosu da Korsikada yaşanan dramatik proseslərlə bağlı fəal hərəkətlərə keçməli, vəziyyəti yerində araşdırmalı və obyektiv mövqeyini ortaya qoymalıdır.
Dördüncüsu, Fransanın Korsikadakı repressiv hərəkətləri ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasının (TŞ)gündəliyinə salınması və müvafiq hüquqi-siyasi addımların atılması zəruridir.
Nəhayət, Fransanın BMT TŞ-ın daimi üzvu olaraq malik olduğu veto hüququndan siyasi ambisiyalarını müdafiə etmək üçün yararlanmaq praktikasına son qoyulmalıdır.
Korsika Fransa deyildir və nida işarəsi.

ELMAN NƏSİROV
MİLLİ MƏCLİSİN DEPUTATI,
SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

“Bu kəndlər də Azərbaycana qaytarılmalıdır” – Elman Nəsirov

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın mayın 15-də olan 9-cu görüşünün yekunları üzrə mətbuat açıqlaması yayılıb.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.

Bu açıqlamadan göründüyü kimi Qazaxın adı çəkilən 4 kəndlə bağlı sərhədlərin delimitasiyası 1976-cı ilin xəritəsinə uyğun olaraq aparılacaq.

Bəllidir ki, ardınca sərhədin qalan hissələrində də delimitasiya prosesi aparılmalıdır.

Görəsən, sərhədin qalan hissələrində də delimitasiya 1976-cı il xəritəsilə aparılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, sözügedən məsələdə hələlik Azərbaycan 20-30-cu illərin xəritəsinə, ermənilər isə 70-ci illərin xəritəsinə üstünlük verir. Bununla belə deputat düşünür ki, son nəticədə sərhədlərin delimitasiyası ilə bağlı xəritə məsələsində müəyən ortaq məxrəcə gəlmək mümkün olacaq:

“Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü 1991-ci ilin Alma-Ata bəyannaməsi əsasında tanıyıblar. Belə olan vəziyyətdə sərhədlərin müəyyən edilməsilə bağlı məsələdə Azərbaycan tərəfi keçən əsrin 20-30-cu illərin xəritələrinə üstünlük verir. Ermənistan isə daha çox SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahında olan xəritələrə üstünlük verir.

Ancaq indiki situasiyada nə 1975, nə də keçən əsrin 20-30-cu illərin xəritələri burada əsas müzakirə predmeti deyil. Burada əsas müzakirə predmeti hələ də geri qaytarılmayan Qazaxın 3 və Naxçıvanın Kərki kəndidir. Onlar 1990-1992-ci illərdə işğal olunub. Yəni bunlar təxminən 30 il bundan əvvəlki dövrün söhbətidir və sübutlar, dəlillərlə bütün dünyanın gözü qarşısında baş verib.

Bir və ya iki əsr bundan əvvəl baş vermiş hadisələrdən danışmırıq ki, burada müxtəlif manevrlər üçün yer qalsın. İndiki halda yaxın tarixdir, hər şey bəllidir. Həmin kəndlər Azərbaycan ərazisi olub və geri qaytarılmalıdır. Bu halda xüsusi xəritəyə, siyasi manipulyasiyaya ehtiyac yoxdur.

Azərbaycan SSR, SSRİ dağıldıqdan sonra da bu 4 kənd Azərbaycanda olub. Ondan sonra isə ermənilər işğal edib. Ona görə də həmin kəndlərə münasibətdə xəritə məsələsini ortaya atmaq məsələni qəlizləşdirmək anlamındadır. 4 kəndimiz bir güllə atılmadan qaytarıldı. Növbəti 4 kəndimizi də eyni aqibətin gözlədiyinə inanırıq”.

Deputat deyir ki, digər bütün ərazilərin delimitasiyası məsələsində isə hələlik fikir ayrılığı var:

“Bu məsələ hələ həllini tapmayıb. XİN səviyyəsində keçirilən görüşlər də göstərir ki, hələ ki, həllini tapmayan məsələlər var. Amma fundamental məsələlərdə xeyli yaxınlaşma mövcuddur. Ermənistandan əməli addımlar gözləyirik. Hesab edirəm ki, gələcəkdə bununla bağlı müəyyən razılaşma əldə edilə bilər. Hələ ki, Azərbaycan 20-30-cu illərin xəritəsinə, ermənilər isə 70-ci illərin xəritəsinə üstünlük verir. Düşünürəm ki, son nəticədə müəyyən ortaq məxrəcə gəlmək mümkün olacaq”.

ПДП прекратила свою деятельность

Партия демократии и процветания Азербайджана прекратила свою деятельность.

Об этом на своей странице в Facebook сообщил Габиль Тогрул, брат председателя партии Губада Ибадоглу.

По его словам, вчера состоялось заседание правления партии. На заседании было принято решение рассмотреть требования статьи 4.7 Закона Азербайджанской Республики “О политических партиях”.

Согласно статье 4.7 указанного закона, деятельность политической партии без государственной регистрации не допускается.

Миротворцев проводили с “Яллы” – ВИДЕО

Представлены новые кадры с церемонии проводов российского миротворческого контингента в Ходжалы.

На церемонии, в частности, был исполнен танец “Яллы”.

Подробнее – в сюжете AzTV:


 Читайте нас в Fa